13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Kollektiv yaddaş, emosiyalar və etnosiyasi münaqişə:Dağlıq QarabağRauf QARAGÖZOV,Azərbaycan Respublikasının <strong>Prezident</strong>i yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi,psixologiya elmləri namizədi.GirişHər bir münaqişədə olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də psixolojiaspekt əhəmiyyətli dərəcədə iştirak edir, lakin siyasi və hüquqi aspektlərdən fərqli olaraq nadir hallarda xüsusitəhlil predmeti olur. Münaqişənin başlıca olaraq hüquqi və siyasi aspektlərinin müzakirəsi ilə məşğul olanekspertlər konfliktdə bir-birinə münasibətdə mənfi rəy və xoşagəlməz hisslər, düşmənçilik münasibətləribəsləyən, neqativ stereotiplərlə yanaşan tərəflərin arasında qarşılıqlı anlaşmanın əldə edilməsində çətinliklərinmövcud olduğunu ən yaxşı halda gözucu olaraq qeyd edirlər. Lakin, bizim fikrimizə görə, münaqişənin psixoloji"tərkibi", xüsusən də onun sülh yolu ilə həlli istiqamətində mövcud olan səylər nəzərə alınarsa, daha ətraflı təhliltələb edir. Bu yazıda mən Qarabağ münaqişəsinin yaranması və həllində kollektiv yaddaşın rolu üzərində xüsusidayanmaq istərdim. Bunun üçün, ilk növbədə, kollektiv yaddaşın nə olduğunu müəyyən etməliyik.Kollektiv yaddaşın sosiomədəni modeliBizim model üçün sosiomədəni yanaşma aspektində işlənilmiş bəzi ideya və kateqoriyalar vacibəhəmiyyət kəsb edir. 15 Bu yanaşma çərçivəsində kollektiv yaddaş müxtəlif, ilk növbədə, tarixi rəvayətlərlə(narrativlərlə) şərtləndirilmiş fenomen kimi nəzərdən keçirilir. Tarixi rəvayətlər (salnamələr, xronikalar, məktəbdərslikləri və s.) kollektiv hafizəyə yardımçı olan mədəni vasitələr hesab olunur. Həm də bu zaman təhkiyələrinmüəyyən xüsusiyyətləri kollektiv yaddaşın formalaşmasına spesifik təsir göstərir. Belə xüsusiyyətlərdən birikimi C. Verç çoxçalarlı rəvayətlərin təməlində duran mücərrəd və ümumi təhkiyə formalarını ayırd edir vəbunları "sxematik nəqli şablon" adlandırır". 16Bu şablonlar bir mədəniyyətdən digərinə keçdikcə dəyişir, özünün aşkar olunması üçün xüsusi refleksiyatələb edir və hətta sxemə uyğun gəlmədiyi halda belə öz tarixinin ən mühüm hadisələri barədə süjetin qurulmasıüçün model qismində istifadə edilir. Müəllif belə şablonlardan biri kimi spesifik rus sxematik nəqli şablonunudiqqətə çəkir və onu "yadelli (xarici) qüvvələr üzərində zəfər" adlandırır. Tədqiqatlarımız 17 göstərdi ki, buqəbildən olan şablonların qorunması və daim yaşaması üçün tarixi yazı, tarixi mətnlərin istehsalı və istehlakıprosesini nəzarətdə saxlayan dövlət və kilsə kimi hakimiyyət institutları xüsusi rol oynayır. Sonralar mədəni vətarixi sosiallaşmanın müxtəlif formaları vasitəsilə kütləvi şüura "yeridildiyi" halda bu şablonlar kollektivtəcrübənin müəyyən konfiqurasiyasının yaranmasına səbəb ola bilər ki, bunları mən kollektiv yaddaşınpatternləri adlandırıram. Kollektiv yaddaşın patternləri dedikdə insan qruplarının tarixi mətnlərdə, dərsliklərdə,mədəni artefaktlarda (ədəbiyyat, incəsənət), sosial institutlarda (muzeylər, memorial komplekslər, sərgilər)özünün keçmişi, qəhrəmanlarının və özgələrin əməlləri, məramı haqqında davamlı və geniş yayılan, cəmiyyətdəyaddaş siyasəti ilə dəstəklənən təsəvvür və qavrayışlarını nəzərdə tuturuq.Kollektiv yaddaş, emosiyalar, sosial istiqamətlər və kütlələrin davranışıKeçmişdə baş verən hər hansı bir hadisənin insanın yaddaşında müəyyən müsbət, yaxud mənfi hiss vəyaşantılar oyada bilməsi təcrübələrdə qeyd olunmuşdur və bunun xüsusi sübuta ehtiyacı yoxdur. Məsələ ondadırki, keçmişdə baş verən, həm də fərdlərin şəxsi keçmişində deyil, onların mənsub olduqları (etnik və ya milli)qrupun (yaxın və ya uzaq) keçmişindəki hadisələr barədə müəyyən xatirələrin onların emosional yaşantısına,qavrayışına, istiqamətlərinə və davranışına təsir etdiyini söyləmək nə dərəcədə düzgündür? Və əgər bu cür təsirbaş verərsə, yaddaşın emosiyaya mümkün təsirinin diapazonu nə qədər ola bilər? Bu suallara cavab verməküçün psixologiyada yaddaşın necə başa düşülməsinə nəzər salmaq lazımdır.Psixologiyada yaddaşın müxtəlif, o cümlədən epizodik, prosedur və semantik növlərini fərqləndirirlər. 18Sadə dillə desək, epizodikyaddaş fərdin həyatında baş verən hadisələr barədə informasiyanın hafizədəsaxlanılmasıdır. Prosedur yaddaş adət və vərdişlərin yadda saxlanılmasıdır. Semantik yaddaş isə insanın özsosial və təbii yaşayış mühiti haqqında sistematik informasiyanı yadda saxlamasıdır.15 J.V. WERTSCH, Voices of collective remembering, Cambridge: Cambridge University Press, 2002.16 J.V. WERTSCH, op.cit. p. 62.17 R.R. GARAGOZOV, "Collective Memory and the Russian "Schematic Narrative Template"", Journal of Russian andEastEuropean Psychology, Vol. 40, N° 5, 2002, p. 55-89.18 P. COЛCO, Когнитивная психология,, Спб, Питер, 2006, c. 193.217

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!