13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────fəaliyyətdə olduğu müddətdə DQMV- də vəziyyət daha da kəskinləşmişdi. Komitənin sədri A.İ. Volskivəziyyəti sabitləşdirmək deyil, əksinə gərginləşdirmək siyasəti yürütdü. Onun fəal "səyləri" nəticəsində azmüddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraqmərkəzin tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı (4, s.67). Belə ki,о dövrdə SSRİ Plan Komitəsinin Hesabat sənədlərində Dağlıq Qarabağ əslində on altıncı müttəfiq respublikakimi, əlahiddə göstərilirdi. Vilayət İcraiyyə Komitəsinin binasının üzərində dalğalanan Azərbaycan bayrağıçıxarılıb Ermənistanın bayrağı sancılmışdı. Hər gün Xankəndi-Yerevan marşrutu üzrə təyyarələr 22 dəfə reysəçıxırdı (4, s.67).Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSRİ Ali Soveti 1989-cu ildekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSRİ-ləbirləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələriErmənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi (5, c.130). Birbaşa Sovet rəhbərliyininfəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktikiolaraq Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələriErmənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.)dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı. Ermənistan rəhbərliyi və erməniseparatçıları mərkəzin bəzi dairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimaisiyasivə mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar. Ümumiyyətlə, 1988-1991-ci illərdə, yənihadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayəedilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətləyetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bu illər ərzində Dağlıq Qarabağdaermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeyd alınmışdır ki,bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır (6, s.148).1992-ci ilin əvvəllərindənbaşlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayışməntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistansilahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çox azərbaycanlı öldürülmüş, 140-dan çoxuyaralanmış və əsir götürülmüşdür (7, s.143) Bu qanlı hadisələr Rusiyanın 366-cı motoatıcı alayının iştirakı iləhəyata keçirilmişdir. Fevralın 13-dən 17-dək isə ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumunəticəsində 92 nəfər öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi girov götürülmüş və sonradanonların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir (8, c.294).1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın366-cı motoatıcı alayının 180 nəfər hərbi mütəxəssisi və ağır texnikanın iştirakı ilə Xocalı şəhərinə hücumedərək şəhəri yerlə-yeksan etdilər (9, c.8). Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı vəinsanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu,1275 nəfər əsir götürüldü və 150 nəfər itkin düşdü (10, c.285).Xocalıya hücum zamanı 366-cı motoatıcı alayının 3-cü batalyonunda 50-dən çox erməni zabiti və gizirləriiştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də ruslara məxsus olan 366-cımotoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10-da isə marşal Şapoşnikovun əmri ilə həminalay ləğv edilərək tərkibi başqa alaylara paylandı (7, s.145).1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasındaüçtərəfli görüş keçirildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu vəQarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi əslində başqa məqsəd güdürmüş. Məhz bugörüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Heç şübhəsiz ki,Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki, Şuşanın işğalıErmənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı, atəşi dayandırmağı tələb etdiyi vaxtla üst-üstə düşür vəbağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilərhəmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndinə güclü hücumlar edilməsi barədədezinformasiya yaymışdılar.Beləliklə, ən müasir texnika hesabına 289 km 2 ərazisi, 24.000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarətolan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 155 nəfər şəhidoldu, 167 nəfər isə yaralandı. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa türməsində saxlanılan 114 nəfərazərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi (8, c.297).Bu hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraqQarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquqnormaları ilə bir araya sığmayan və təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Şuşanı ələkeçirməklə Ermənistan bu problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli isəgetdikcə dərinləşərək çətin məcraya salındı. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərininitirilməsində əsas rol oynadı.237

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!