13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qərbi Azərbaycan ərazisində ermənilər üçün İrəvan şəhəri də verilməklə Ermənistan, sonra isə Qarabağbölgəsində DQMV kimi dövlət qurumları yaradıldı.Sovetlər dövründə hakimiyyət orqanlarında yer tutmuş ermənilər müxtəlif mətbuat orqanlarındaantiazərbaycan yazıları dərc edir, məzlum ermənilərin qonşusu azərbaycanlılar tərəfindən sıxışdırılmaları barədəuydurma fikirlər yaradırdılar. Yeri gəldi-gəlmədi, Qarabağ və Naxçıvan torpaqlarını "doğma əraziləri" kimigündəmdə saxlamağa çalışırdılar. Azərbaycanlıların milliyyətcə türk olduğunu unutdurmağa xüsusi maraqgöstərən rus şovinistləri öz xəyallarında və əməllərində türkü qətiyyən yaddan çıxarmırdılar. Naxçıvan vəQarabağ bölgələrində xalqımızın daş yaddaşı olan abidələrimizin, xüsusilə türkçülük rəmzi olan qoçheykəllərinin müxtəlif üsullarla məhv edilməsinə nail olur, alban xristianlara məxsus abidələri isə bərpa adı ilədəyişdirir, saxtalaşdırırdılar. Qədim Qərbi Azərbaycan (indiki Ermənistan) ərazilərinin müxtəlif yerlərində heçbir cəzadan belə çəkinmədən əsrlərin tarixi yaddaş rəmzi olan daş abidələri yer üzündən silirdilər. Əslində, heçonları cəzalandıran da yox idi. Əgər belə olmasaydı, istisu (Cermux) şəhəri yaxınlığındakı qayalıqlardakı qayaüstüyazıları müxtəlif bəhanələrlə silməz, qədim qəbiristanlıqları dağıtmaz, qədim türk toponimlərinidəyişməzdilər. Şəxsən tanıdığımız və oranın yerli sakinlərinin bildiyi kimi, İstisudan (Cermuxdan) Əzizbəyovrayonuna gedən yolda çay üzərində körpü salarkən qazıntı zamanı, eləcə də qədimdən azərbaycanlılara məxsusTarp, Terp kəndləri ərazisində, "Gümüş mədəni" adlandırılan yerdə aşkar olunan maddi mədəniyyətnümunələrinin, qoç daşların və s. məhv edilməsinə görə kimsə cəzalandırılar, yaxud bu barədə bir tədbirgörərdilər.Yeri gəlmişkən, həmin dövrdə ermənilərin müxtəlif yerlərdə - o zamankı Ermənistan SSR, AzərbaycanSSR və Gürcüstan SSR-in bir sıra ərazilərində tarix və memarlıq abidələri gizli şəkildə ermənilər tərəfindənErmənistana daşınanda, həmçinin müxtəlif bəhanələrlə dağıdılanda, saxtalaşdırılanda Naxçıvan MR-daermənilərin bu mənfur niyyətlərinin qarşısı ciddi şəkildə alınırdı. Daimi yurd-yuvası olmayan bu ermənilərinməqsədlərini bilən səlahiyyətli şəxslərin uzaqgörənliyi bu əməllərin qarşısına sipər çəkirdi. Naxçıvan MR-ınmədəniyyət nazirliyi belə tədbirlərin görülməsində gözaçıqlığı ilə fərqlənirdi. Azərbaycanın müxtəlif yerlərindəarxeoloji abidələrin, qayaüstü rəsmlərin, qədim tikili qalıqlarının və daş heykəllərin (bütlər) yanında şəkilçəkdirən saqqallı erməni fotoqrafları həmin şəkilləri gizli şəkildə ermənidilli qəzet və jurnallarda nəşr etdiribxarici ölkələrə ötürəndə az-az adam tapılardı ki, bunları vaxtında duyub qarşısını alsın. Sözsüz ki, ermənilərinmüxtəlif səviyyələrdə apardığı separatçı hərəkətləri barədə dövlət işçiləri səviyyəsində də məlumatlandırmalaraparılır, onların ayıq-sayıq olmasına diqqət artırılırdı. Çox ədalətli olar ki, həmin dövrlərdə Naxçıvan MR-inmədəniyyət naziri, millət vəkili Fəttah Heydərovun bu sahədəki xidmətləri xüsusi vurğulansın. Respublikanındigər ərazilərində mədəniyyət abidələri dağıdıldığı, nadir eksponatların ermənilərin qarət hədəfinə çevrildiyizaman erməni xislətinə yaxından bələd olan Fəttah müəllim bir daşın belə tərpədilməsinə imkan vermədiyiçoxlarına yaxşı məlumdur. Əsl vətənpərvərlik insanın qanında, işində, əməlində olur. Mən, Naxçıvandaolduğum müxtəlif vaxlarda bu dediklərimin bilavasitə şahidi olmuşam. Bu məsələyə dair diqqətəlayiq faktlarlabizə məlum olan hadisələr yaddaşlarımızdadır.Əvvəllər heç vaxt olmadıqları bir ərazidə - türk-müsəlman torpaqlarında yeni dövlətin yaranmasındanşirniklənən ermənilər XX əsrin sonlarında Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və DQMV-ninErmənistana birləşdirilməsi kimi bədnam iddialar irəli sürdülər. Erməni ideoloqları süni şəkildə "DağlıqQarabağ problemi" yaratdılar. SSRİ-nin ermənipərəst dövlət başçısı Qorbaçovun hakimiyyəti dövründəErmənistan SSR və DQMV-də erməni əhalisi arasında imza toplayaraq Dağlıq Qarabağın Ermənistanabirləşdirilməsi üçün hazırlıq işləri görülməsi, nümayiş və mitinqlərə başlanması, erməni ekstremistlərininQarabağda (Əsgəranda) qətllər törətməsi, Sumqayıt hadisəsini təşkil etmələri, azərbaycanlı əhaliyə qarşızorakılıq, vəhşilik, qətllər, qarətlər törədilməsi, DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərarın qəbuledilməsi, 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilən 20 Yanvar faciəsi, Naxçıvan MSSR-n Ermənistantərəfindən blokadaya alınması, kənd və qəsəbələrə hücum, dinc əhaliyə vəhşicəsinə divan tutulması, yüzlərləgünahsız insanın məhv edilməsi, evlərin dağıdılması, yandırılması Azərbaycanla Ermənistan arasındamünaqişəni həddindən artıq gərginləşdirdi.Moskvada qurulmuş ssenari üzrə davam edən dövlət separatizminin qarşısını almaq mümkün olmadı.Ermənistan tərəfindən 1991-ci ildən başlanan açıq hərbi müdaxilə müharibəyə çevrildi.1992-ci il fevralın 26-da Ermənistan qoşunları Rusiya Federasiyasının silahlı qüvvələrinin 366-cı alayınınköməyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdi. Ermənilərin güllə yağışında yüzlərlə insan məhvoldu. Həmin dəhşətli gecə ermənilər hə uşaqlara, nə qocalara, nə də qadınlara aman verdi.Rəsmi məlumata görə 613 nəfərdən artıq (qeyri rəsmi məlumatlara görə 800 nəfər) Xocalı sakini məhvedilmiş, 1275-dən artıq dinc sakin girov götürülmüşdür. Faciə zamanı 1000 nəfər dinc sakin müxtəlif dərəcəliyara aldı, 106 qadın, 83 azyaşlı uşaq, 70 qoca öldürüldü. 76 insan, həddi-buluğa çatmamış gənc oğlan və qız əliloldu.202

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!