13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────2004-cü il aprelin 16- dan başlayaraq Praqada Azərbaycan və Ermənistan xarici işlər nazirlərisəviyyəsində danışıqlar yenidən bərpa olundu. Sonradan "Praqa prosesi" adını almış danışıqların bumərhələsində 2005-ci ilin yayına qədər iki dövlətin xarici işlər nazirləri 11 görüş keçirərək münaqişəninnizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə etdilər. Bununla yanaşı,Azərbaycan və Ermənistan prezidentləri arasında 2004-cü il aprelin 28-də əvvəlcə Varşavada, sonra isəsentyabrın 15-də Astanada keçirilən danışıqların başlıca mövzusu xarici işlər nazirlərinin Praqa görüşlərindərazılaşdırılan məsələlərin əsas detalları oldu.Münaqişənin nizama salınmasına dair aparılan danışıqların "Praqa prosesi" adını almış variantınictimaiyyət üçün açıqlanan əsas elementləri ondan ibarət idi ki, burada nizamlanmanın "mərhələli həll"variantının detalları müzakirə obyektinə çevrilmişdi.Yeni sülh planının əsas prinsiplərini aşağıdakılar təşkil edirdi:1. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudları boyunca olan işğal olunmuş ərazilərdən (Ağdam,Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan) Ermənistan öz qoşunlarını mərhələli şəkildə çıxardır;2. Azərbaycan ilə Ermənistan arasında diplomatik və iqtisadi əlaqələr bərpa olunur;3. Laçın və Kəlbəcər bölgələri istisna olmaqla işğaldan azad olunmuş ərazilərə beynəlxalq sülhməramlıqüvvələrin müdafiəsi altında Azərbaycan əhalisi qayıdır;4. Dağlıq Qarabağın statusu məsələsi həll olunur. Bu məqsədlə orada referendum keçirilir.2004-2006-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində aparılandanışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi "Praqa prosesi"nin yenidən dalanadayanmasına və danışıqların nəticəsiz qalmasına gətirib çıxartdı. Ermənistan- Azərbaycan münaqişəsininnizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddətərəflərə təqdim olundu.Bundan sonra, 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da Kişinyovda, noyabrın 22-də Münhendə, 2010-cu il yanvarın 25-də Soçidə, iyunun 17-də Sankt-Peterburqda,oktyabrın 27-də isə Həştərxanda Azərbaycan və Ermənistan prezidentlərinin 11 görüşü keçirilmişdir. Bugörüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, son beş ildə "Praqa prosesi"çərçivəsində işlənilməsi başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcuddur. Bu prinsiplərinbəziləri üzrə müəyyən razılaşma əldə edilmişdir. Lakin hazırda prezidentlər səviyyəsində müzakirə olunan birneçə prinsip üzrə anlaşmanın müəyyən cizgiləri hiss olunur. Bu kontekstdə bütün məsələlərə dair ümumi razılıqəldə olunduqdan sonra yekun hər hansı bir sənədin qəbul ediləcəyi bildirilir.2009-cu ilin iyulun 10-da "Böyük səkkizlər"-in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ABŞ,Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ problemini də müzakirə etdilər. Sonda hər üç prezidentinmünaqişə ilə bağlı qəbul etdikləri birgə bəyanatda həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərini BazaPrinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrəyeni versiyanı təqdim etməyi tapşırdılar.Bununla yanaşı, sənəddə ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentləri Azərbaycanvə Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkiledəcək Baza Prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırış öz əksini tapdı. Eyni zamanda, bəyanatdabu prinsiplərin Helsinki Yekun Aktına, yəni gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratınıtəyinetmə hüququna əsaslandığı qeyd olundu.Ancaq 18 ildir ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktivmövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır. Münaqişənin nizama salınması prosesindəAzərbaycan və Ermənistan tərəflərinin mövqelərində müəyyən fərqlər qalmaqdadır. Azərbaycan dövlətininmövqeyi isə, əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri ərazilərimərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə, keçiddövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə eyni zamanda Dağlıq Qarabağ və Ermənistanarasında dəhlizin yaradılması mümkündür.Dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, о cümlədənŞuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanınərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Azərbaycan <strong>Prezident</strong>i İlham Əliyev qeyd etmişdir ki, gələcəkdəDağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövlətinintərkibində yaşamalıdırlar. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistanprezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdətutulur. 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmişsənəd də məhz bu yanaşmanı təsdiq edir.241

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!