13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dağlıq Qarabağın Azərbaycanlı İcması: Qarabağ problemi 1828-ci ildə,ermənilərin kütləvi şəkildə Zaqafqaziyaya köçürülməsi başlayanda yaranmışdırBakı, 12 mart (AzərTAc). Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin erməni icmasınınfaktiki rəhbəri Bako Saakyan, xidməti xarici pasportuna görə mühakimə yürütsək, həm də ErmənistanRespublikasının dövlət məmurudur. O, Fransaya qeyri-rəsmi səfəri zamanı bu Avropa ölkəsindəkierməni diasporunun nümayəndələri qarşısında bir sıra bəyanatlarla çıxış etmişdir. Məsələn, Saakyanözünün bu səyyar məclislərində etnik soydaşlarına demişdir ki, Dağlıq Qarabağ tarixi Ermənistanınəyalətlərindən biridir və uzun müddət müstəqil erməni dövlətçiliyinin son parçası və milli azadlıqmübarizəsinin episentri olmuşdur (qəribədir, görəsən, Dağlıq Qarabağ nə vaxt “müstəqil”, üstəlik, albanArsax knyazlığını və türk Qarabağ xanlığını hesaba almasaq, kiminsə dövlətçiliyinin “son parçası”olmuşdur?! – (AzərTAc).O, 1918-ci ili “Qarabağ probleminin yaranmasının başlanğıcı” adlandırmışdır. Onun sözlərinə görə, həminildə “Osmanlı Türkiyəsinin müdaxiləsi ilə Zaqafqaziyada “Azərbaycan” adlı dövlət yaranmışdır. O vaxta qədərtarixdə heç vaxt belə bir dövlət mövcud olmamışdır və o, yarandığı ilk gündən etibarən Osmanlı imperiyası iləquru sərhədlərini formalaşdırmaq və pantürkist dövlət yaratmaq məqsədilə bütün qonşu dövlətlərə qarşı əraziiddiaları irəli sürməyə başlamışdır”.1921-ci il iyulun 5-də Qafqaz bürosunun plenumu tərəfindən Qarabağın Azərbaycanın tərkibində olmasınıntəsdiq edilməsini isə Saakyan “Azərbaycana zorla birləşdirilmə” adlandırmışdır. Saakyanın qastrol klounadasınabir sıra başqa nömrələr də daxil idi, lakin biz onun solo çıxışının yalnız ən “parlaq” nömrələrini seçmişik.Dağlıq Qarabağın Azərbaycanlı İcması (DQAİ) öz həmyerlisinin Fransaya səfəri haqqında REGNUMinformasiya agentliyinin məlumatına (http://regnum.ru/news/polit/1381281.html) münasibət bildirmişdir.DQAİ-nin bəyanatı elə həmin agentliyin saytında dərc edilmişdir(http://regnum.ru/news/polit/1381675.html). Bəyanatın mətnini oxucularımıza təqdim edirik:“Özünü bir “ölkənin” “prezidenti” adlandıran, lakin Şengen zonasına tamam başqa ölkənin pasportu iləgedən (etiraf edək ki, belə “dövlət başçısı”na hər gün rast gəlməzsən), əslən bizim diyardan olan Bako Saakyanöz dinləyicilərinin (əsasən elə ermənilərin) qulaqlarını yalan və saxtakarlıq lehməsi ilə doldurmuşdur. Məsələn,o bildirmişdir ki, guya Qarabağ problemi 1918-ci ildə, “Osmanlı Türkiyəsi Azərbaycan adlı dövlət yaradanvaxt” ortaya çıxmışdır.Əvvələn, tarix elmində “Osmanlı Türkiyəsi” adlı dövlət olmamışdır. Vaxtilə Osmanlı imperiyası olmuşdur,bu gün isə Türkiyə Cümhuriyyəti vardır. “Osmanlı Türkiyəsi” eynilə “Parfiya İslam Respublikası”, “TevtonFederativ Respublikası” və ya “Kirenaik Cəmahiriyyəsi” kimi nonsensdir. Özünü hətta mövcud olmayan birdövlətin “prezidenti” adlandıran adam, ümumiyyətlə, bu cür adi şeyləri bilməli idi.İkincisi, Bako Saakyanın naftalin qoxusu gələn erməni təbliğat ştamplarına söykənib söylədiyi kimi,Qarabağ problemi 1918-ci ildə deyil, ondan düz 90 il əvvəl, Rusiya imperiyasının yenicə zəbt etdiyi İranərazisində, əsasən türklərin məskunlaşdığı İrəvan və Naxçıvan xanlıqlarında o vaxta qədər həmin ərazilərdəmövcud olmamış qondarma “Erməni vilayəti” yaratmağı qərara alanda (bu vilayət 1828-ci il martın 21-dəyaradılmışdır), Türkmənçay müqaviləsinin 15-ci maddəsinin şərtlərinə əsasən oraya İrandan və Osmanlıimperiyasından on minlərlə ermənini köçürəndə yaranmışdır. Həmin müqavilə bağlanandan sonra cəmi 80 ilərzində Osmanlı imperiyasından və İrandan Cənubi Qafqaza bir milyona yaxın erməni köçürülmüşdür. Ruspublisisti N.Şavrov bu barədə yazırdı: “Ermənilər əsasən Yelizavetpolun və İrəvan quberniyasının münbittorpaqlarında yerləşdirilirdi. Burada onların sayı çox cüzi idi. Həmin ermənilər Yelizavetpol quberniyasınındağlıq hissəsində (Dağlıq Qarabağ və Zəngəzur) və Göyçə gölünün sahillərində məskunlaşdırılmışdı” (bax:Шавров Н.И. «Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам»,С-Петербург, 1911, сс. 59-61.).Qeyd etmək lazımdır ki, 1918-ci ildə İrəvan xanlığının (sonralar İrəvan quberniyası) ərazisində, habeləDağlıq Qarabağ və Naxçıvan xanlıqlarının ərazisinin bir hissəsində (Yelizavetpol quberniyası), daha dəqiqdesək, tarixən Qarabağın bir hissəsi olmuş Zəngəzurda Ermənistan respublikası yaradılmışdı. Bu, həmintorpaqlarda ilk erməni dövləti idi. XIX əsrin birinci qərinəsində bu vilayətlər Rusiyaya birləşdirilənə qədərhəmin ərazinin əhalisinin 85 faizi müsəlmanlar idi. Yeni yaradılmış Ermənistan Respublikasının ərazisininerməni əhalisinin sayı Cənubi Qafqazın Rusiya imperiyasının tərkibində olduğu 90 il müddətində artaraq 50faizə çatmışdır. Çoxsaylı deportasiya və mühacirət dalğalarından sonra da türklər (azərbaycanlılar) yenəəhalinin xeyli hissəsini təşkil edirdi. Erməni tarixçiləri Ronald Suni və Corc Burnutyan da bu barədə yazırlar.Məsələn, Corc Burnutyan yazır: “Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkənİran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumisayının 30-50 faizini təşkil etdiklərini bildirirlər. Həqiqətdə isə rəsmi statistik məlumatlara görə, rus işğalından190

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!