13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Beynəlxalq hüquq, yoxsa “güclünün hüququ”Dağlıq Qarabağ separatçı rejiminin növbəti “prezident seçkiləri” şousunun beynəlxalq səviyyədəadekvat reaksiya ilə üzləşməməsi dünya siyasətində beynəlxalq hüquq normalarına münasibətdə “ikilistandartlar”ın hökm sürdüyünü bir daha təsdiqlədi. Dünya siyasətində “orbitr” statusuna iddia edən bir sıradövlətlərin, müəyyən beynəlxalq təşkilatların, xüsusilə münaqişənin həlli missiyasını üzərinə götürmüş ATƏT-inMinsk qrupu həmsədrlərinin məsələyə qətiyyətsiz münasibəti beynəlxalq hüququn özünün formal səciyyədaşımağa başladığını bir daha göstərdi.Ümumilikdə regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda bu il ciddi durğunluq müşahidəolunur. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər vətəşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər.Fövqəlgüc dövlətlərinin geosiyasi maraqlarından çıxış edərək bəzi ərəb ölkələrinə qarşı tələm-tələsik qətnamələrqəbul edən BMT-nin 1992-1993-cü illərdə və sonra qəbul etdiyi çoxsaylı analoji sənədlərə münasibətdə ifratloyallıq nümayiş etdirməsi “ikili standartlar”ın real mənzərəsini göz önünə gətirir. BMT qərarlarının heç dəhamısının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkarsiyasəti ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində qalması bu faktı bir daha təsdiqləyir.Bu gün ölkədaxili milli hüquq sahələri subyektlərin nəinki maddi və prossesual hüquqlarını qoruyur,habelə çeşidli mənəvi hüquqlarının da qorunmasını özündə ehtiva etməklə çox böyük inkişaf yolu keçmişdir.Milli hüquq hüquqi təminat və qanunsuzluğun aradan qaldırılması mexanizmlərinin işləkliyi baxımındanbeynəlxalq hüququ müqayisə edilməyəcək səviyyədə üstələmişdir. Son dövrdə “güclünün hüququ”, “yumruqhüququ” kimi yeni anlayışlar əxz etmiş beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyəenmiş, həm də beynəlxalq hüququn “gərəksizləşməsi”, habelə güclü dövlətlərin beynəlxalq maraqlarınıntəminatı “vasitəsi”nə çevrilməsi prosesləri güclənmişdir. Beynəlxalq hüququn “gərəksizləşməsi” prosesi güclüdövlətlərə hüdudsuz “fəaliyyət azadlığı” verir ki, bu da müxtəlif ölkələrin işğalı və dövlətlərin beynəlxalqhüquqlarının pozulması ilə nəticələnən halları kütləviləşdirir. Təəssüf hissi ilə qeyd etmək olar ki, bu kimifaktlarla son vaxtlar daha çox qarşılaşırıq. Doğrudanmı, beynəlxalq hüququn “gərəksizləşməsi”, onun güclününhüququna çevrilməsi son nəticədə “beynəlxalq özbaşınalığın” güclənməsinə səbəb olacaq və dünyanı nəhəng bir“beynəlxalq cəngəlliyə” çevirəcək? Beynəlxalq hüquq normalarına məhəl qoymadan güclü bir dövlətindigərinin ərazisinə soxulması, ərazisini işğal etməsi, “lazım gələndə” beynəlxalq təşkilatların, hətta BMT-ninbelə müvafiq qərarlarının qəbul edilməsini gözləmədən “cəzalandırma əməliyyatı”na başlaması bəşəriyyətəyaxşı heç nə vəd etmir. Ölkədaxili milli hüquqla beynəlxalq hüququn üz-üzə qoyulması son nəticədə millihüququn da beynəlxalq hüququn “xəstəliyinə” yoluxmasının kütləviləşməsinə və milli hüququn daeybəcərləşməsinə səbəb ola bilər. Çünki qondarma soyqırımlarının tanınması barədə qəbul olunan absurdqanunlar milli hüququ beynəlxalq hüququn bədnam “köməkçi”sinə çevirir ki, bu da yolverilməzdir. Beləproseslər milli hüquqi nailiyyətləri heçə endirir. Bunun acı fəsadları da ölkə vətəndaşlarının, habelə bütövlükdəinsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Bu proseslər bədnam hüquqi təcrübəyəçevrilərək digər ölkələrdə də analoji proseslərə xaotik rəvac verir. Bütün bunlar beynəlxalq hüququ daha daeybəcərləşdirir və onu doğrudan da, güclünün hüququna çevirir. Əvvəllər müxtəlif ölkələrin milli hüquqlarınınhəmrəylik nümayiş etdirərək beynəlxalq hüququn əleyhinə “etiraz nümayişi”nə qalxıb onunla “qohumluqəlaqələri”ni kəsmək istəsəydilər, bunu təbii qəbul etmək olardı. Amma bu gün güclü dövlətlərdə milli hüququnsiyasi hakimiyyətin təzyiqi altında beynəlxalq hüquqa “dəstək” verməsi absurd qanunların qəbul edilməsindəifadə olunur. Bu da nəinki insan hüquq və azadlıqlarını pozur, həm də hüquq mədəniyyətinə, bəşəriyyətin minillər boyu əldə etdiyi mənəvi dəyərlərə, habelə sivilizasiyalararası dialoqun əldə etdiyi uğurlara sarsıdıcı zərbəvurur.Beynəlxalq hüququn təməl prinsiplərindən geri çəkilmələr, beynəlxalq hüquqi müstəvidə ədalətsizliyinbərqərar olmasına gətirib çıxarır ki, bu da yolverilməzdir. Beynəlxalq münaqişələrin dondurulması kimi bədnamtəcrübə də bu cür ədalətsizliklə nəticələnir. Milli, irqi, dini və s. zəmində baş verən münaqişələr zamanıproblemin dondurulması başadüşüləndir. Çünki insan münasibətlərinin normallaşdırılmasının zamana ehtiyacıvar. Amma belə münaqişələr işğal faktı ilə müşahidə olunanda beynəlxalq təşkilatın, konkret halda BMT-ningözləmə mövqeyi tutması onun problemi həll etmək istəməməsi fikrindən xəbər verir. Dövlətin ərazisi onunBMT-yə üzv qəbul edilərkən təşkilatın bütün üzvləri tərəfindən hamılıqla tanınan əsas atributlarındandır. BMTninüzvü olan dövlətin ərazi bütövlüyünün işğal nəticəsində pozulmasına seyrçi qalmaq, işğal faktını aradanqaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməməsi, ilk növbədə, beynəlxalq hüququ “eybəcərləşdirərəkgərəksizləşdirir”, BMT-yə isə başucalığı gətirməməklə onun fəaliyyətində qanundan kənar subyektiv amillərinrəhbər tutulduğunu göstərir.257

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!