13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bizim yuxarıda bəhs etdiyimiz yaddaş modelimiz semantik yaddaş hissəsinə aiddir, çünki fərdindoğulmasından çox-çox əvvəl baş verən hadisələr onun epizodik yaddaşında əks oluna bilməz. Belə olan haldayuxarıda səsləndirilən sual bu cür dəyişdirilə bilər: emosiyalar semantik yaddaşda nə kimi rol oynaya bilər? Busuala tədqiqatçı belə cavab verir:"Əlbəttə, biz həyatımızda heç vaxt rastlaşmadığımız hadisə və obyektləri müsbət, yaxud mənfiqiymətləndirə bilərik. Məsələn, semantik yaddaş hətta hər hansı şəxsi təcrübə olmadığı halda belə bizim müsbət,yaxud da mənfi hisslər bəslədiyimiz müxtəlif insanlar və tarixi hadisələr (məsələn, Adolf Hitler, MahatmaQandi, Gindenburqların süqutu, VIII Luinin tacqoyma mərasimi və s.) barədə bilikləri əks etdirə bilər. üstəlik dəbəhs edilən hadisədən və subyektin bu hadisəyə dair biliyinin tipindən asılı olaraq, emosiyaların intensivliyibəzən epizodik yaddaşla bağlı olan emosiyalarla rəqabət apara bilər. Məsələn, Holokostu şəxsən yaşayaninsanlar hazırda çox az qalmışdır. Lakin öz-özlüyündə bu hadisələr barədə biliklər və hadisənin baş verdiyinisübut edən fotoşəkillər həmin hadisələrdən çox-çox sonra doğulan insanlarda belə müstəsna dərəcədə güclüreaksiya oyada bilər". 19Beləliklə, güman etmək olar ki, fərdin (semantik) yaddaşında müəyyən informasiyanın oyanması(canlanması) müvafiq olaraq müəyyən (müsbət və ya mənfi) emosiyaların yaşanmasına səbəb ola bilər. LakinLambertin düzgün olaraq qeyd etdiyi kimi, ayrıca bir fərddə bu cür emosiyaların oyanması bir məsələdir, eyniemosiyaların çoxlu sayda insanları eyni vaxtda bürüməsi isə başqa məsələdir. 20Hələ Qustav Lebon kütlə psixologiyasına dair yazdığı klassik əsərində belə hadisələrin baş verə bilməsinədair bəzi nümunələr gətirmişdir. Başqa bir misal kimi, politoloqlara məlum olan, "Bayraqlar altında toplanma"adlandırılan effekti göstərmək olar ki, bu halda yaranan hərbi münaqişəyə cavab kimi ictimai rəydə prezidentinnüfuzu və populyarlığı kəskin şəkildə artır. 21 Bununla belə, bütün mövcud misallar hər halda epizodik yaddaşıəks etdirir, halbuki bizi semantik yaddaş maraqlandırır. Məsələ burasındadır ki, tarixi keçmiş haqqında bəzitəsəvvürlər bir çox insanda eyni vaxtda eyni emosiyaları necə yarada bilər? Biz keçmişin hansısa tarixireprezentasiyalarının yenidən xatırlanması ilə insanlarda eyni vaxtda eyni emosiyaların yaranması proseslərininmexanizmlərini aşkarlayan tədqiqatlara rast gəlməmişik. Buna görə də bu prosesə öz baxışımızı təqdim edirik.Kollektiv tarixi təsəvvürlər və sosial davranış arasındakıəlaqəni əks etdirən proseslərin modelləşdirilməsiBu məqalə kontekstində biz fərz edirik ki, birincisi, semantik yaddaş fərdin mənsub olduğu qrupunkeçmişi haqqında müsbət, yaxud mənfi emosiyalar oyadan və ya oyada bilən informasiyaya malik ola bilər.İkincisi, semantik yaddaşın müvafiq elementlərini, yəni müvafiq tarixi təsəvvürlər, dərketmə və xatirələrinfəallaşdırılmasını şərtləndirən müəyyən mexanizmlər olmalıdır. Bununla bağlı kollektiv yaddaşın etnikmünaqişənin yaranmasını necə şərtləndirməsinin aşağıdakı mexanizmini təklif etmək olar. Bu, bir neçəmərhələdən ibarət olan, mürəkkəb və çoxvasitəli prosesdir.Əvvəlcə kollektiv yaddaş patternlərinin "fəallaşdırılması" baş verir. Bu fəallaşdırma geniş mətbuatdakeçmişi canlandıran, yaxud da müasir dövrün hadisələrini müstəsna olaraq öz mədəniyyətinə xas ənənəvisxematik nəqli şablonlara uyğun şəkildə şərh edən spesifik təhkiyələrin yer alması ilə baş verə bilər. Məhz tarixihadisələrin şərhində müəyyən olunmuş sxematik nəqli şablonlara riayət edən belə spesifik təhkiyələrin ictimaişüurda və qrup şəklində olan müzakirələrdə "üzə çıxması" kollektiv yaddaşın müvafiq patternlərini fəallaşdıravə eyni zamanda, gələcək münaqişələrin özünəməxsus carçısı ola bilər. İctimai müzakirələrdə belə təhkiyələrinyaranması və dövriyyədə olması, şübhəsiz ki, bu cür bəsitləşdrilmiş, özündə güclü mif yaradıcılığı möhürünüdaşıyan tarixi şərhlərdə xüsusi marağı olan millətçiliyin kəskin yüksəlişi ilə əlaqədardır. Öz növbəsində bəzitədqiqatçıların qeyd etdiyi kimi, 22 millətçiliyin tüğyan etməsi demokratikləşmə yoluna yeni qədəm qoyan vəgözlənilmədən mətbuat azadlığı əldə edən cəmiyyətlərdə tez-tez müşahidə olunur.Bu baxımdan, Sovet İttifaqının dağılmasına yaxın bəyan edilən "aşkarlıq" siyasəti ilk dəfə kütləvimüzakirə azadlığına imkan açan kimi həqiqi, peşəkar jurnalistika normalarından və institutlarından, fikirlərətənqidi yanaşma və onları müqayisəetmə vərdişlərindən, fikir mübadiləsi forumlarından məhrum olancəmiyyətdə millətçi ritorika və mif yaradıcılığının girovuna çevrildi. Hadisələrin gedişatına diqqətlə baxsaqgörərik ki, keçmiş Yuqoslaviya və Sovet İttifaqının ərazilərində etnik münaqişələr törədən etnik millətçiliyin19 A. LAMBERT, "How Does Collective Memory Create a Sense of Collective?", in Memory in Mind &Culture, P. BOYER, J.WERTSCH (Eds.), Cambridge: Cambridge University press, 2009, p. 204.20 A. LAMBERT, op. cit.21 J. MUELLER, War, Presidents and Public Opinion, N.Y.: Wiley, 1973.22 J. SNYDER and K. BALLENTINE, "Nationalism and the Marketplace of ideas", in Nationalism and Ethnic Conflict, M.E.BROWN, O. R. COTE, S. M. LYNN-JONES and S. E. MILLER (Eds.), Cambridge, Mass.: MIT Press. 2000, p. 61-96.218

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!