13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────- Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi və orada təhlükəsizliyin və özünüidarəetmənin təminolunması;- Ermənistanla Dağlıq Qara bağ arasında dəhlizin açılması;- Gələcəkdə Dağlıq Qarabağa hüquqi statusun verilməsi;- Qaçqınların və məcburi köçkünlərin bütün hüquqlarının bərpa olunaraq öz əvvəlki yaşayış yerlərinədönmələrini təmin etmək;- Sülhməramlı əməliyyatların və təhlükəsizliyin beynəlxalq təminatı.Gördüyümüz kimi, Dağlıq Qarabağın status məsələsində onun Azərbaycandan ayrılmasından söhbətgetmir, işğal olunmuş torpaqların qaytarılması və qaçqınların hüquqları bərpa olunaraq öz əvvəlki yaşayışyerlərinə qayıtması məsələsi isə birmənalı şəkildə vurğulanır.Dünya ictimaiyyəti 2010-cu ildə özünün mötəbər strukturlarının və dövlətlərinin simasında DağlıqQarabağ məsələsinin həllinin siyasi-hüquqi parametrlərini cızmışdır.Lakin müəyyən səbəblərdən, xüsusilə erməni lobbisinin dəstəyini itirməmək xətrinə Fransa və ABŞhökumətləri Yerevana ciddi təzyiqlər etmək istəmirlər, əvəzində Serj Sarkisyanı yumşaltmaq missiyasınıRusiyanın üzərinə qoyurlar. Moskva isə adəti üzrə ikili oyun oynayır. Bir tərəfdən <strong>Prezident</strong> Medvedyev vəRusiya XİN aktivlik nümayiş etdirir, üçtərəfli görüşlər təşkil edərək tərəfləri kompromisə çağırır, digər tərəfdənerməni forpostu üçün "qazanc" əldə etməyə çalışmaqla bərabər Azərbaycandan öz geosiyasi və iqtisadimaraqları üçün güzəştlər əldə etmək istəyir. Yəni, Rusiya heç də bu münaqişənin həllini sürətləndirməyətələsmir.Belə qənaətə gəlmək olar ki, Rusiya münaqişənin həllində yalnız simvolik addımlar atmaqlakifayətlənmək istəyir. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Bu faktlar artıq Minsk qrupuna üzv ölkələrüçün də aydın olduğundan, onlar Astana sammitində öz fəaliyyətlərini də aktivləşdirəcəklərini vəd etdilər.Beləliklə, demək olar ki, Rusiyanın Qarabağ münaqişəsinin həllindəki bu qeyri-konstruktiv fəaliyyətini Fransavə ABŞ öz təşəbbüsləri ilə tarazlamağa çalışacaq.Əsas məsələ emosiyalara uymadan və gərginliyə davam gətirərək Ermənistana siyasi, iqtisadi,informasiya, hətta hərbi sahədə təzyiqlərin artırılması xəttini davam etdirməkdir. Bunun üçün Azərbaycanınbütün imkanları var. Artan iqtisadiyyatımız, böyük məbləğdə maliyyə ehtiyatımız, inkişaf edən hərbi-sənayekompleksimiz, 2011-ci ildə artaraq 3 mld. dollar olacaq hərbi büdcəmiz, Bakı-Tbilisi-Qars dəmir yolununçəkilişinin başa çatdırılması və s. layihələr Azərbaycanın üstünlüyünü möhkəmlədəcək.Ermənilər nə qədər kəkələnsələr də, onların manevr imkanları getdikcə daralır. Rusiya ilə Ermənistanarasında rabitə yolları (xüsusilə hərbi yükdaşımaları) bağlı qalmaqda davam edir. 2009-cu ilin 15%-likdefoltundan sonra Ermənistan iqtisadiyyatının bərpası çox ləng gedir, maliyyə böhranı isə dərinləşir. 2011-ciildə Ermənistanın xarici borcu 3,9 mld. dollar təşkil edəcək və bu rəqəm 4,4 mld. dollara qədər yüksələ də bilər.Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan, Yerevanın sabiq meri Vaaqn Haçatryan və c. kimitəcrübəli ekspertlər hökumət bəyanatlarının və proqnozlarının əksinə olaraq, ölkənin uçuruma yuvarlandığınıbildirirlər. Sübut kimi bu il Ermənistanın maliyyə ehtiyatlarının 160 mln. dollar azaldığını göstərmək olar.Maraqlıdır, 2012-ci ildə xarici borcların qaytarılması üçün xərclər 3 qat artarsa, ölkəyə yeni kreditlərin verilməsidayandırılarsa və ya siyasi tələblər qoyularaq sərtləşdirilərsə, onda vəziyyət necə olacaq?KTM-in Moskvada keçirilən son iclasından da məlum oldu ki, Ermənistanın bu təşkilata bəslədiyiümidlər əsassızdır. Hərbi sahədə Ermənistan Azərbaycanla rəqabət apara bilməz. Rusiyadan da kömək almaqümidləri azalmaqdadır. Serj Sarkisyanın "Azərbaycan müharibəyə başlayarsa, Dağlıq Qarabağın müstəqilliyinitanıyacağıq" kimi cəfəng bəyanatları onun artıq yaxınlaşan müharibədən necə qorxduğunu göstərir. Digərtərəfdən, qəti səsləndirməyə çalışdığı həmin bəyanatda Sarkisyan onu da etiraf edir ki, Moskvanın xeyir-duasıolmasa, Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz.Münaqişənin həllində hər hansı müsbət irəliləyiş olmadığı təqdirdə Ermənistanla Azərbaycan arasındahərbi gərginliyin artması qaçılmazdır. Bu hərbi büdcənin artırılmasında, silahlanmanın geniş vüsət almasında,müharibə ruhlu çıxışların çoxalmasında, hərbi təlimlərin intensivləşməsində, atəşkəsin pozulmasında vəcəbhədə hərbi insidentlərin sayının artmasında özünü büruzə verəcəkdir. Hesab edirəm ki, vasitəçi dövlətlərinvə ümumiyyətlə, bu münaqişənin dinc yolla həllində maraqlı olan qüvvələrin hadisələrin belə inkişafınınqarşısını almağa gücü var. Bunun üçün dolayı deyil, birbaşa təsir göstərməklə "Madrid prinsipləri"niErmənistana qəbul etdirmək, sonra da sülh müqaviləsinin hazırlanması və razılaşdırılması istiqamətindəaddımlar atmaq lazımdır. Əks təqdirdə Azərbaycan öz hərbi təzyiqini davam etdirməlidir. Dünya ictimaiyyətibizə başqa seçim yolu qoymur.«Milli-Məclis ».–2011.-№1-2.-S.62-65.189

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!