13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────tüğyan etməsi ardıcıl şəkildə kütləvi informasiya vasitələrində spesifik tarixi təhkiyələrin peyda olması və genişdövriyyəyə buraxılması ilə müşayiət edilmişdir. 23Bir qayda olaraq, "qurban" təhkiyələri tipinə aid olan bu mətnlərin əsas xüsusiyyəti onların tarixihadisələri bəsit şəkildə şərh etməsi, həddən ziyadə emosionallıq, eləcə də miflərə və keçmiş incikliklərəəsaslanması olmuşdur (Kaufman, 2001). Lakin bu, necə deyərlər, təhkiyələrin "zahiri" səciyyələridir. Bizimyanaşmamıza əsasən hesab etmək olar ki, bu təhkiyələrin "ən dərin" xüsusiyyəti, sxematik nəqli şablonlarınyenidən canlandırılması və bununla da etnosiyasi mübarizəyə başlayan qrupların kollektiv yaddaş patternlərininfəallaşdırılmasıdır. Məlum olduğu kimi, təbliğat iki halda ən uğurlu nəticə verir: ya auditoriyanın təsəvvürlərinəuyğun gələndə, ya da yeni ideyaları kütlədə artıq mövcud olan təsəvvürlərlə əlaqələndirəndə. 24 Məhz belə"uyğunluq" sayəsində təhkiyələr etnomilli qrupun üzvlərinin ağlına və hisslərinə o qədər güclü təsir etməyəqadirdir ki, bu dəyişmə effekti kənar müşahidəçiləri və etnosiyasi münaqişələrin tədqiqatçılarını indiyə qədər dəheyrətləndirməkdədir.Başqa sözlə, bu qəbildən olan spesifik təhkiyələrin qrupun şüuruna təsiri iki ilkin faktorla həmin qrupdamüəyyən kollektiv yaddaş patternlərinin mövcudluğu və müasir dövrün və/və yaxud keçmişin tarixi hadisələrinişərh edən təhkiyələrin külli miqdarda dövriyyəyə buraxılan məzmunu, bu patternlərə təsir edən nəqli şablonlarınolması ilə şərtlənmişdir. Münaqişənin yaranmasının istinad nöqtəsi xalqın etnik bölgələrə görə siyasi səfərbərolunması belə baş verir.Qarabağ münaqişəsi nəzəri rakursdaHər bir etnosiyasi münaqişə kimi Qarabağ münaqişəsi də mürəkkəb və dolaşıq olub, Yer kürəsinin ənmühüm geosiyasi regionunu təhdid edən müdhiş effektə malikdir. Münaqişəni digərlərindən ayıran cəhət həminmünaqişənin şərhlərində yanlış təsəvvürlərin həddən ziyadə çox olması və üst-üstə yığılmasıdır. Bu, bir sıraamillərlə bağlıdır ki, onların arasından ən azı ikisini göstərmək olar: birincisi, Sovet İttifaqı dövründə, Qarabağmünaqişəsinin ilkin mərhələsində bütün informasiyanın mərkəzi və yerli hakimiyyət tərəfindən ciddi-cəhdlənəzarətə alınması və təhrif edilməsi nəticəsində obyektiv, yoxlanılmış informasiyanın çatışmazlığı; və ikincisi,bir çox müşahidəçi və tədqiqatçıların regionun tarixi və mədəni xüsusiyyətlərinə bələd olmaması. əlbəttə, busiyahını davam etdirmək də olar, lakin vacib olan məsələ bu deyil. Daha vacibi odur ki, münaqişəninbaşlanmasından regionda nəhəng dəyişikliklərin (xüsusilə, Sovet İttifaqı dağılmış, Cənubi Qafqaz ölkələrimüstəqillik əldə etmiş, bölgəyə müşahidəçi və tədqiqatçıların gəlmək imkanları müqayisəedilməz dərəcədəartmışdır) baş verdiyi 22 il keçməsinə baxmayaraq, bu münaqişədə bir çox məsələlər, xüsusən də, onunyaranmasına səbəb olan amillər hələ də mübahisəlidir və sonadək aydın deyil.Bununla əlaqədar olaraq, münaqişənin bir çoxları üçün öz əhatə və nəticələrinə görə gözlənilməz olanbaşlanğıc mərhələsinin nəzərdən keçirilməsinin faydası var. Mən həmin dövrün hadisələri üzərində təfərrüatı ilədayanmaq fikrində deyiləm. Bu hadisələr məlumdur və xüsusi ədəbiyyatda təsvir olunmuşdur. Mən oxucularındiqqətini münaqişənin yalnız bir aspektinə, məhz Ermənistan və Qarabağ ermənilərinin etnosiyasi səfərbərliyi 25məsələsinə cəlb etmək istərdim. Bu hadisə mənim üçün o zaman və indi baş verənləri dərk etməkdə həlledici roloynayır. Mətbuatda təqdim edilən məlumatlardan ermənilərin etnosiyasi səfərbərliyinin tempi, miqyası vədinamikasını səciyyələndirən 7 epizod məlumdur: 26Birinci epizod (başlanğıc): 13 fevral 1988-ci il. Qarabağ ermənilərindən ibarət bir neçə yüz nəfərlikqrupun "Lenin" meydanında "Dağlıq Qarabağın Ermənistanla (Ermənistan SSR) birləşməsi" tələbi ilə icazəsizmitinq keçirməsi.İkinci epizod: 15 fevral 1988-ci il. Ermənistan Yazıçılar İttifaqının iclası zamanı məşhur erməni şairəsiS.Kaputikyanın öz çıxışında Qarabağ ermənilərinin tələblərini müdafiə etməsi;Üçüncü epizod: fevralın 18-də İrəvanda ətraf mühitin çirklənməsinə qarşı təşkil olunan etiraz mitinqi(müşahidəçilərin fikrinə görə, siyasi tələblər ekoloji mövzu ilə ört-basdır edilmişdir);Dördüncü epizod: 20 fevral İrəvanda Qarabağ ermənilərinin tələblərini dəstəkləyən 30 000 mitinqçininmeydana çıxması;23 Məsələn, buna misal kimi, gələcək Yuqoslaviya münaqişəsini qabaqlayan, 1986-cı ildə mətbuatda peyda olan xüsusi "qurban"təhkiyəsini Serbiya Elmlər Akademiyasının bir çox üzvləri tərəfindən imzalanan, Kosovoda baş verən "serblərin soyqırımı" haqqındamemorandumu göstərmək olar (Gagnon, 2000; SNYDER and BALLENTINE, 2000).24 D. KINDER & D. SEARS, "Public Opinion and Political Action", in Handbook of Social Psychology, G. LINDZEY & E.ARONSON (Eds.), Vol. 3. N.Y.: Random House, 1985, p. 659-741.25 Etnosiyasi səfərbərlik dedikdə etnik qrupun dərk olunmuş kollektiv maraqlar əsasında siyasiləşməsini və siyasi fəaliyyətaparmaq üçün resurslara malik olmasını ifadə edən proses başa düşülür (M. ESMAN, Ethnicpolitics, Ithaca, N.Y.: Cornell UniversityPress, 1994, p. 28).26 Məlumatlar, əsasən, T. DE VAALın kitabından götürülmüşdür (Черный сад. Армения и Азербайджан: между миром ивойной, М.: Текст, 2005) və imkan daxilində başqa mənbələrlə müqayisə olunmuşdur.219

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!