13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────məcbur olmuşdu. 1919-cu ildə Dağlıq Qarabağ ermənilərinin milli qurultayı Azərbaycan hakimiyyətini rəsməntanımışdır ( “Azərbaycan hökuməti və Dağlıq Qarabağ erməniləri arasında 26 avqust 1919-cu il tarixliMüvəqqəti Saziş”in mətni ilə tanış olmaq üçün bax: «К истории образования Нагорно-Карабахскойавтономной области Азербайджанской ССР. 1918–1925 годы: документы и материалы» (Баку:Азернешр, 1989 год), сс. 23–25. Həmçinin bax: Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderlandin Transition (New-York: Columbia University Press, 1995), pp. 75–76.).Bu fakt erməni tərəfin həmin dövrdə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması, “müstəqil hüquqsubyekti” və ya “müstəqil siyasi vahid” statusuna malik olması barədə iddialarını tamamilə təkzib edir. Bu,yalnız onların xəyallarında, ya da “dqr konstitusiyası” deyilən, heç bir əhəmiyyəti olmayan kağız üzərindəmümkündür. Elə həmin il Anastas Mikoyan V.İ.Leninə yazırdı: “Ermənistan hökumətinin agentləri olandaşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Lakin Qarabağ əhalisi üçün bu, Bakıdakı həyatmənbəyindən məhrum olmaq və heç vaxt, heç nədə bağlı olmadıqları İrəvanla bağlanmaq demək olardı. Ermənikəndliləri özlərinin beşinci qurultayında Azərbaycana birləşməyi qərara almışlar” (Bax: Marksizm-Leninizmİnstitutunun Mərkəzi Partiya Arxivi – MLİ MPA, fond 461, siyahı 1, saxlama vahidi 4525, vərəq 1).Qarabağ ermənilərinin nümayəndə heyəti Bakıda AXC-nin baş naziri N.Yusifbəyovla görüşdə “Qarabağprobleminin dinc yolla həll edilməsinə görə” Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirmişdi. Busazişin imzalanması Ermənistanın Dağlıq Qarabağı “Ermənistan ərazisi” elan etmək niyyətlərinin puç olmasıdemək idi. AXC Cənubi Qafqazda ilk dəfə Qarabağın erməni azlığının hüquqlarına zəmanəti təmin etməkləmilli azlıqların problemlərinin dinc və mülki yolla həll edilməsinə əməli nümunə göstərmişdir, qonşuErmənistan isə eyni problemləri “özünəməxsus tərzdə” – insanların fiziki cəhətdən məhv edilməsi vədeportasiya metodu ilə həll edirdi. Britaniyalı jurnalist Skotland-Liddel Şuşadan Londona yazırdı: “Qarabağasülh gəlmişdir. Ermənilər Azərbaycan hökumətinə tabe olmağa razılaşmışlar... Ermənilər mənə deyirdilər ki,Şuşada və Qarabağda indiyə qədər bu cür asayiş və sülh olmamışdır” (bax: Azərbaycan Dövlət Tarix Arxivi,f.894, siyahı 10, saxlama vahidi 103, vərəq 18). Daha sonra o yazır: “Hər iki xalq dinc həyatını davametdirməyə hazır idi və əgər təşviqatçılar müdaxilə etməsəydi belə də edəcəkdilər. Mən əminəm ki,Zaqafqaziyanın digər rayonlarında erməni-tatar (erməni-azərbaycanlı – qeyd DQAİ-nindir) qırğınına görə məhzonlar məsuliyyət daşıyır. Erməni təbliğatçılar öz əməllərini bilərəkdən törədir. Lakin mən əminəm ki, onlarınZaqafqaziyadakı fəaliyyəti xalis təhrikçilikdir” (yenə orada).1920-ci ilin mart ayında daşnaklar xaincəsinə qiyam qaldırmağa cəhd etmişdilər. O vaxt bütün DağlıqQarabağ erməniləri Novruz bayramını sakitcə qeyd edən Azərbaycan kəndlilərinin evlərində qanlı talanlartörətmiş, Xankəndi, Şuşa və digər yaşayış məntəqələrində hökumət qarnizonlarına hücum etmişdilər. LakinAXC hökuməti qoşunları daşnakların qiyamını yatırmağa və Şuşanı azad etməyə nail olmuşdur.Bako Saakyan Parisdə Qarabağın Azərbaycana Stalin tərəfindən “zorla verilməsi” haqqında köhnə bayatılarısəsləndirmişdir. 1921-ci ildə Dağlıq Qarabağı heç kəs zorla Azərbaycana birləşdirməmişdir. Qafqaz BürosuQarabağı Azərbaycana “zorla vermək” haqqında deyil, onun Azərbaycanın tərkibində SAXLANILMASIhaqqında qərar qəbul etmişdir. Bu qərarın lehinə erməni Nazaretyan da (yəqin “zorla”) səs vermişdir. QafqazBürosunun arxivdə saxlanılan qətnaməsində məhz belə deyilir: Qarabağ Azərbaycanın tərkibindəSAXLANILSIN. Eyni zamanda əhalisinin əksəriyyəti azərbaycanlılar (mənbələrdə “tatarlar”) olan ZəngəzurAzərbaycan İnqilab Komitəsi tərəfindən Ermənistanın tərkibində “saxlanmamış”, məhz orada sovet hakimiyyətiqurulan gün – 1920-ci il dekabrın 2-də Ermənistanın bolşevikləşdirilməsinə kömək etmək və ermənilərin yenihakimiyyətə rəğbətini qazanmaq üçün Ermənistana hədiyyə edilmişdi.Qarabağ əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Buna görə də Qafqaz Bürosu Qarabağınerməni azlığını birtəhər sakitləşdirmək və onların arasında daşnakların təsirini azaltmaq üçün Qarabağın dağlıqrayonlarında yaşayan ermənilərə Azərbaycanın tərkibində muxtariyyət hədiyyə etməyi qərara almışdır. Lakintəəssüf ki, sakinlərinin əksəriyyəti azərbaycanlılar olan Zəngəzura və Şərqi Göyçəyə buna oxşar muxtariyyətverilməmişdir. Sovet hakimiyyətinin süqutu ərəfəsində ermənilər bu cür hədiyyələrə ənənəvi “təşəkkür”formasında cavab verərək bəyan etdilər ki, burada ümumiyyətlə heç vaxt azərbaycanlılar olmamışdır, ermənilərözləri isə az qala “8000 ildir” orada yaşayırlar.Məlumat üçün bildirək ki, 1897-ci ildə Rusiya imperiyasında ilk ümumi siyahıyaalma məlumatlarına görə(bu məlumatlar İnternetdə yerləşdirilmişdir), Zəngəzur qəzasının 137.871 sakinindən 71.206 nəfəri “tatar” (yəniAzərbaycan) dilini ana dili hesab etdiyi halda erməni dilini ana dili hesab edənlərin sayı 63.622 nəfər olmuşdur(http://demoscope.ru/weekly/ssp/emp_lan_97_uezd.php?reg=387). Özü də bu rəqəmlər azərbaycanlıların həminbölgədən fasiləsiz mühacirətindən və ermənilərin Rusiya tərəfindən təşviq edilən immiqrasiyasından sonrakıməlumatlardır! Elə həmin siyahıyaalma məlumatlarına görə o dövrdə bütün İrəvan quberniyasında 313.176nəfər azərbaycanlı və 441.000 erməni yaşayırdı (bunlar əsasən Aleksandropol, Yeni Bayazid və Eçmiədzinqəzalarında əksəriyyət təşkil edən ermənilərin hesabına yaranmış rəqəmlərdir). İrəvan qəzasındaazərbaycanlıların və ermənilərin sayı, müvafiq surətdə 77.491 və 58.148 nəfər (əvvəlki kimi azərbaycanlılar193

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!