13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağ - əzəli Azərbaycan torpağıBu torpaqların Azərbaycan torpağı olduğu, ermənilərin isə bura gəlmə olduğu tarixi faktlarlasübuta yetirilibBaşqasının torpağına göz dikmək, onu özünküləşdirmək ermənilərin xislətindən doğan bir xəstəlikdir.Əzəli Azərbaycan torpaqları üzərində dövlət quran ermənilər bu gün utanmadan işğal etdikləri torpaqlarımızı daözlərinki hesab etməkdən utanmırlar. Bu torpaqların Azərbaycan torpağı olduğu, ermənilərin isə bura gəlməolduğu tarixi faktlarla sübuta yetirilib. Dağlıq Qarabağın da ermənilərin gəlmə olduğunu sübuta yetirən çoxsaylıfaktlar var. Tək birini qeyd edək.Belə ki, ermənilər onlar 1978-ci ildə onların bura gəlmələrinin 150 illiyinə həsr olunmuş abidəniQarabağda hadisələr başlanan zaman partlatdılar. Həmin memorial 1988-ci ildə erməni millətçiləri tərəfindəntarixin izini silmək üçün törətmiş olduğu vandalizmin qurbanına çevrilib. Bununla onlar hesab edirlər ki, tarixidə dəyişə biləcəklər. Lakin yanılırlar. Tarixi mənbələr ermənilərin bura gəlmə olduğunu artıq üzə çıxarıb.Bizlərin də üzərinə düşən vəzifə də tarixi saxtakarlıqlara yol verməmək, ən əsas bunu beynəlxalq ictimaiyyətədoğru-dürüst çatdırmaqdır.Ermənilər necə oldu Cənubi Qafqazda peyda oldularErmənilərin ilk dəfə Cənubi Qafqazda peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir.Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Romaimperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma «Böyük Ermənistan» əfsanəsi puça çıxır,onlar Romanın vassalına çevrilir və bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərinmüvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heçbir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqilsiyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi.«Kitabi-Dədə Qorqud» dastanında QarabağQarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türketnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan «Kitabi-DədəQorqud» dastanı da sübut edir. «Dədə Qorqud» dastanı VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütünAzərbaycan torpaqlarında, o cümlədən, ermənilərin indi Sevan adlandırdıqları Göyçə gölü hövzəsindəyayılmışdı. Qarabağın tarixində əsas dəyişikliklər VII əsrdə Ərəb xilafətinin işğalları və bunun nəticəsindəAlbaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnikbaxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətininAzərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyününtəmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisininəvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı. Ərəb xilafəti parçalandıqdansonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. XII əsrin sonlarına yaxın Sünikpadşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu. XIIəsrin sonu – XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı tarixçi-alim İ.A. Orbelininsözləri ilə desək «qədim Albaniyanın bir hissəsi» idi». Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkənonun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azərbaycandan vəGürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin, ümumiyyətlə, dövlətçilik tarixinə malik olmadıqlarınısübut edir.Rusiyanın erməni planıRuslar əsrlər öncə bölgədə erməni dövlətinin qurulmasını planlamışdı. 19 may 1783-də Knyaz G. A.Potyomkinin II. Katerinaya yazdığı məktubda deyilir: "Fürsət tapan kimi Qarabağı ermənilərin idarəsinə verməkve beləcə Asiyada bir Xristian dövleti qurmaqdan" bəhs etmişdi. XVIII yüzilin sonları - XIX yüzilinbaşlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. İbrahimxan Rusiya qoşunlarının komandanı R.D. Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçaymüqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixireallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsininAzərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir. 1846-cı il inzibati-ərazi bölgüsü zamanı225

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!