13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────əksəriyyət təşkil edir), İrəvan şəhəri nəzərə alınmadan İrəvan qəzasında (yəni əsasən kənd təsərrüfatı ilə məşğulolan əhali) 65.132 və 45.625 nəfər ayrıca, İrəvan şəhərində 12.359 və 12.523 nəfər, Naxçıvan qəzasında 64.151və 34.672, ayrıca Naxçıvan şəhərində 6.161 və 2.263, Ordubad şəhərində 4.088 və 284, Şərur-Dərələyəzqəzasında 51.560 və 20.726, Sürməli qəzasında 41.417 və 27.075, Eçmiədzin qəzasında 35.999 və 77.572 nəfərolmuşdur. Beləliklə, Türkmənçay müqaviləsindən sonra ermənilərin immiqrasiyası və müsəlman əhalininkənara axını nəticəsində XIX əsrin axırlarında İrəvan quberniyasının 7 qəzasının 4-də əvvəlki kimiazərbaycanlılar və yalnız 3 qəzada ermənilər əksəriyyət təşkil edirdi.Qarabağın daxil olduğu Yelizavetpol quberniyasında 1897-ci ildə “tatar” (Azərbaycan) dilini ana dili hesabedən 534.086 nəfər və ana dili erməni dili olan 292.188 nəfər yaşayırdı(http://demoscope.ru/weekly/ssp/emp_lan_97_uezd.php?reg=372). Bu quberniyanın səkkiz qəzasındanyeddisində azərbaycanlı əhali əksəriyyət təşkil edirdi. Siyahıyaalma məlumatları Yerevan siyasətçilərininbugünkü Dağlıq Qarabağın erməni əhalisinin 90 faiz təşkil etməsi barədə uydurduğu mifi alt-üst edir.Hətta 1828-ci ildən başlayaraq ermənilər bu regiona köçürüləndən sonra da Qarabağda ermənilər nisbiçoxluq təşkil etməmişlər. Yelizavetpol quberniyasının tərkibinə daxil olan Qarabağ dörd qəzadan ibarət idi –Cavanşir (1897-ci ildə bu qəzada 52.041 azərbaycanlı və 19.551 erməni yaşayırdı), Cəbrayıl (49.189 və 15.746),Şuşa (62.868 və 73.953) və Zəngəzur (71.206 və 63.622). Ermənilərin azacıq da olsa üstünlük təşkil etməsiüçün təkcə Şuşa qəzası üzrə məlumatları nəzərə almaq lazımdır, hərçənd Qarabağın dağlıq hissəsi Cavanşir vəŞuşa qəzaları hesab edilirdi. Bu iki qəzada isə, ermənilər bütövlükdə yenə də azlıq təşkil edirdi. Görəsən, ermənitəşviqat və təbliğat maşını “90 faiz” rəqəmini haradan götürmüşdür? Yəqin ki, özünün “8000 yaşını” götürdüyü“mənbə”dən.Rəsmi Yerevanın məntiqinə görə səkkiz qəzanın yalnız birinin əhalisinin tərkibində ermənilərin cüzi çoxluqtəşkil etməsi bütün Yelizavetpol quberniyasının Azərbaycana “zorla birləşdirilməsi” haqqında bütün Parisə carçəkmək üçün kifayətdir. Belə olan təqdirdə Rusiya imperiyası əhalisinin tamamilə qərəzsiz şəkildə siyahıyaalınması nəticələrinə əsasən İrəvan və Sürməli qəzalarında azərbaycanlı əhalinin aşkar əksəriyyət təşkiletməsinə baxmayaraq, həmin qəzaların Ermənistana birləşdirilməsinə nə ad vermək olar? Əgər Naxçıvanqəzasında erməni əhalinin 34 faiz təşkil etməsi 90 ildən sonra bu diyarın “əhalisinin iradəsinə rəğmən” onunAzərbaycanın tərkibinə “qanunsuz daxil edilməsi” barədə bütün dünyada şivən qaldırmaq üçün kifayətdirsə,onda bütün İrəvan quberniyasının əhalisinin 40 faizini təşkil edən azərbaycanlıların fikri nə üçün həmin ərazidəerməni köçkünlərin varisləri üçün süni dövlət yaradılmasının yolverilməz olması barədə analoji protestlər üçünkifayət hesab edilməməlidir? Üstəlik, elə həmin qərəzsiz qraf Paskeviçin məlumatlarına görə 1828-ci ildə İrəvanvilayətinin bütün sakinlərinin 3/4 hissəsini təşkil etmiş yerli müsəlman əhalisi deportasiyaya məruz qalmışdır!Əgər Naxçıvana Azərbaycanın tərkib hissəsi statusu verilməsi təkcə o səbəbdən qanunsuz hesab edilirsə ki, bu,Naxçıvan əhalisinin 34 faizinin xoşuna gəlmirdi, onda türk (azərbaycanlı) əhalinin nisbi sayı, müvafiq surətdə51 faiz (ermənilər 38 faiz), 47 faiz (ermənilər 30 faiz) və 52 faiz (ermənilər 46 faiz) təşkil edən İrəvan, Sürməlivə Zəngəzur qəzalarının ərazilərində Ermənistan Respublikasının və Ermənistan SSR-in yaranması da eyniqaydada qanunsuz hesab edilməlidir.Yeri gəlmişkən, əgər 1921-ci ildə Qafqaz Bürosu Qarabağın Ermənistana verilməsini qərara alsaydı, buhəqiqətən zorla birləşdirmək olardı, çünki bu qərar nə diyarın tarixi keçmişini, nə də onun əhalisininəksəriyyətinin iradəsini əks etdirməzdi.Saakyan Parisdə tez-tez “Qarabağ xalqı” ifadəsini işlətmişdir. Lakin o, bir məsələni unudur ki, onun bütünqarabağlıların adından çıxış etmək səlahiyyəti yoxdur. Ola bilsin ki, o, Qarabağ xalqının erməni icmasınınlideridir, lakin bu xalqın Azərbaycan seqmenti də vardır – Qarabağın təkcə dağlıq rayonlarının əhalisininüçdəbir hissəsindən çoxu azərbaycanlılardır! Lakin əgər qarabağlılar dedikdə Qarabağın təkcə dağlıq hissəsininsakinlərini deyil, onun bütün sakinlərini nəzərdə tutsaq, (əslində belə də olmalıdır) belə çıxır ki, Saakyanqarabağlıların cəmi 20 faizini təmsil edir, özü isə hamının adından çıxış edir. Qoy o hər yerdə elə belə də desin– mən qarabağlıların 20 faizinin adından, məhz ümumi Qarabağ xalqının erməni hissəsinin adından çıxışedirəm. Hindi rezervasiyalarından birinin başçısı bütün amerikalıların prezidenti sayıla bilərsə, Saakyan daqarabağlıların prezidenti ola bilər.Ümumiyyətlə qeyd etmək lazımdır ki, Saakyanın Fransaya səfəri, orada əsasən ermənilərlə görüşməsi vənecə deyərlər, Fransanın ermənidaxili gettosunun hüdudlarından kənara çıxmaması daha çox keçmiş DQMVninermənilər yaşayan kəndlərinə səyahəti xatırladır.Aydındır ki, erməni təşviqatı və təbliğatı növbəti dəfə dəlilsiz-sübutsuz Azərbaycanı “tarixisaxtalaşdırmaqda” təqsirləndirməyə tələsəcək və heç bir ciddi akademik əks arqument olmadığı halda, ikixalqdan hansının “daha qədim” olması və Stalin dövrünün möcüzəli sınaq şüşəsindən kimin hamıdan sonraçıxması mövzusunda mənasız fəlsəfi mühakimələrə qapılacaqdır. Təkcə onu qeyd edək ki, yuxarıda göstərilənbütün faktlar müstəqil, mötəbər və əlyetərli tarixi mənbələrdən, əsasən Rusiya mənbələrindən, bəzi hallarda isəerməni müəlliflərin özlərinin təsdiqlədiyi mənbələrdən götürülmüşdür. Əgər bundan sonra kimisə tarixi194

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!