13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdlarındançıxarıldılar.1989-cu ilin yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti DQMV-də və onun ətrafında millətlərarasımünasibətlərin gərginliyinin davam etməsi ilə əlaqədar olaraq və bunun qarşısını alıb regionda vəziyyətisabitləşdirmək məqsədilə Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqlaDQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-dəbilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı (1,s.67; 14, s.30-32).Xüsusi İdarə Komitəsi "millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və buregionda vəziyyəti sabitləşdirmək" adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq bu komitəninfəaliyyətdə olduğu müddətdə DQMV-də vəziyyət daha da kəskinləşmişdi. Komitənin sədri A.İ. Volski vəziyyətisabitləşdirmək deyil, əksinə gərginləşdirmək siyasəti yürütdü. Onun fəal "səyləri" nəticəsində az müddət ərzindəvilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraq mərkəzintabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı (4, s.67). Belə ki, o dövrdəSSRİ Plan Komitəsinin Hesabat sənədlərində Dağlıq Qarabağ əslində on altıncı müttəfiq respublika kimi,əlahiddə göstərilirdi. Vilayət İcraiyyə Komitəsinin binasının üzərində dalğalanan Azərbaycan bayrağı çıxarılıbErmənistanın bayrağı sancılmışdı. Hər gün Xankəndi -Yerevan marşrutu üzrə təyyarələr 22 dəfə reysə çıxırdı.Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-dəAzərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqındaKonstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik vəidarələrinin tabeliyinə verildi (7, s.130). Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıqhimayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması vəErmənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu.Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisindəErmənistanın bayrağı və gerbi qaldırıldı. Ermənistan rəhbərliyi və erməni separatçıları mərkəzin bəzidairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdənmənimsənilməsi prosesi aparırdılar.Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olandövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkartəcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talanedilmiş və yandırılmışdır. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma,315 silahlı basqın, 1388 atəşə tutma halları qeyd alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş,1318 nəfər yaralanmışdır (5, s.148).1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağdaazərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də ŞuşanınMalıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çoxazərbaycanlı öldürülmüş,140- dan çoxu yaralanmış və əsir götürülmüşdür (2, s.143). Bu qanlı hadisələrRusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmişdir. Fevralın 13-dən 17-dək isə ermənilərinXocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində 92 nəfər öldürülərək silos quyusuna atılmış, 117nəfər kənd əhalisi girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir (9, s.294).1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın366-cı motoatıcı alayının 180 nəfər hərbi mütəxəssisi və ağır texnikanın iştirakı ilə Xocalı şəhərinə hücumedərək şəhəri yerlə-yeksan etdilər (12, s.8; 13, s.88-92). Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı,yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfərşikəst oldu, 1275 nəfər əsir götürüldü və 150 nəfər itkin düşdü (9, s.285).Xocalıya hücum zamanı 366-cı motoatıcı alayının 3-cü batalyonunda 50-dən çox erməni zabiti və gizirləriiştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də ruslara məxsus olan 366-cımotoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10- da isə marşal Şapoşnikovun əmri ilə həminalay ləğv edilərək tərkibi başqa alaylara paylandı (2, s.145).1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasındaüçtərəfli görüş keçirildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu vəQarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi əslində başqa məqsəd güdürmüş. Məhz bugörüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Heç şübhəsiz ki,Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki, Şuşanın işğalıErmənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı, atəşi dayandırmağı tələb etdiyi vaxtla üst-üstə düşür vəbağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər229

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!