13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────qalmamışdır. Albaniya bazilikalarının yeni tipinin formalaşmasını göstərən Ağoğlan monastrı V əsrin sonu-VIəsrin əvvəlinə aid edilir. Erməni işğalından sonra bərpa adı altında saxtalaşdırılmış alban kilsəsi erməniqriqoryan kilsəsi şəklinə salınmışdır.VI-VIII əsrdən başlayaraq geniş vüsət almış bazilika tikililəri plan quruluşuna görə əvvəlkilərdən əsaslısurətdə fərqlənmişdir. Belə ki, bazilikalar qərb-şərq istiqamətdə tikilməklə, onun şərq hissəsi yarımoval formalıapsida ilə tamamlanır və bu hissə məbədin mehrabına çevrilirdi. Bazilikaların geniş zalı sıra sütunlarla bir neçəhissəyə - nefə bölünürdü. Ümumi ansambla uyğun olaraq hər nefin şərqində yarım kümbəz formalı çıxıntılardüzəldilirdi. Ortadakı çıxıntı göstərilən iri mehrab, yan çıxıntılar isə cübbəxana rolu oynayırdı. Bazilikaların üstörtüyü onların orta hissəsinin künbəzlərinin çıxıntısı ilə tamamlanırdı. Bazilikaların qərb tərəfində, binanıntavanında xüsusi sütunlar üzərində zəngxanalar qurulurdu.Albaniyanın xristianlıq tikinti üslubunda "dairəvi məbədlər" deyilən xüsusi memarlıq da əsas yertutmuşdur. Albaniyanın xristian memarlığının ən kütləvi forması sovmələr idi. Sovmələr karvan yollarınınkənarlarında kiçik ibadətgah rolundan əlavə həm də memorial tikililərdir. Albaniya ərazisində həm mehrabsız,həm də mehrablı sovmələrə təsadüf edilir. Sovmələrin divarları bir qayda olaraq, zəif naxışlara malik nişandaşlarla bəzədilir. Ən mürəkkəb quruluşlu tikililər bir qayda olaraq monastrlarda olurdu.Qeyd etmək lazımdır ki, son dövrlərdə Qarabağda məqsədəyönlü şəkildə, müxtəlif üsullarla aparılanerməninkiləşdirmə siyasəti özünü maddi mədəniyyət abidələrinin yox edilməsində və dəyişdirilməsində dəgöstərir. Əvvəllər köçüb yerləşdikləri ərazilərdə alban-xristian abidələrini məhv etməklə izini itirməyə çalışanermənilər sonradan bunun fayda verməyəcəyini başa düşərək, yeni fitnəkarlığa əl atmışlar. Belə ki, bütün albanxristian abidələrini özününküləşdirməyə təşəbbüs göstərir, ermənilərə məxsus abidələr kimi elan edirlər.Halbuki, alban abidəsi ilə erməni abidəsi tamamilə fərqlidir. Yuxarıda şərhini verdiyimiz alban məbədlərininözünəməxsus xüsusiyyətləri və bugünkü görkəmi deyilənlərə əyani sübutdur.Yeri gəlmişkən, alban xaçları erməni xaçlarından əsaslı şəkildə fərqlənir. Tədqiqatlar sübut etmişdir ki,Albaniyanın erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, özünəməxsus yollagetmişdir. Burada söhbət üzərində xristianlığa qədər mövcud olmuş dini-ayinlərin simvolikası əks olunmuşxristian və müsəlman qəbirləri və yazılı abidə daşlarından gedir. Alban xaç daşları üzərindəki obrazlar çoxluyüzilliklər keçdiyinə görə əvvəlcə iki, sonralar üç din hakimiyyəti altında toplanmış, harmonik olaraq yüzlərləmümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Buradan aydın olur ki, bütün özünəməxsus,orijinal və köklü fərqi olan xaçdaş, başdaş və nişandaş erməni xaçından fərqlidir.Xaçobrazlı alban xaç daşlarında dekorativ tərtibatlar qovuşur. Xaçdaşlarda başlıca cəhət odur ki, onlartəkcə xaç deyil, məqsədli şəkildə bədii icra olunmuş yazılı daş obrazdır. Öz mənasına görə bu xaçlar xristianlığaqədərki dini ayinlərlə bağlıdır və həyat ağacının - xaçın təsvirinə yaxınlaşır. Bütpərəst qəbirüstü yazılı daşlarınqanunauyğunluqlarının açılması Albaniyanın xristian xaçdaşı və müsəlman başdaşılarının xarakterini izləməkləmüəyyənləşir.Qarabağdakı alban xaçdaşları bir sıra mühüm lokal cizgiləri, bütün alban yazılı daşlarının üzərindəxristianlığa qədərki inamlar və kainat qüvvələrinin yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmişözünəməxsus qrup təşkil edir. Alban xaçı xristianlığa qədərki inamların və kainatı dərketmənin əlamətləriniözündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompazisiyaları göylə yerin əlaqəsi, günəş, işıq vəməhsuldarlıq simvolu kimi əks olunmuşdur.Qeyd etmək lazımdır ki, Cənubi Qafqazı erməni millətinin qədim torpağı hesab edən bir çox erməni"tarixçiləri" uzun müddət Sovetlər dövründəki xristian təəssübkeşliyindən istifadə edərək, bütün alban xristianabidələrini "erməni abidələri" kimi qələmə verməyə çalışmışlar. Hətta (guya qədim mənbələrdən istifadəedərək), Kür və Araz çayları arasındakı ərazilərin "qədim erməni torpaqları" və mədəniyyət irsinin ermənilərəməxsus olduğunu "sübut etməyə" səy göstərmişlər. Halbuki ermənilər nəinki sözügedən ərazidə, ümumiyyətləQafqazda, son dövrlərdə (IV əsrdən sonra) heç vaxt kompakt şəkildə məskun olmamışlar. Ermənilərin həminərazidə tarixi mədəniyyət izlərinin olması da uydurma fikirdir.Beləliklə, Qarabağ ərazisində aşkar edilmiş arxeoloji materiallar, başqa sözlə maddi mədəniyyətnümunəsi olan irili-xırdalı bütün əşyalar - tikinti materialları, məişət avadanlıqları, süfrə qab-qacaqları, bəzəkəşyaları hər biri həm özünün istehsal olunması baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoreftiktəsvirlərin, naxışların həkk olunması baxımından üstünlüyü insanların həyatında özünə yer tutmuş qədimmədəniyyətin xarakterik cəhətləri, səviyyəsi və inkişaf xüsusiyyətlərini özündə əks etdirir.Qarabağ ərazisində müxtəlif dövrlərdə müxtəlif dinlər biri digərini əvəz etmişsə də bunlar öz tarixi-etniktorpağına bağlı olan köklü, yerli bir xalqın tarixi taleyində baş verdiyindən dinin özü və dini inamlar dəyişmişsədə, xalq bir qayda olaraq adət-ənənə özəlliyini, milli xüsusiyyətini saxlamışdır. Ancaq bu həmişə və hər yerdəeyni olmamışdır. Zaman və dövranın təsirindən asılı olaraq, müxtəlif həyat tərzi, dini ideologiya mövcud olmuş,bununla əlaqədar mənəvi mədəniyyətin fərqli xüsusiyyətləri meydana çıxmışdır. Azərbaycanın digərərazilərindən fərqli olaraq, Qarabağ ərazisində dini ayrılığın davam etməsi bölgədə sonralar böyük198

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!