13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Beşinci epizod: 22 fevral İrəvanda Qarabağ ermənilərinin tələblərini dəstəkləyən 100 000 mitinqçininmeydana çıxması;Altıncı epizod: 23 fevral İrəvanda Qarabağ ermənilərinin tələblərini dəstəkləyən 300 000 mitinqçininmeydana çıxması;Yeddinci epizod: 25 fevral İrəvanda Qarabağ ermənilərinin tələblərini dəstəkləyən 700 000 mitinqçininmeydana çıxması.Bu məlumatlardan göründüyü kimi, iki həftədən də az müddətdə ermənilərin etnosiyasi etiraz formasıalan etnosiyasi səfərbərliyi maksimal intensivlik həddinə çatmışdır. 27 Son dərəcə qısa müddət ərzində, həm dəDağlıq Qarabağın özündə deyil, ondan yüz kilometrlərlə uzaqda olan İrəvanda etnosiyasi səfərbərliyin müstəsnadərəcədə yüksək səviyyəyə çatmasını necə izah etmək olar? 28Münaqişələrin tədqiqinə dair bizdə olan ədəbiyyatda bu hadisənin xüsusi təhlil predmeti olmasına rastgəlməmişik, bir çox tədqiqatçılar isə erməni nümayişlərinin səbəbi qismində münaqişənin başlanğıcındamərkəzi sovet qəzeti "Pravda"nın ifadə etdiyi mövqeyi indiyə qədər bölüşməyə meyillidirlər. 29O cümlədən, münaqişəyə yanaşmalarda onun səbəbi ya Dağlıq Qarabağda yaşayan erməni azlığınamünasibətdə onu əhatə edən azərbaycanlı çoxluğun həyata keçirdiyi "sosial, mədəni, iqtisadi, yaxud siyasi ayrıseçkiliyinolmasında", ya da "ermənilər və azərbaycanlılar arasındakı əsrlərlə yaşayan düşmənçilik", "bir arayagəlməsi mümkün olmayan etnik və dini identikliklər", yaxud da bu amillərin bəzi kombinasiyaları ilə izahedilir. 30 Məsələn, Qarabağ münaqişəsinin izahı üçün nəzəri formulun tapılmasına cəhd edən və başqatədqiqatçıların əsərlərindən əhəmiyyətli dərəcədə fərqlənən S. Kornelin əsərində müəllif erməni-azərbaycanlımünaqişəsinin yaranmasının səbəblərini bir sıra amillərlə izah edir ki, onların arasında əsrlər boyu davam edən"antaqonist identikliklərin" mübarizəsi, erməni diasporunun xarici dəstəyi, keçmiş SSRİ-də Qarabağın erməniəhalisinə öz narazılığını və şikayətlərini ifadə etməyə imkan verən demokratik institutların olmaması və s.göstərilir.T.R. Qurun etnosiyasi fəaliyyət konsepsiyasını əsas kimi götürərək tədqiqatçı münaqişəni törədənermənilərin etnosiyasi səfərbərliyini onların qrupdaxili birlik səviyyəsinin çox yüksək olması ilə izah edir. Lakinöz-özlüyündə qrupdaxili birlik səviyyəsinin çox yüksək olması, qrupun sosial və yaxud da siyasi səfərbərliyinintəmin edilməsi üçün kifayətedici şərt ola bilməz. Üstəlik də, S. Kornelin əsərində Dağlıq Qarabağ MuxtarVilayətinin erməni əhalisinin şikayət və narazılığının əsasında hansı səbəblərin durduğu naməlum qalır. S.Kornelin etiraf etdiyi kimi, SSRİ-nin digər regionları ilə müqayisədə heç də pis iqtisadi rifaha malik olmayan,həmçinin, mədəni-siyasi muxtariyyətə malik olan erməni azlığına qarşı kəskin sosial, mədəni, yaxud hətta siyasiayrı-seçkiliyin mövcudluğunu təsdiq etmək olmaz. 31 Buna əlavə kimi, belə bir dəlil irəli sürmək olar ki, bumünaqişə "əsrlər boyu davam edən düşmənçiliyin" törəməsi deyil: ermənilər və azərbaycanlılar mədəniyyətbaxımından ümumi cəhətlərə malikdirlər, bir-biri ilə yanaşı yaşamışlar və XIX əsrin sonlarına qədər bir-biri iləvuruşmamışlar. Lakin əgər bu səbəb sosial-iqtisadi amillər və erməni azlığına münasibətdə kəskin ayrı-seçkilikdə deyilsə, bəlkə, onda münaqişənin qızışdırılmasında "Moskvanın əli" günahkardır? Bununla belə, keçmişYuqoslaviyada etnik münaqişəyə rəvac verilməsində günahkar olan Belqrad hakim kommunist hökumətindənfərqli olaraq, Moskvadakı mərkəzi hökuməti bəhs edilən dövrdə analoji siyasətin həyata keçirilməsində çətin kiittiham etmək olsun. Beləliklə, Qarabağ ermənilərinin bu qədər yüksək etnosiyasi səfərbərliyini nəyinşərtləndirdiyi yenə də kölgədə qalır. Qarşımızda yenə də müəmmalı sual yaranır: "İrəvanın və Stepanakertinküçələrinə on minlərlə ermənini çıxaran nə idi?"27 T.R. GURR, Minorities at Risk: A Global View of Ethnopolitical Conflicts, Washington, DC: USIP Press, 1993.28 Əlbəttə, mitinqlər, xüsusilə də başlanğıcdakılar son bir neçə il ərzində fəallaşan gizli, yaxud da yarıgizli erməni millətçitəşkilatları tərəfindən təşkil olunmuşdur (Toмac ДЕ BAAЛ, 2005). Bununla yanaşı, gizli, yaxud da yarıgizli təşkilatlar həmin dövrdəəhalinin bu qədər qısa müddət ərzində bu dərəcədə intensiv səfərbər edilməsi üçün zəruri olan güclü təşkilati, inzibati və ya informasiyaimkanlarına o qədər də malik ola bilməzdi. Başqa varianta əsasən bu nümayişlər köhnə siyasi elitanın başı üzərində duran, Sov.İKP MKnınBaş katibi M. QORBAÇOV tərəfindən irəli sürülən yenidənqurma siyasəti nəticəsində öz hakimiyyətini itirmək qorxusu ilə yaşayanerməni hakimiyyəti, o cümlədən DTK tərəfindən təşkil olunmuşdu (QRIQORYAN, 1989). Belə olan halda, əlbəttə ki, daha geniş olantəşkilati, inzibati və ya maliyyə resursları hərəkətə gətirilə bilərdi. Lakin hətta respublika rəhbərliyinin bu "incə" oyunu variantını qəbuletsək belə, yenə də bir məsələ qeyri-müəyyən qalacaqdı: xalqın hansı "simlərinə" toxunmaq lazım idi ki, bu cür kütləvi nümayişlər başverə bilsin.29 "Pravda" qəzeti Qarabağ hadisələrinə həsr olunan xüsusi məqalədə yazırdı: " Stepanakertin (DQMV-nin paytaxtının keçmiş adıqeyd. R.Q.) və İrəvanın küçələrinə on minlərlə ermənini nə çıxarmışdı? Axı təkcə Ermənistan ərazisi ilə birləşmək arzusu Stepanakertinküçələrinə on minlərlə ermənini tökə bilməzdi. Onları, hər şeydən əvvəl, DQMV-nin sosial-iqtisadi inkişafındakı çatışmazlıqlar, milli vəbaşqa hüquqların pozulması çıxarmışdı" ("Эмоции и разум. О событиях в Нагорном Карабахе и вокруг него". "Правда", 21 марта1988).30 S.E. CORNELL, Conflict Theory and the Nagorno-Karabakh Conflict: Guidelines for a Political Solution?, Triton Publishers,1997.31 S.E. CORNELL, op. cit.220

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!