13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkiledirdi. İstənilən halda, Rusiya istilasınadək ermənilər burada heç vaxt çoxluq təşkil etməmişlər. Kameralsiyahıyaalma Şərqi Ermənistanın bir neçə mahalında ermənilərin çoxluq təşkil etməsini göstərsə də, budəyişiklik artıq 35 mindən çox müsəlmanın həmin bölgədən mühacirətindən sonra baş vermişdir. Beləliklə, İranadministrasiyası illərində heç bir dairədə ermənilərin çoxluq təşkil etməsini sübuta yetirən sənəd yoxdur. Çoxgüman ki, ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer Qərbibasar mahalı idi. Burada Üçkilsə(Eçmiədzin) erməni dini mərkəzi yerləşirdi. 1832-ci ildə minlərlə müsəlmanın köçürülməsi, İrandan və Osmanlıimperiyasından 57 min erməni immiqrantın gəlməsi ilə xristian əhalinin sayı xeyli artmış və müsəlmanlarabərabər olmuşdur. Yalnız 1855-56-cı və 1877-78-ci illərdəki rus-türk müharibələrindən sonra Osmanlıimperiyasından daha çox erməni köçüb gələndən, buradan isə daha çox müsəlman köçüb gedəndən sonraermənilər, nəhayət, çoxluq təşkil etməyə başladılar. Hətta bundan sonra da XX əsrin əvvəllərindək İrəvan şəhəri,əsasən, müsəlman şəhəri olaraq qalırdı” (bax: "Transcaucasia, Nationalism and Social Change. Essays in theHistory of Armenia, Azerbaijan, and Georgia" (1996), p. 77-80).Burnutyanın misal gətirdiyi statistik məlumatlara görə, 1826-1832-ci illərdə İrəvan və Naxçıvanxanlıqlarında müsəlmanların sayı təxminən 30 faiz azalmışdır. Ermənilərin sayı isə köçkünlərin hesabına 3,5dəfə artmışdı. Burnutyan daha sonra qeyd edir: “Statistikadan görünür ki, Rusiya istilasınadək ermənilər ŞərqiErmənistan əhalisinin təxminən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiya ilhaqından sonraİrandan və Osmanlı imperiyasından bura 57 min erməni immiqrant gəlmiş, 35 min müsəlman Şərqi Ermənistanıtərk etmişdir. 1832-ci ildə ermənilər ümumi əhalinin yarısını təşkil edirdilər” (bax: yenə orada, s.79).Ermənilərin İrəvana, Qarabağa və Naxçıvana köçürülməsi faktının özü müasirlər tərəfindən ətraflısənədləşdirilmişdir və inkar edilə bilməz (bax: Грибоедов А.С. «Записка о переселении армян из Персии внаши области». http://feb-web.ru/feb/griboed/texts/piks3/3_4_v3.htm; Глинка С.Н. «Описание переселенияармян аддербиджанских в пределы России, с кратким предварительным изложением историческихвремен Армении». Москва, 1831, с. 131. http://www.libex.ru/detail/book166843.html). 1914-1916-cı illərdəisə keçmiş İrəvan xanlığına daha 350.000 erməni gəlmişdir. Bax: «История армянского народа». Ереван,издательство Ереванского университета, 1980 год, с. 268; Подборка статистических данных по Кавказу.Тифлис, 1869 г., том I, глава I, часть III; Кавказский календарь за 1917 год. Тифлис: канцелярияКавказского генерал-губернатора Его Императорского Величества, 1916 г., с. 183, 219–221; АктыКавказской археологической комиссии. Тифлис, 1870 г., т. 4, док. 37, с. 37.).1978-ci ildə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi bayram ediləndə Ağdərə rayonunun Marağakəndində abidə ucaldılmışdı. “Miatsum” avantürası başlanandan dərhal sonra bu abidə ermənilərin həmindiyarda Nuh əyyamından əvvəl yaşaması barədə yayılan mifə mane olan bir monument kimi ermənilərtərəfindən tez-tələsik məhv edilmişdir. Lakin abidənin fotoşəkli və yubiley haqqında qısa material “SovetskiKarabax” qəzetində dərc edilmişdi və qəzetin həmin nömrəsinin surəti bu gün də arxivlərdə saxlanılır.Türkmənçay sülh müqaviləsi bağlanana qədər İrəvan xanlığının əhalisinin 3/4 hissəsi müsəlmanlardan ibarətidi. Qraf Paskeviç öz qeydlərində bunu iki dəfə təsdiqləmişdir: “…Azərbaycanın (İran hissəsi nəzərdə tutulur –DQAİ) və İrəvan vilayətinin idarəçiliyi arasındakı kəskin fərqi görməmək olmaz. Şəxsi heyəti 25 minə yaxın(ərzaq payı alan insanların sayı bu qədər olmuşdur) olan qoşunlarımızın beş ay Azərbaycanda olmasına, yerlisakinlərin bununla əlaqədar üzləşdiyi çətinliklərə, 1/2 milyon g.r. (gümüş rubl– DQAİ) məbləğində pul və sursattoplanmasına, nəhayət, bizim hökumətə qarşı böyük narazılıq yaratmağa çalışan Abbas Mirzənin bütünintriqalarına baxmayaraq hər şey qaydasında idi. Yerli sakinlər bizim qoşunların bu əyalətdən çıxarılmasınıhəqiqətən kədərlə qarşılayırdılar. Rusların orada olması haqqında xatirələr bizim üçün ən xoş mənada oradauzun müddət yaşayacaqdır. Əksinə, əvvəllər də sərdarın zülmündən və ağır vergilərdən təngə gəlmiş, bizimhökumətin dövründə indiyə qədər bütün oklad vergilərindən azad edilmiş İrəvan vilayətində isə bütün əhalinin3/4 hissəsini təşkil edən müsəlmanlar arasında narazılıq doğurmuşduq və indi onlar sərdar üsul-idarəsini artıqtəəssüf hissi ilə xatırlayırlar (bax: Отношение графа Паскевича к начальнику Главного Штаба Е.И.В., от 2апреля 1828 года, № 51. Акты, собранные Кавказскою археографическою комиссиею. Архивъ главногоуправления намъстника Кавказского, том VII. Изданъ под редакциею председателя комиссии дсс.А.Д.Берже (Тифлисъ: Типография главного управления намъстника Кавказского, 1878), Документ №438, с. 488.).Elə həmin Paskeviç daha sonra yazırdı: “Lakin mən heç vaxt güman etməzdim ki, hər halda özünün səygöstərməsini bəyan edən bu arxiyepiskop (arxiyepiskop Nerses - DQAİ) yalnız bütün qayğılarını təkcəermənilərə yönəltmək məqsədilə öz üzərinə belə bir öhdəlik götürəcək, dövlətin mənfəətinə az qayğı göstərəcək,erməni ruhanilərinin, xüsusən Eçmiədzin monastırının xeyrini dövlətin mənafeyindən üstün tutacaqdır. Mən onuda qabaqcadan görə bilməzdim ki, general Krasovski Nersesin iradəsinin icraçılarından birinə çevriləcək vəmənim ona verdiyim bütün tapşırıqlara məhəl qoymadan hətta bu ram edilmiş diyarın adi abadlığına qayğı191

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!