13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────xarici siyasət hüququndan çarın xeyrinə imtina edirdi. Beşinci maddəyə görə, çar söz verirdi ki, xanın varis vəarxasının "Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişməz saxlanacaq, daxili idarəetmə ilə bağlı hakimiyyətişləri, məhkəmə və divanxana, ölkədən yığılan gəlir zati-alilərinin (İbrahim xanın) səlahiyyətlərində qalacaq.Səkkizinci maddəyə görə, Qarabağ xanı çar xəzinəsinə hər il 8000 çervon bac verməyi öhdəsinə götürürdü.Sənədin ən ağır maddələrindən biri bu idi ki, Rusiya xanlığın mərkəzində, Şuşa qalasına bitişik Xan bağındatoplarla təchiz olunmaqla 500 nəfərlik komendantlıq saxlamaq hüququ əldə edirdi.Kürəkçay müqaviləsinə görə, xan nəvələrindən birini əmanət olaraq Tiflisə baş komandanın qərargahınagöndərməli və onun xərcini də özü çəkməli idi.Müqaviləyə görə, çarın fərmanı ilə İbrahim xana rus ordusunun general-leytenantı, oğlanlarıMəhəmmədhəsən və Mehdiqulu ağaya general-mayor, Xanlar ağaya isə polkovnik rütbələri verilirdi. Bu rütbənialmaqla Qarabağ xanı və onun oğlanları Qafqaz komandanlığının əmrlərini yerinə yetirməli idi.Eyni məzmunda müqavilə bir həftə sonra 21 may 1805-ci ildə Şəki xanlığı ilə imzalandı. Kürəkçaymüqaviləsinin 11 maddəsi içərisində elə bir maddə yoxdur ki, orada ermənilərlə bağlı nə isə olsun. Bu müqaviləQarabağın bir Azərbaycan xanlığı olaraq Rusiyanın vassallığına keçməsini özündə əks etdirən siyasi-hüquqiaktdır və orada hər şey çox aydın formada yazılıb. Özünü tarixçi, ya siyasətçi hesab edən adamların həqiqəti çoxqabarıq formada əks etdirən belə mühüm sənəddən yayınmasını heç cür anlamaq olmur.Göründüyü kimi, müqavilədə bütün öhdəliklər və imtiyazlar erməni məlikləri ilə deyil, bilavasitə şuşalı,qarabağlı İbrahim xanla bağlıdır.- Müqavilə şərtləri necə yerinə yetirilirdi?- Həmişə olduğu kimi Rusiya öz üzərinə götürdüyü öhdəliklərə əməl etmədi. Halbuki, Kürəkçay müqaviləsiəbədilik imzalanmışdı. 1806-cı ildə İran qoşunları Şuşaya yaxınlaşarkən öz ailəsini Şuşa qalasınınyaxınlığındakı Xankəndinə köçürmüş Qarabağ xanı İbrahim xan bütün ailəsi ilə birlikdə (oğlu Mehdiqulu ağaistisna olmaqla) mayor Lisaneviç tərəfindən qətlə yetirildi. Lisaneviç İran ordusunun Qarabağa hücum edəcəyihalda xanın satqınlıq edəcəyindən şübhələnirdi və bu, əsassız şübhə idi.Haqqında danışdığımız ağır qətl hadisəsi Kürəkçay müqaviləsindən sonra Rusiyanın üzərinə götürdüyüöhdəliklərin və çar fərmanı ilə İbrahim xana general-leytenant rütbəsi verilməsinin sırf simvolik xarakterdaşıdığını inandırıcı şəkildə təsdiqləyir. Bununla belə, nə qədər ki, İranla müharibə davam edirdi, Rusiyaxanlığın statusunu dəyişdirmədi.1806-cı il sentyabrın 10-da imperator I Aleksandrın fərmanı ilə Mehdiqulu ağa qətlə yetirilmiş atası İbrahimxanın yerinə Qarabağ xanı təyin edildi. Fərmanda deyilirdi: "Biz ali məqamlı və ali cəlallı ehsanı ümumə şamilolan allahın mərhəmət və köməyi ilə bütün Rusiya məmləkətinin, habelə başqa vilayət və ölkələrin istiqlal vərifahını təmin edən imperator I Aleksandr, bildiririk: Qoy, bizim şahanə lütf və qayğımıza, imperatorluq qüdrətvə mərhəmətimizə ümid bağlayan Qarabağ vilayətinin bütün ali üləma, hörmətli başbilənləri, görkəmli vəşərafətli əyanları, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları və bütün rəiyyətləri bilsinlər ki, keçən ildəmərhum İbrahim xan bizim şahlıq canişinimiz olan general knyaz Sisianovla birlikdə bir "Əhdnamə" tərtibetmişdilər və general onu dərhal imperatorluq dərgahına çatdırmışdı. Biz həmin "Əhdnamənin" tələb və şərtləriilə tanış olduqdan sonra mərhum xanın irəli sürdüyü bütün arzu və tələbləri, öz sonsuz şahanə lütf vəqayğıkeşliyimizlə qarşılayıb, onu bütün Qarabağ əhalisi ilə birlikdə himayəmizə alıb, mərhum İbrahim xanıxüsusi imperator fərmanı ilə Qarabağ vilayətinin müstəqil hakimi təyin etdik. Və təminat verdik ki, Qarabağınimperatorluq təbəəliyinə daxil olan bütün rəiyyətləri, mərhum xanın varisləri nəsildən-nəslə Qarabağın xanlıqtaxtında oturub müstəqil surətdə hökmranlıq etmək hüququ ilə təmin olunacaqlar".Daha sonra fərmanda deyilirdi: "İbrahim xanın bir iğtişaş nəticəsində qətlə yetirilməsi kimi hüznlü birhadisədən sonra yenə sədaqətli rəiyyətlərinin müstəqilliyini təmin etmək sahəsində əlahəzrətin xeyirxah fikirlərivə münasibəti dəyişməz olaraq qalır. Əlahəzrət verdiyi sözə əməl edərək öz şahlıq mərhəməti və qayğısı iləyüksək rütbəli vərəsə general-mayor Mehdiqulu ağanı mərhum atasının yerində bərqərar edib Qarabağvilayətinin xanlıq taxtında oturdub və bu qərarı imperator fərmanı ilə təsdiq edir".Bu fərmanda İbrahim xana verilmiş bütün hüquqlar Mehdiqulu xana verilirdi və Qarabağda "bütün əhalininona baş əyib sözündən çıxmaması, xanın əmrinə və hakimiyyətinə aid olan bütün qayda-qanunlara əməletmələri" təsbit olunurdu. Fərmanda ermənilərlə bağlı heç nə yox idi. Qarabağın kimə məxsusluğunu öyrənməküçün imperator I Aleksandrın 1806-cı il 10 sentyabr tarixli fərmanı çox mühüm tarixi sənəddir.1813-cü ildə Gülüstan müqaviləsindən sonra Rusiya Azərbaycanda xeyli möhkəmləndi və "əbədi" olaraqimzalanmış "Əhdnamələrə" məhəl qoymayaraq xanlıqları ləğv etməyə başladı. 1819-cu ildə Şəki xanlığı, 1820-ci ildə Şirvan xanlığı ləğv edildi. Mehdiqulu xan rus təzyiqlərinə dözməyib İrana qaçdıqdan sonra 1822-ci ildəQarabağ xanlığı da ləğv edildi və onun yerində komendant üsul-idarəsi təsis olundu. Beləliklə, 17 ildən sonraKürəkçay müqaviləsi öz əhəmiyyətini itirdi.- Qarabağı, o cümlədən Şimali Azərbaycanı özünə birləşdirəndən sonra çar Rusiyasının siyasətini necəxarakterizə edərdiz?18

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!