13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalından sonra, erməni hərbiqüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın şəhərini güclü topatəşinə tutdular. Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək,Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi.Şuşa işğal edildikdən az sonra, ermənilər qısa müddət ərzində, yəni mayın 18-də iki respublikanın arasındayerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Nəticədə, 1385 km 2 ərazisi, 71.000 nəfər əhalisi və 120kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu (7, s.148). Heç şübhəsiz ki,Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çoxböyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi.Beləliklə, "öz müqəddəratını təyin etmək" ideyasını reallaşdırmaq adı altında Azərbaycanın DağlıqQarabağ bölgəsini Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin DağlıqQarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi.Ermənilərin "humanitar dəhliz" adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı vəhərbi qüvvə gətirildi.Nəticədə, 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 minkm 2 ) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli,Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bütün bu ərazilərermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan DağlıqQarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi buproses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15%-i) öztorpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxartdı. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsidağıdılmış, talan edilmiş və yandırılmışdır. Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox (17 min km 2 ) hissəsiErmənistan silahlı qüvvələrinin işğalı altındadır (11, p.4-6).1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20.000 nəfər azərbaycanlı həlak olmuş,100.000 nəfərdən çoxu yaralanmış, 50.000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişədövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ dəErmənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür(7, s.157).Münaqişənin nizama salınmasına dair ATƏT-in Minsk qrupununyaradılması və fəaliyyətiErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çoxbeynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in üzvüoldu və həmin il iyulun 8-10-da adı çəkilən təşkilatın Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədləriniimzaladı. Müstəqilliyini əldə edən Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox müzakirəobyektində oldu.1992-ci il martın 23-24-də Helsinkidə ATƏM-in YVŞK-nın 9-cu iclasında münaqişə bölgəsində atəşidərhal dayandırmaq və münaqişə edən bütün tərəfləri ATƏM çərçivəsində Dağlıq Qarabağa dair sülhkonfransının tezliklə keçirilməsi üçün hər cür şərait yaratmağa çağırdılar (12, p 35).ATƏM-in Xarici İşlər Nazirlər Şurasının martın 24-də keçirilən birinci əlavə görüşündə DağlıqQarabağda vəziyyət müzakirə olundu. ATƏM-in Nazilər Şurası YVŞK-nin zəmanəti əsasında münaqişənin sülhyolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in DağlıqQarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul etdi. Sənəddə göstərilirdi ki, Minskdəçağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus,Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin (13, p.l-3).Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarıncilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMTTəhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylıqətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimitanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu iləhəll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMTTŞ-nın münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.ATƏM-in Minsk Qrupu tərəfindən BMT TŞ-nın 822, 853 və 874 saylı qətnamələrinin yerinəyetirilməsinə dair "Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş cədvəli" yenidən tərəflərin müzakirəsinə verildi.ATƏM-in Minsk Qrupunun bu illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik238

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!