13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────"məxsus olduğunu" göstərməkdir. Üstəlik də, tarix oxucuda müstəsna olaraq ermənilər tərəfindən məskunlaşandiyarın şanlı keçmişi haqqında təsəvvürlər oyatmaq üçün sərfəli olan şəkildə təqdim olunur ki, bu da ermənisxematik nəqli şablonunun birinci elementinə tamamilə uyğun gəlir ("erməni xalqı öz tarixinin şanlı və şərəflidövrünü yaşayır").İkinci fəsil ("Dağlıq Qarabağ 1918-1923-cü illərdə") Azərbaycan SSR-in tərkibində Dağlıq QarabağMuxtar Vilayətinin yaranmasına gətirib çıxaran hadisələrin işıqlandırılmasına həsr olunmuşdur. Hadisələr elətəqdim olunur ki, Stalinin zülmkar şəxsiyyəti ilə bağlı olan həmin qərarın "yanlış" olduğu göstərilsin (ermənişablonunun ikinci komponentinə tam uyğun olaraq "düşmən qüvvələr ermənilərə hücum edir").Üçüncü, ən kiçik fəsil ("Dağlıq Qarabağ problemi Leninin millətlərin öz müqəddəratını təyin etməsikonsepsiyası işığında") bir qədər erməni şablonundan kənara çıxır. Bunu kommunist ideologiyasına xidmət edəncəmiyyətdə ənənəvi ideoloji ştamplara, marksizm-leninizm müddəalarına və kommunist ritorikasına məcburisadiqliyin nümayişi kimi izah etmək olar.Lakin artıq dördüncü fəsildə ("DQMV-nin bəzi sosial-iqtisadi və demoqrafik məsələləri") iqtisadi,mədəni, sosial və ən başlıcası, demoqrafik tənəzzül barədə məhz DQMV-nin erməni əhalisinin bu diyarınazərbaycanlı əhalisi ilə müqayisədə payının azalmasına dair tezislərdə, mahiyyətcə erməni sxematik nəqlişablonunun üçüncü komponenti yenidən dirçəldilir ("ermənilər böyük əzab və əziyyət çəkirlər"). 42Nəhayət, sonuncu beşinci fəslin məzmunu ("Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr haqqında")erməni sxematik nəqli şablonunun sonuncu komponentinə tamamilə uyğun gəlir ("əgər ermənilər öz xalqınasadiq qalarlarsa, onda düşmənlərə qalib gələcəklər"). Bu fəsildə deyilir ki, Ermənistanda və Qarabağdaermənilərin çıxışları təsadüfi deyil və "kənardan təhrik edilməyib", xalqın "özünə münasibətdə yaşadığıədalətsizliyi aradan qaldırmaq" səylərini göstərir. Üstəlik də, burada ermənilərin (o cümlədən xaricdə yaşayan)öz talelərinə düşən ağır sınaqlara baxmayaraq, sarsılmaz birliyə malik olması və öz mübarizəsini davametdirmək əzmində olduğu xüsusi vurğulanır.Əgər bu əsərdə erməni sxematik nəqli şablonu çox və ya az dərəcədə elmi mühakimədə qəbul edilənformalarda təqdim olunursa, bəhs edilən dövrdə geniş yayılan çoxsaylı digər təhkiyələr şablona riayət etməkbaxımından daha kobud və birmənalıdır. 43Spesifik erməni sxematik nəqli şablonunu canlandıran təhkiyələrin meydana gəlməsi, şübhəsiz ki,müvafiq etnik qorxu amili ilə müşayiət olunan erməni kollektiv yaddaşı patterninin fəallaşmasını şərtləndirdi.Məhz erməni kollektiv yaddaşının "fəallaşması" müstəsna dərəcədə qısa müddət ərzində erməni əhalisininetnosiyasi səfərbərliyini təmin edən həmin güclü qüvvəni doğurdu ki, bu barədə tədqiqatçı yazır: "Qarabağdaetiraz aksiyalarından sonra Sovet Ermənistanını kütləvi küçə nümayişləri dalğası bürüdü. Baxmayaraq ki,Ermənistan SSRİnin etnik planda ən yekcins respublikalarından biri idi, heç kəs, o cümlədən bu nümayişlərinliderləri də belə güclü enerjinin üzə çıxacağını əvvəlcədən görə bilməzdilər. Sanki Dağlıq Qarabağın taleyiməsələsi hər bir erməninin qəlbindəki ən həssas tellərə toxunmağa qadir idi. Qarabağ məsələsinin birdən-birəyüz minlərlə insanı küçələrə tökməsini izah etməyə çalışan politoloq Aleksandr İskəndəryan "dondurulmuşpotensial" anlayışını istifadə edir. Onun sözlərinə görə, "Qarabağ faktoru dondurulmuşdu və onun oyanmasıüçün çox cüzi bir təkan lazım idi". Hətta Dağlıq Qarabağın ictimai-siyasi vəziyyəti haqqında heç nə bilməyənlərdə emosional olaraq "türklərin" əhatəsində yaşayan ermənilərin halına yanırdı (sadə erməni dilində bu söz həmtürkləri, həm də azərbaycanlıları nəzərdə tutur)". 44 Müəyyən mənada erməni əhalisinin bu təsəvvür edilənqorxuları onun sürətli siyasi səfərbərliyini təmin edən güclü katalizator qismində çıxış etdi.Nəticə əvəziYuxarıda verilən təhlil erməni kollektiv yaddaşını münaqişədə əhəmiyyətli amil kimi identikləşdirməyəimkan verir. Məsələ ondadır ki, erməni sosial motivlərini barış və sülh yönündə dəyişmək, yaxud yumşaltmaqüçün yaddaşa necə təsir etmək olar? O cümlədən bu prosesi hansı təhkiyələr mümkün edə bilər? Sosialtədqiqatçıların aldığı bəzi nəticələr bu suala cavabın axtarışında bizim üçün müəyyən oriyentirlər verir. Müasirtədqiqatların göstərdiyi kimi, mətnlərdəki düşmənçilik məzmununu yumşaltmağa yönələn yeni mətnlərinmühüm aspekti baş verənlərdə bütün günahın üçüncü tərəfin üzərinə qoyulması ola bilər. 4542 Əsərdə verilən yeganə cədvəl "Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin sayı və milli tərkibi" adlanır (Г. Агалоян, К.С.Худавердян, Нагорный Карабах. Историческая справка, Ереван: Историческая справка, Ереван: Изд.-во АН Армянской CCP,1988, c. 47).43 Şablonun yenidən dirçəldilməsinə daha bir kobud və birmənalı nümunə kimi erməni jurnalisti Z. BALAYANIN 1987-ci ildəİrəvanda çap olunan "Ocaq" kitabını və bilavasitə Stepanakertdəki (1213 fevral 1988-ci il) mitinqlər ərəfəsində yayılan 10 000 vərəqənigöstərmək olar (Toмac ДЕ BAAЛ, Черный сад. Армения и Азербайджан: между миром и войной, М.: Текст, 2005).44 Toмac ДЕ BAAЛ, op. cit. c. 44.45 K. MCGRAW, "Managing Blame: An Experimental Test of the Effects of Political Accounts." The American Political ScienceReview, 85 December, 1991, p. 1133-1157.223

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!