13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Bu regionun əsas əhalisi gəlmə ermənilərdən fərqli olaraq mənşə, dil və mədəniyyət etibarı ilə min illərləBöyük Qafqazla Araz arasında yaşamış müxtəlif türk və digər Qafqaz etnik qurumları olmuşdur.Heç də sirr deyil ki, Qarabağ ərazisində müxtəlif dinlərin mövcud olması insan cəmiyyətinin ictimaihəyatına böyük təsir göstərmişdir. Bu təkcə insanların məişətində, mənəvi dünyasında deyil, şəhərsalmaüslubunda, ictimai və dini binaların, tikinti komplekslərinin quruluşu və planlaşdırılmasında müəyyən roloynamışdır. Bu baxımdan Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığınmövcud olması və biri digərini əvəz etməsi tikinti mədəniyyətində özünü göstərmişdir.Qeyd etmək lazımdır ki, lll-VII əsrlərin memarlığının özünəməxsus xüsusiyyətləri var idi. Bu dövrdəAlbaniyada şəhər quruculuğu geniş vüsət almış, yaşayış və sitayiş təyinatlı binalar tikilmiş, su təchizatıqurğuları və körpülər inşa edilmişdir.Burada bir məsələni qeyd etmək lazımdır ki, xristianlığın Albaniyada rəsmi dövlət dini kimi qəbuledildiyi vaxtdan (IV əsrin əvvəlləri) etibarən məişət arxitekturası cəhətdən yeni formalar meydana çıxmışdır.IV-VII əsrlər tikinti mədəniyyəti xristian arxitekturası tipində yaradılmışdır. Həmçinin digər müxtəlif dinitəsirlərin mövcud olması da tikintilərin və məişət əşyalarının formalarında özünü göstərmişdir.Albaniya ərazisində meydana çıxmış şəhərlər Azərbaycana və onun yerli sakinlərinə məxsus olmuş, antikdövrdə atəşpərəstlik, ilk orta əsrin əvvəlki yüzilliklərində xristianlıq dövrünə uyğun olan memarlıq üslublarındamüxtəlif tikililər yaradılmışdır. Qarabağda antik dövr şəhər tikintilərinin əsas atributlarından olan tikintiqalıqlarının aşkar edilməsi, həmçinin həmin maddi mədəniyyət nümunələrinin digər şəhərtipli arxeolojiabidələrdən tapılmış nümunələrlə oxşarlığı qədim mədəniyyət və geniş yayılmış mədəni əlaqələrinmövcudluğundan xəbər verir.Qarabağın Füzuli, Ağdam, Ağdərə, Xankəndi ərazilərində alban və Pəhləvi yazıları, Tərtər, Bərdə vəBeyləqan ərazisindən tapılmış daş bütlər, sənətkarlıq ocaqları, müxtəlif tip qəbir növləri tədqiq edilmiş, müxtəlifdövrlərə aid və şəhərlilərin ictimai həyatında mühüm yeri olan, üzərində yazı və xüsusi işarələr həkk edilmiş daşbütlər və heykəllər aşkar edilmişdir. Həmin bütlər antik və ilk orta əsrlər dövründə daha çox yayılmış, diniayinləri və adət ənənələri əks etdirən maddi nümunələrdir.Həmin dövrün maddi mədəniyyətini əks etdirmək baxımından metaldan düzəldilmiş əşyalar damaraqlıdır. IV- V əsrlərə aid metal əşyalar özlərinin texniki baxımından kamilliyi, süjet və üslubca yerli və qərb(Roma və Bizans) bədii vasitələrinin harmonik tətbiqi ilə fərqlənir. Əşyalara yeni keyfiyyət verən bu tətbiqalban incəsənəti məhsullarını qonşu Sasani, İber və s. məmulatlarından da fərqləndirir.Sankt-Peterburq şəhərinin Ermitaj muzeyinin eksponatı üzərində alban hökmdarı Cavanşirin təsviri olan35,6 sm hündürlüyündə tunc buxurdanı tədqiqatçılar yerli sənətkarların məhsulu kimi qəbul etmişlər.Moisey Kalankatuklu Cavanşirin sarayını təsvir edərkən yerli mədəniyyət və incəsənət üslublarından necəistifadə edilməsi barədə məlumat verir: "O, günbəzdən tutmuş kandaradək hər yeri naxışlarla bəzətdirdi,divarlara başdan-başa ipək parçalar çəkdirdi, kainatı qoruyub saxlayan yataq otağının qapısını gümüşə tutdurdu,üzərində oyma naxışlar açmağı əmr etdi".Məlum olur ki, Albaniya dövlətinin yaranması dövrünə xas olan maddi mədəniyyət nümunələri, xüsusilədə incəsənət daha qədim dövrlərin incəsənətindən doğduğuna baxmayaraq, yeni tarixi şəraitlə bağlı olaraq,mədəniyyəti yeni keyfiyyətlərlə zənginləşdirmişdir. Bu dövrün incəsənəti tarixdə ilk dəfə dini təsəvvürlərinzəncirini qırmış, sənətə yeni, dünyəvi və nikbin xüsusiyyətlər gətirmişdir.Tədqiqatlara əsasən demək olar ki, Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləriinkişaf etmişdir. Alban xristianlığının ilk dövrü üçün xarakterik kilsə tikintisi uzunsov ibadət zalı olan bir nefliməbədlərdən ibarət olmuşdur. Bu məbədlərin uzunsov ibadət zalının şərq qurtaracağında yarımdairəvi mehrabhissəsi yerləşirdi. Bu növ məbədlərin üstü iki qatlı sadə daşla örtülürdü. Belə məbədlərə Ağdamda, eləcə dəKəlbəcər və Mingəçevirdə təsadüf edilmişdir.Qarabağ ərazisində, xüsusilə Dağlıq Qarabağda Amaras, Ağdamda Govurqala, Ağcabədinin Təzəkəndyaşayış məntəqəsindəki üç cüt sütundan ibarət olan bina, Bərdə şəhərində üç yarımdairəvi apsidalı, üçneflibazilika formasına malik məbəd tikilmişdir. Ağdamın Sofulu kəndində vaxtilə aşkar edilmiş Govurqala məbədiVI-VII əsrlərə aiddir.Alban xristian məbədi olan Govurqala ağ daşdan inşa edilmiş ən yaxşı memarlıq nümunələrindəndir.Məbədin dörd qapısı, hamar yonulmuş daşlarla örtülmüş döşəməsi olmuşdur. Məbəddən aşkar olunmuş daşsənduqənin qapağı üzərindəki Alban hökmdarı Hammamın qardaşının adının yazılmasından məlum olur ki, buraAlbaniya hökmdarlarının dəfn yeri kimi seçilmişdir.Govurqala Alban hökmdarlarının yay iqamətgahı kimi tanınan Aluen şəhərinin qalıqları hesab edilir.Aluen şəhəri orta əsrlərdə Bərdədən Dəbilə (Dvin) gedən ticarət yolu üstündə yerləşirdi.Yuxarı Qarabağda Ağoğlan monastırı, Xocavənddə alban monastrı, iri bazilika tikilisi Azərbaycanxalqının əcdadlarının yaratdığı maddi miraslardır. Ağoğlan çayının sol sahilində "Müqəddəs" dərədə tikilmiş vəAmaras adlanan yaşayış yerinin mərkəzində yerləşən eyni adlı alban xristian abidəsinin ilkin formaları197

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!