13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────ölkələrində dini elmlərə üstünlük verilmiş, həmçinin, fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, musiqi və s.elmlərin inkişafına diqqət yetirilmişdir. Elm öyrənmək istəyənlər Şərqin mədəniyyət mərkəzlərində fəaliyyətgöstərən görkəmli mütəfəkkirlərdən təhsil almışlar. Orta əsr mənbələrində onların adları, təhsili, yaradıcılığı,nüfuzlu müəllimləri və şagirdləri haqqında məlumat verilir.Həmin dövrdə "Bərdəi", "Qarabaği" təxəllüsü ilə tanınmış onlarca mütəfəkkir yetişmiş, onların adı,şəxsiyyəti və yaradıcılığı haqqında məlumatlar tarixə çevrilmişdir. İslam dininin əhatə etdiyi şəhərlərdən ərəbdilini bilən, elmə, mədəniyyətə və incəsənətə marağı olan şəxslər Şərqin mədəniyyət mərkəzlərinə gedir, təhsilvə biliklərini artırır, bəziləri geri - öz vətənlərinə qayıdır, bir çoxu isə ya təhsil aldığı şəhərdə qalır, ya da başqamüsəlman ölkələrinə gedib fəaliyyət göstərirdilər. Mənbələrdə Yaxın Şərqin və Orta Asiyanın iri mədəniyyətmərkəzlərində - Bağdadda, Qahirədə, Dəməşqdə, Şirazda, Heratda, Nişapurda, Şaşda (Daşkənddə) fəaliyyətgöstərmiş bir çox qarabağlının adı çəkilir.Mənbələrin verdiyi məlumata görə,tanınmış bir çox bərdəli alim hüquqa, fəlsəfəyə, dilçiliyə və digər elmlərə dair qiymətli əsərləryaratmışlar. Tarixi faktdır ki, islamın yayıldığı Yaxın və Orta Şərq ölkələrində alimlərin yetişməsindəAzərbaycan - qarabağlı mütəfəkkirlərin də xüsusi xidməti olmuşdur.XI-XII əsrlərdə memarlığın əsas istiqamətlərini əks etdirən Şirvan - Abşeron, Naxçıvan - Marağaməktəblərinin geniş yayıldığı dövrdə Arran (Qarabağ) memarlıq məktəbi də orta əsr Azərbaycan memarlığınınsonrakı inkişafını müəyyənləşdirmişdir.Ümumiyyətlə, Qarabağ ərazisində sayı 2000-dən artıq müxtəlif növ mədəniyyət abidəsi qeydə alınmışdırki, bunların da əksəriyyətini epiqrafik abidələr təşkil edir. Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Fizuli, Zəngilan,Cəbrayıl, Laçın, Kəlbəcər rayonları ərazisindən vaxtilə xeyli miqdarda tikinti, qəbir və s. epiqrafik abidələriqeydə alınmış və tədqiq edilmişdir. İndi onlar işğal altında olduğu üçün ermənilər tərəfindən dağıdılmışdır.Füzuli bölgəsində Babi türbəsi, Qoç Əhmədli Cümə məscidi, Hacı Ələsgər məscidi, Aşağı Veysəllikəndindəki Mir Əli və Əhmədallar kəndindəki türbələr, Şeyx İbrahim türbəsi, Əhməd Sultan türbəsi, Cəlaltürbəsi, Horadiz kəndindəki Cümə məscidi, Dağlıq Qarabağ ərazisində Əsgəran qalası, Cəbrayılda Qız qalası,Şıxlar kəndindəki türbələr, Ağdam bölgəsində Xaçın - Dərbənd kəndi yaxınlığında 12 künclü türbə, AğdamCümə məscidi, türbələr, Ağdamın Abdal - Gülablı kəndində hamam binası, Ağdamın Şahbulaq məscidi, Bərdəşəhərindəki Tərtər çayı üzərində 12 tağlı körpü, "Bərdə", "Axsadan baba" türbələri, Kərbəlayı Səfxan Qarabağitərəfindən Bərdə şəhərində tikilmiş qoşa minarəli "İmamzadə" məscid kompleksi, "Bəhmən Mirzə" türbəsi,Şuşa şəhərində səkkiz bucaqlı türbə, Pənah xan qalası, Natəvanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyaboğlunun məscidli karvansarası, Culfalar məscidi, Hacı Yusifli məscidi, Saatlı məscidi, Yuxarı Gövhərağaməscidi, Aşağı Gövhərağa məscidi, Xan evi, gimnaziya binası, Laçın ərazisində Qarasaqqal türbəsi, Soltan babatürbəsi, Şeyx Əhməd türbəsi, Sarı aşığın türbəsi, Cicimli kəndindəki türbələr, Quşçu kəndində "Uşaq qalası","Böyük bulaq" abidəsi, Həmzə soltan sarayı, Qubadlıdakı türbələr və qədim körpülər, Kəlbəcərdəki qədim tarixiabidələr də tariximiz üçün qiymətli maddi mədəniyyət nümunələridir.XVIII əsrin II yarısında Qarabağda Bayat, Şahbulaq (Təməküt), Pənahabad (Şuşa) qalaları salınmış vəhəmin qalalarda bazar, karvansaray, məscid, hamam və s. inşa edilmişdir. Ağdamda imarətlər, Pənah xana vənəslinə aid türbələr tikilmişdir.Qarabağ xanlığı dövründə bir çox qalalar tikilmiş, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranmışdır.Qarabağ xanlığının mərkəzi Şuşada yaşayış evlərinin, ictimai tikililərin interyerində divar naxışlarının gözəl vətipik nümunələri yaradılmışdı. Bu abidələrin çoxu Azərbaycanda memorial tikililərin əsas növünü təşkil edirdi.Hal-hazırda işğal altında olduğuna görə həmin abidələrin taleyi məlum deyil.Orta əsrdə Qarabağda maddi mədəniyyəti əks etdirən dekarativ incəsənət növləri inkişaf etmişdir. Rəngçalarları və naxışlarının orijinallığı ilə seçilən, bədii və texnoloji xüsusiyyətlərinə görə üstün olan Qarabağ xalçanövünün bu gün də dünya şöhrətli olması həmin mədəniyyət ənənəsinin öz təsirini saxlaması ilə şərtlənir.Qarabağda palaz, kilim və xalı toxuculuğu xüsusi yer tutmuşdur. Bunların arasında aparıcı yer tutanxalçaçılıq məhsulları - xovlu (xalça, xalı, gəbə) və xovsuz (palaz, kilim, cecim, sumağı, zili) xalçalar genişyayılmışdır. Q rabağın xovlu xalçaları naxışlarının incəliyi və rənglərin zənginliyi ilə fərqlənirdi. Qarabağdatoxunmuş sujetli kompozisiyalı xovsuz xalçalar Azərbaycan xalçalarının ən gözəl nümunələrindəndir.Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlamışdır. Qarabağ xalçaları qrupuna aid olan xalçalaradları və naxışları ilə seçilir. Qarabağ xalçaları Bərdə, Ağcabədi xalçaları olub birinci qrupa, Şuşa xalçaları adıaltında ikinci qrupa, Cəbrayıl qrupu adı altında 3-cü qrupa ayrılır.Məlum məsələdir ki, XIX əsrə qədər Dağlıq Qarabağda ermənilər kütləvi şəkildə olmamışdır. BunuDağlıq Qarabağda Ağdərənin (Mardakert) Marağa kəndində Qarabağa (İranın Marağa şəhərindən) ilk 200ailənin (erməni ailəsinin) köçürülməsi şərəfinə 1978-ci ildə ermənilərin özlərinin qoyduqları abidə əyani şəkildəsübut edir.200

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!