13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Erməni strateji planının birinci məqsədi dünyanın istənilən yerində yaşayan bütün erməniləri bir arayagətirmək və onların yaşadığı cəmiyyətlərdə qarışıb itməsinin, assimilyasiyasının qarşısını almaqdır. Yəni buradaəsas niyyət erməni "identikliyi"nin, kimliyinin qorunmasıdır. Buna nail olmaq üçün isə Ermənistandan kənardayaşayan ermənilərin diqqəti tək bir hədəfə yönləndirilməli, onlar bu amala xidmət etməyə çağırılmalı idilər. Buhədəf Türkiyəyə və türklərə qarşı ədavətdir. Türklərə qarşı nifrətlə ruhlanan ermənilər bu məqsədə nail olmaqüçün öz nüfuzlarını pula və siyasi təsirə də çevirməyə çalışırlar. Göründüyü kimi, ermənilər məqsədlərinəçatmaqda xeyli irəliləyişlər əldə ediblər.Strateji planın ikinci məqsədi Türkiyənin ittiham edilməsidir. Bütün gətirilən dəlillərin əsassız olduğunuvə törədilməmiş cinayəti təsdiq edə biləcək heç bir inandırıcı sübutun, sənədin olmamasını dərk edən ermənilərbu məsələni hər hansı beynəlxalq məhkəməyə çıxara bilmirlər. Çünki başa düşürlər ki, bu işə məhkəmədəbaxılsa belə, Türkiyə bu təhqiqatdan üzüağ çıxacaqdır. Buna görə ermənilər Türkiyəni hüquqi vasitələrlə ittihametməyə deyil, dünyanın ictimai rəyində gözdən salmağa can atırlar. Xüsusən Qərbin ictimai rəyinə və tarixdərsliklərinin dəyişdirilməsinə birbaşa yönəlmiş Erməni praktikasının qayəsi heç bir tarixi təhlilə ehtiyacduymadan siyasətçilərdən tutmuş adi insanlara qədər hamı tərəfindən 1915-ci ilin deportasiyasının "soyqırım"kimi tanınması məqsədi daşıyır Təəssüflər olsun ki, ermənilər bu istiqamətdə də ardıcıllıqla və müvəffəqiyyətləişləyirlər.Ermənilərin böyük əksəriyyəti hesab edir ki, türklərin əvvəlcə vicdan əsasında, sonraparlamentlərdə və nəhayət, beynəlxalq soyqırım konvensiyası vasitəsilə məhkum edilməsi və bununəsasında Türkiyədən (ərazi və maliyyə baxımından) təzminat alınması bu gün Türkiyə ilə sərhədlərinaçılması və ermənilərin güzəranının qismən yaxşılaşdırılmasından üstündür.Bu sahədə erməni strateji planının növbəti məqsədi bir çox dövlətlərin yarımməhkəmə hakimiyyətinəmalik olan parlamentləri, federal məclisləri və yerli inzibati orqanları tərəfindən Türkiyənin ittiham edilməsidir.Xüsusən, son illərdə ermənilər bu hədəfə çatmaq üçün bütün imkanlarını səfərbər ediblər. Eyni zamanda, xaricisiyasət sahəsində bir çox dövlətlərin Türkiyə ilə maraqlarının toqquşması ermənilərə bu sahədə siyasətlərinihəyata keçirməyə əlavə imkanlar yaradır.Beləliklə, göstərilən üçmərhələli planın sonuncu mərhələsi qeyd edilən məsələ ilə bağlı beynəlxalqsoyqırım konvensiyasının qəbul edilməsi və bu konvensiyaya bir sıra dövlətlərin qoşulması ilə izah olunur.Hazırda Ermənistan bu istiqamətdə diqqətini və səylərini xeyli artırmışdır. Bu məqsədə nail olmaq üçün nəTürkiyə ilə barışmaq, nə də onunla yaxşı əlaqələr qurmaq Ermənistan üçün əlverişlidir.Ermənistanın məqsədi stratejidir və qazanıla bilən qısamüddətli üstünlüklərdən daha önəmlidir. Başqasözlə desək, ermənilərin böyük əksəriyyəti hesab edir ki, türklərin əvvəlcə vicdan əsasında, sonraparlamentlərdə və nəhayət, beynəlxalq soyqırım konvensiyası vasitəsilə məhkum edilməsi və bunun əsasındaTürkiyədən (ərazi və maliyyə baxımından) təzminat alınması bu gün Türkiyə ilə sərhədlərin açılması vəermənilərin güzəranının qismən yaxşılaşdırılmasından üstündür.Bu qeyddən sonra, heç şübhəsiz, "Ermənilər nə dərəcədə sərhədlərin açılmasını arzu edirlər?" sualı ortayaçıxır. Adətən, hesab edilir ki, ermənilər Türkiyə ilə Azərbaycan arasında əlaqələri pozduğu üçün sərhədlərinaçılmasına tərəfdardırlar. Artıq 17 ildir ki, sərhədlər bağlıdır və embarqo hələ də aradan qaldırılmayıb. 2015-ciilə yalnız beş il qalır və ermənilər güman edirlər ki, sərhədlərin bağlı qalmasına beş il də dözə bilərlər.Sərhədlər açıldıqdan sonra Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşarsa, bu, Qərbparlamentlərində "soyqırım" hökmünün çıxarılmasını çətinləşdirə bilər. Əslində, ermənilər 2015-ci ilədəksərhədlər məsələsinin həll olunmamış qalmasını istəyirlər. Sərhəd məsələsi Dağlıq Qarabağ münaqişəsi ilə sıxbağlıdır. Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olarsa, Türkiyə sərhədləri açacaqdır, çünki belə olanhalda sərhədlərin açılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi "bir millət, ikidövlət" şüarına xələl gətirməyəcəkdir və beləliklə, Ermənistan Türkiyə-Azərbaycan münasibətlərini korlamaqməqsədlərinə çatmayacaqdır. Dağlıq Qarabağ münaqişəsinin həlli sərhədlərin açılmasına gətirib çıxararsa, birçox dövlətlərin parlamentləri Türkiyəyə qarşı qərar qəbul etməkdən çəkinərlər. Bu isə ermənilərin "Yüzillikplan" strategiyasına ziddir. Bu baxımdan ermənilər münaqişənin həll olunmasına doğru çalışdıqları kimi özlərinigöstərsələr də, əslində nə münaqişənin həllinə cəhd edəcək, nə də Türkiyə ilə münasibətlərin normallaşmasınaçalışacaqlar.Ermənilərin 2015-ci il ərzində daha aqressiv münasibət göstərəcəyi gözlənilə bilər. Bu vəziyyət biristisnaya söykənir. Azərbaycan öz gücləndirilmiş ordusu ilə Ermənistan tərəfindən işğal olunmuşərazilərini hərbi yolla azad etmək üçün israrlı olmaq niyyətini açıq şəkildə bildirməlidir. Yalnız bununnəticəsi kimi, ermənilər hazırda 2015-ci ilə nəzərdə tutduğu məqsədindən taktiki olaraq əl çəkməlidirlər215

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!