13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────QARABAĞ MÜNAQİŞƏSİ2010-cu ilin yekunlarıRasim MusabəyovMillət vəkili2010-cu il başa çatdı. Təəssüflər olsun ki, Minsk qrupunun Ermənistan Azərbaycan, DağlıqQarabağ münaqişəsini "Madrid prinsipləri" çərçivəsində həll etmək cəhdləri müsbət nəticə vermədi.Ermənistan tərəfi gözlənilənin əksinə olaraq hələ AŞ PA-nın xarici işlər nazirlərinin 2009-cu ilin yayındaAfinada keçirilən sammitində ona rəsmi təklif olunmuş "Madrid prinsipləri"nin yenilənmiş versiyasınıqəbul etmədi. Baxmayaraq ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi şəhərindəkeçirilən görüşü zamanı Sarkisyan bu məsələnin təhlili və dəqiqləşdirilməsi üçün bir-iki həftə vaxtistəmişdi.Bəlli oldu ki, qeyri-legitim, zəif dəstəkli prezident Serj Sarkisyana bu danışıqlar yalnız status-kvonusaxlamaq üçün lazımdır. Dağlıq Qarabağı Azərbaycandan ayırmadan və "dəhliz" adı altında bizim ölkəninmüəyyən bir hissəsini qoparmadan bu münaqişənin həlli Sarkisyan və onun komandası üçün qəbuledilməzdir.Onlar üçün bu oyunun qiyməti Dağlıq Qarabağ deyil, Qarabağ klanının ələ keçirdiyi və istismar etdiyiErmənistandır. "Madrid prinsipləri" ( 90-cı illərdə bu prinsiplərə oxşar olan "mərhələli həll planını" qəbuletdiyinə görə prezident Levon Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırılmışdı) qəbul olunarsa, indikihakimiyyət nəinki radikallar qarşısında, həm də xalq qarşısında bu vaxta qədər verdiyi qeyri-real və icrasımümkün olmayan vədlərə görə cavab verməli olacaq.Bu vaxta qədər yeridilən səmərəsiz siyasət nəticəsində Ermənistan regionda həyata keçirilən irilayihələrdən kənarda qalmış, sülhə və tərəqqiyə sərf edilməli olan 12 il vaxt boş yerə itirilmişdir. AmmaErmənistanın bu qədər itirməsinə baxmayaraq, dövlət hakimiyyətini özəlləşdirən Qarabağ klanı hədsiz dərəcədəvarlanmışdır.Bütün bunlara baxmayaraq, diplomatların səylərini nəticəsiz, 2010-cu ili isə itirilmiş il hesab etməkolmaz. Xatırlatmaq istərdim ki, 20 may 2010-cu il tarixində Avropa Parlamentinin Bolqarıstandan olan deputatıYevgeni Kirilovun məruzəsi əsasında "Avropa Birliyinin Cənubi Qafqaz strategiyasının hazırlanmasınınvacibliyi" haqqında qətnamə qəbul olundu. Bu qətnamədə xüsusən qeyd edildi ki, "Dağlıq Qarabağa son statusumüəyyənləşənə qədər müvəqqəti status verilə bilər. Bu da keçid dövründə azərbaycanlıların və ermənilərin sülhvə əməkdaşlıq şəraitində yaşamalarını təmin edə bilər". Sənəddə o da qeyd olunur ki, erməni qoşunları işğalolunmuş Azərbaycan torpaqlarından çıxarılmalıdır.Serj Sarkisyanın qatılmadığı NATO-nun Lissabon sammiti də ermənilər üçün sarsıdıcı oldu.Ermənilərin daimi istinad etdiyi "öz müqəddəratmı həll etmək" prinsipi burada rədd edildi. NATO-nun qəbulolunmuş yeni strateji konsepsiyasının 34-cü maddəsində dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazibütövlüyünə hörmət prinsipi bir daha təsdiqlənməklə ermənilərin işğalçılıq siyasətlərinə haqq qazandırmaq üçündaim istinad etdiyi "öz müqəddəratını təyinetmə" prinsipi rədd edildi.Azərbaycan tərəfinin təkidi ilə ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına AvropaTəhlükəsizlik Şurasının Minsk qrupunun və BMT-nin üzvlərindən ibarət faktaraşdırıcı missiya göndərildi.Missiyanın araşdırmalarının nəticələri hazır olandan sonra biz bu sənədə əsaslanaraq Baş AssambleyadaErmənistan tərəfinin beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan torpaqlarını işğal etməsini qınayanmüvafiq qətnamənin qəbul olunmasının səsverməyə qoyulmasını tələb edə bilərik.Eyni zamanda, Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarının 3+2 formatındakeçirilməsi haqqında qərarın qəbul olunması da əlamətdar hadisədir. Minsk qrupuna üzv dövlətlərin nümayəndəheyətlərinin başçıları olan Rusiya Prezidenti Dmitri Medvedyev, ABŞ-nın dövlət katibi Hillari Klinton,Fransanın Baş naziri Fransua Fiyon, həmçinin Azərbaycan və Ermənistan prezidentləri belə qərara gəldilər ki,artıq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha qəti addımların atılmasının zamanı çatmışdır.Azərbaycan və Ermənistan prezidentləri beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə, Helsinki YekunAktına, həmçinin Rusiya Prezidenti Dmitri Medvedyevin, Fransa Prezidenti Nikola Sarkozinin və ABŞPrezidenti Barak Obamanın 10 iyul 2009-cu il Akvildə və 26 iyun 2010-cu il Muskokda verilən birgəbəyanatları əsasında Dağlıq Qarabağ münaqişəsinin tam həllinə hazır olduqlarını bildirmişdilər.Xatırlatmaq istərdim ki, ABŞ, Fransa və Rusiya prezidentlərinin Akvildə və Muskokda verdikləribəyanatlara görə "Madrid prinsipləri"ndə nəzərdə tutulur:- Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarəti altına qaytarılması;188

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!