13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Kommunist Partiyasının Zakkraykomun plenumuna təqdim etdi. Zakkraykomun tövsiyəsi ilə AzərbaycanKommunist Partiyası 1923-cü il iyulun 1-də Qarabağın dağlıq hissəsinin qalan hissədən ayırıb ora muxtariyyəthüququ verdi. İyulun 7-də həmin qərar elan edildi və Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı. Göründüyü kimi,bu termini və bu bəlanı Azərbaycana kommunistlər gətirdilər.- Ermənistanın Dağlıq Qarabağa iddiaları ilə bağlı Azərbaycan-Ermənistan münaqişəsindən qaçmaqmümkün idimi?- Təəssüflər olsun ki, Dağıq Qarabağ Muxtar Vilayətinin yaranması da daxil olmaqla bütün sonrakı dövrdəAzərbaycan rəhbərliyi bu məsələyə münasibətdə ciddi səhvlərə yol verib. Aydın, düşünülmüş, əsaslandırılmışmövqe nümayiş etdirmək əvəzinə Azərbaycan rəhbərliyi xırda istisnalarla bir qayda olaraq erməniləriniddialarına münasibətdə təslimçi və barışdırıcı mövqe tutmağa üstünlük verib. Məsələn, 60-cı illərdəErmənistandan gələn emissarlar Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində imza toplamağa cəhdgöstərmişdilər. 1961-ci ildə Nikita Xruşovun Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi ilə bağlıYerevana səfəri gözlənilirdi. Erməni rəhbərliyi belə bir şayiə yayırdı ki, guya, Xruşov "hədiyyə" ilə gəlir və1954-cü ildə Ukrayna-Rusiya uniyasının 300 illiyi münasibətilə Krımı Ukraynaya verdiyi kimi Dağlıq Qarabağıda Ermənistana verəcək. Yeri gəlmişkən, Yerevanın bu niyyəti ona görə baş tutmadı ki, həmin dövrdə Qarabağerməniləri belə avantürist məqsədlər üçün imza verməkdən imtina etdilər. Bunun əvəzində isə Ermənistanrəhbərliyi orada yaşayan azərbaycanlı əhali üçün dözülməz vəziyyət yaratdı. Uydurma erməni genosidinin 50illiyi ilə bağlı Ermənistanda yaşayan azərbaycanlıların 1965-ci ilin mart ayında Leonid Brejnevə və AndreyQromıkoya göndərilən anonim məktublarında bildirilirdi ki, "hazırda Ermənistan partlayıcı maddə ilədoldurulmuş və ilk qığılcımdan alışmağa hazır nəhəng kürəyə bənzəyir". Məktub müəllifləri "genosid" günüErmənistanda yaşayan türklərin qətlə yetirilmək təhlükəsi barədə yazırdılar. 1977-ci ildə SSRİ-nin yenikonstitusiyasını qəbul edərkən Ermənistan rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsiniyenidən qaldırdı. Lakin Azərbaycan hakimiyyətinin qəti etirazı nəticəsində bu iddialar rədd olundu.Yəni, Sovet hakimiyyətinin bütün dövründə Ermənistan rəhbərliyi ermənilərin qonşu xalqlara nifrətini,məcazi mənada desək, kökdə saxlaya bilib. Bizdə isə 1981-ci ilin iyununda Azərbaycan SSR Ali Soveti DağlıqQarabağın Muxtar Vilayətinin statusu haqqında qanun qəbul edərkən ciddi səhvlərə yol verdi. Həmin dövrdəSSRİ-də muxtar qurumlar üçün nəzərdə tutulmayan hüquqlar 1981-ci il 24 iyun qanunu ilə müstəsna olaraqDağlıq Qarabağa verildi. Məsələn orada deyilirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət Sovetininrazılığı olmadan onun inzibati ərazi quruluşunda dəyişiklik edilə bilməz. Əlavə olaraq Dağlıq Qarabağa daha ikiimtiyaz verilmişdi. Rusiya Federasiyasında olan muxtar vilayətlərin heç birinin belə imtiyazları yox idi.Heydər Əliyev Moskvaya getdikdən sonra respublikaya bir-birinin ardınca zəif adamların rəhbərliketməsindən ermənilər bacarıqla istifadə edə bildilər. Azərbaycan rəhbərləri bir qayda olaraq Moskvanın onlarımillətçilikdə ittiham etməsindən çox ehtiyat etdiklərindən Yerevanın Qarabağdakı əməllərinə göz yumurdu vəbu da ideoloji baxımdan Qarabağ ermənilərinin bir hissəsinin Ermənistanın nəzarətinə düşməsi ilə nəticələndi.Əlbəttə ki, 1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ermənilərin iddialarının aktivləşməsindəmühüm rol oynadı. Mən Siyasi Büronun iclaslarının stenoqramları ilə tanış olduqda gördüm ki, Qorbaçovermənipərəstliyə hələ hakimiyyətə gəlməmişdən əvvəl başlayıb. Konstantin Çernenko xəstə olanda Qorbaçovpartiyada ikinci adamıydı idi ki, Katibliyin və Siyasi Büronun iclaslarını aparırdı.Diqqət yetirin, 1985-ci il fevralın 21-də Sov. İKP Mərkəzi Komitəsinin katibliyinin qərarı ilə "Ermənigenosidinin 70 illiyi ilə əlaqədar tədbirlər haqqında" məsələ Siyasi Büronun iclasına çıxarılmışdı. Məqsəd 24apreli "Genosid qurbanlarının xatirə günü" elan etmək üçün Siyasi Büronun qərarını əldə etmək idi. LakinSiyasi Büronun təcrübəli üzvlərindən olan Tixonov, Qromıko, Qrişin, Zimyanin məsələnin əleyhinə çıxdılar.Qrişin dedi: "70 il biz Respublika Ali Şurası Prezidiumunun bu məsələ ilə bağlı qərarı olmadan keçinirdik, indiisə qərar qəbul etmək təklif olunur. Bunu nəyə görə etmək lazımdır? Mən ümumilikdə xatirə günü haqqındarespublika qərarının qəbul olunmasının vacibliyinə böyük şübhə ilə yanaşıram". Qromıko isə qeyd etdi ki, "bu,Türkiyə Sultanlığının və Rus çarizminin çirkin cinayəti idi. Lakin məlum olduğu kimi, 6 il ərzindərespublikamıza başçılıq edən Leninin hakimiyyəti zamanı, genosidlə bağlı bu kimi məsələlər meydanaçıxmırdı". Tixonov isə bildirdi ki, "Ermənistan Kommunist partiyasının Mərkəzi Komitəsinin təklifini oxuyandaçox narahat oldum. Bizim Türkiyə ilə münasibətlərimiz təzəcə yoluna düşməyə başlayıb". O zaman Qorbaçovunermənipərəst avantüralarının qabağını almaq mümkün idi, lakin o baş katib olandan sonra bu mümkün olmadı.Nəticədə erməni separatizmi Kremldən böyük dəstək gördü və 1989-cu il dekabrın 1-də beynəlxalq hüquqa,SSRİ konstitusiyasına və qanunlarına zidd olaraq Ermənistan Ali Soveti Dağlıq Qarabağ Muxtar VilayətininErmənistana birləşdirilməsi, yəni ilhaq edilməsi haqda qanun qəbul etdi. Bu qanun hələ də ləğv edilməyib. Buhadisələr başlayanda Azərbaycana rəhbərlik edən şəxslər buna hazır deyildilər. Məsələn, 1988-ci ilin iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyəti məsələni müzakirə edəndə Azərbaycan tərəfi son dərəcə məsuliyyətli iclasaproblemin tarixini öyrənmədən və yaxşı bilmədən getmişdi. Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətinümayəndələri həmin iclasda guya 1921-ci ildə Dağlıq Qarabağın Ermənistandan mexaniki olaraq qoparılıb21

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!