13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────6. Dünyanın aparıcı dövlətlərinin rəsmi və siyasi dairələrində region, Dağlıq Qarabağ problemi vəerməni millətçi ideologiyası haqqında obyektiv informasiyanın çoxalması.Həmsədr ölkələr - ABŞ, Rusiya və Fransa tərəfindən edilən təkliflər isə yuxarıda sadalanan prinsiplərintətbiqinə edilən yeni variantlar deməkdir. Vasitəçilər onların bir bir paketdə birləşdirməyə və və konfliktingüzəştlərlə həllinə cəhd edirlər.1988-ci ildə başlayan problem 1992-ci ildən ATƏT-in Minsk Qrupu formatında həll edilməyə başlanır.Azərbaycan beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq problemin " ərazi bütövlüyü prinsipi " əsasında həlledilməsinə çalışır. Çünki, problem Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğalına yaranmışdır.Ermənistan isə " xalqların müqəddəratını təyin etməsi prinsipini " əsas gətirərək işğal edilmiş torpaqlarıAzərbaycandan qoparmağa çalışır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında yaşayan erməni icmasınınmillət kimi öz müqəddəratını təyin etməsində təkid edir. Vasitəçilər isə problemin ancaq " güc tətbiq etməməprinsipi " prinsipi əsasında həll etməyə üstünlük verirlər.Prinsiplərin hər biri beynəlxalq hüquq normalarına daxildir. Və 1975-ci ildə Finlandiyanın paytaxtıHelsinki şəhərində keçirilmiş Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinin yekun xartiyasında üz əksinitapmışdır.Ancaq Ermənistanın düşüncəsindən asılı olmayaraq "müqəddəratı təyin etmə" heç də müstəqillikdemək deyildir. Dünya təcrübəsində və beynəlxalq hüquq normalarında bu anlayışa müstəqil dövlətdən başqamuxtariyyət və mədəni muxtariyyət variantları da daxildir. Azərbaycan isə ərazi bütövlüyü prinsipi ilə səsləşənyüksək muxtariyyət modeli təklif edir. Çünki, erməni xalqı artıq öz müqəddəratını təyin etmişdir və tarixiAzərbaycan torpaqlarında Ermənistan adlı müstəqil dövlət yaradıb. İkincisi isə, dünyada müstəqil dövləti olan50-100 min nəfərlik milli icmanın yeni bir müstəqil dövlət yaratması təcrübəsi yoxdur. Bu ənənə yaranarsa,dünya siyasi xəritəsini yenidən çəkmək və dünyanı yenidən ərazi uğrunda qanlı müharibələrə sürükləməkdemək olardı.Keçmiş sovetlər məkanında yaşayan bəzi milli azlıqlar bitərəfli sesessiyaya meyl edirlər. Sesessiya hərhansı bir dövlətin tərkibində yaşayan milli qrupun həmin dövlətin tərkibindən ayrılaraq lakin həmin dövlətinərazisi üzərində müstəqil dövlət yaratmaq istəyidir. Beynəlxalq hüquq isə sesessiya hüququnu tanımır vəMillətlər Cəmiyyətinin hüquqşünaslar komissiyasının 1928-ci ildə Alan adaları ilə bağlı qərarı və Kanada AliMəhkəməsinin Qebeklə bağlı qərarı buna misaldır. Hətta Beynəlxlalq Ədalət Məhkəməsinin Kosovo ilə bağlıməlum rəyində sessesiya anlayışına münasibət bildirməkdən çəkindi.Güc tətbiq etməmək prinsipinə gəldikdə isə Azərbaycan danışıqların getdiyi dövrdə bu prinsipigözləməyi öhdəsinə götürür. Danışıqların qarşı tərəf tərəfindən məqsədli surətdə uzadıldıqda və ErmənistanMadrid prinsiplərinin birinci - ərazi bütövlüyünə hörmət etmədiyi şəraitdə Azərbaycanın ümumilikdə özününtəmin prinsiplərdən azad olma hüququ vardır. Suveren dövlət kimi Azərbaycanın ərazi bütövlüyünü təminetmək üçün bütün müasir üsullardan, o cümlədən hərbi yolla torpaqlarını işğaldan azad etmək hüququ vardır.İndiki dövrdə Madrid prinsiplərinə bağlılıq heç də ölkəmizi onun ərazisini qoruyacaq güclü Silahlı Qüvvələryaratmaq istəyinə maneçilik deyil.Dağlıq Qarabağ probleminin yaranmasından 23 il keçməsinə baxmayaraq o yenə də Azərbaycancəmiyyətinin bir nömrəli məsələsi olaraq qalır. Aparılan bütün fəaliyyət onun tezliklə həll edilrərk ölkəmizinərazi bütövlüyünün təmin edilməsinə yönəldilmişdir. Azərbaycan Respublikasının <strong>Prezident</strong>i İlham ƏliyevinSədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ciildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda cənab İlham Əliyev məsələ ilə bağlı bildirmişdi : " Əfsuslarolsun ki, 2010-cu ildə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində irəliləyişə nail olabilməmişik. Bunun da təkcə bir səbəbi var. Bu da ondan ibarətdir ki, Ermənistan tərəfi, demək olar ki,danışıqları pozmaq istəyir. Danışıqlar masasında əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir,vaxt uzatmaq istəyir.Bir sözlə, bizdə belə fikir yaranır ki, Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmir, çalışırlarnə qədər mümkündürsə, o torpaqları işğal altında saxlasınlar. Beləliklə də, bundan istifadə edib AzərbaycandanDağlıq Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən şərtləri əldə etsinlər. Bu isə mümkün deyildir. Biz bunudəfələrlə bəyan etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycantorpağı kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq aləm tərəfindən tanınır, BMT tərəfindəntanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır.Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci erməni dövləti yenə də Azərbaycanın tarixitorpaqlarında yaradılsın. Yəni bu, danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələnin həlli üçünErmənistan öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqlardan çıxarmalıdır. Ondan sonra sülh yarana bilər.Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar,Dağlıq Qarabağda muxtariyyət şəraitində yaşamalıdırlar. Bütün sivil ölkələrdə olduğu kimi, orada da işlər bütün184

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!