13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────əvvəlləri şimal ölkələri ilə Xəzər-Volqa, Dnepr, Don vasitəsilə ticarət əlaqəsi geniş vüsət aldı. Dünyanın bir çoxölkələrindən, xüsusilə Avropa və Şərq ölkələrinin bir çox şəhərlərindən Qarabağ regionunun əzəmətli şəhəriBərdəyə ticarət karvanları gəlirdi. Bərdənin ticarətinin əsas dayaq nöqtələri onun məşhur bazarları beynəlxalqticarət həyatında mühüm rol oynamaqla bərabər, şəhərlərin, həmçinin bölgənin inkişafında xüsusi rol oynayırdı.Qarabağ XII əsrin birinci rübündən Azərbaycan Atabəyləri dövlətinin tərkibinə daxil idi. Belə ki, 1136-cıildə Səlcuq sultanı Məsud Arranı iqta kimi atabəy Şəmsəddin Eldənizə bağışlamışdı. İqamətgahı Qarabağdayerləşən Eldəgiz, tezliklə yerli əmirləri öz tərəfinə çəkdi, sultana xidmət asılılığından çıxdı, tədricən bütünAzərbaycana yiyələndi.Çox keçmədən - XIII əsrin əvvəllərində Qarabağ monqolların hücumuna məruz qaldı. Bütün Qafqazıbürüyən monqol yürüşləri zamanı bütün ölkə xeyli zərər çəkdi, şəhərlər dağıdıldı, əhalisi qırğına məruz qaldı.Hülakülər dövlətinin möhkəmləndiyi dövrdə 1259-cu ildə xanın əmri ilə monqol ordusu Arqunun başçılığıaltında Qarabağı da bu dövlətin tərkibinə qatdı. XIV əsrin əvvəllərindən etibarən Azərbaycan uzun müddət QızılOrda ilə Hülakülər arasında döyüş meydanına çevrildi.XIV əsrin sonlarında, Karsı, Tiflisi, Şəkini fəth etmiş Teymur Qarabağa daxil oldu. Qarabağın da tərkibinədaxil olduğu Cəlairilər dövləti Teymurun hücumları nəticəsində süquta uğradı. XV əsrdə Qarabağ Teymurilərləqaraqoyunluların müharibə meydanına çevrildi. 1408-ci ildə Azərbaycanda Teymurilərin hakimiyyətinə sonqoyuldu. 1410-cu ildə Qaraqoyunlu Azərbaycan dövləti yarandı. Onun tərkibinə Qarabağ, Cənubi Azərbaycan,Kürdüstan və Ərəb İraqı daxil oldu.1410-cu ildən etibarən Qarabağ da daxil olmaqla Kürdən cənubda yerləşən Azərbaycan torpaqlarıQaraqoyunluların hakimiyyəti altına salındı. Məhz həmin dövrdə - 1441-ci ildə Qaraqoyunlu Azərbaycan-türkdövlətinin hökmdarı Cahan şah erməni katolikosluğunu vaxtilə alban monastrı olmuş Üçkilsəyə (Üç Müədzinə)köçürmüşdür. Hökmdarlarla məqamında dil tapmağı bacaran erməni keşişləri sonrakı tarixi proseslərdəAzərbaycan dövlətçiliyinə daxildən və xaricdən zərbələrin vurulmasında mühüm rol oynamışdır.1467-ci ildə Qaraqoyunlular və Ağqoyunlular arasında baş vermiş döyüşdən sonra Qaraqoyunlu dövlətisüqut etdi və Ağqoyunlu dövlətinin əsası qoyuldu. Ağqoyunlu tayfa birliyi hələ erkən orta əsrlərinbaşlanğıcından, bəlkə də əvvəl Cənubi Qafqazda, başlıca olaraq Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə,o cümlədən Qarabağda, Göyçə gölü ətrafındakı torpaqlarda, Alagöz yaylaqlarında və başqa yerlərdəyaşayırdılar. Ağqoyunluların ön dəstələri Azərbaycanın Cənub rayonları, Şərqi Anadolu, Qərbi İran, Dəclə vəFərat vadiləri də daxil olmaqla çox geniş ərazidə yayılmışdı.XV əsrdə Qarabağın hakimi olmuş əmir Yarəhməd Qaraman 1496-cı ildə Azərbaycana hücum etdi vəhakimiyyəti ələ aldı. Yar Əhməd padşah elan edildi və onun adına pul kəsilməyə başladı. Həmin pullar Bərdədəkəsilirdi.XVI əsrin başlanğıcında (1501-ci ildə) I Şah İsmayılın başçılığı altında Azərbaycan Səfəvilər dövlətiyaranmış və bütün Azərbaycan ərazisi, həmçinin Qarabağ bu dövlət ətrafında birləşdirilmişdir.XVI əsrin sonlarında Osmanlı sultanı III Muradın (1574-1594) vaxtında- 1578-ci ildə Mustafa paşaAzərbaycanı tutarkən Fərhad paşa Gürcüstandan keçərək Qarabağa daxil olmuş, Osmanlı hərbi hissələriniburada yerləşdirmişdir.XVII əsrdən XVIII əsrin əvvəlinə qədər Səfəvilərin yaratdığı Qarabağ bəylərbəyliyinin tərkibinə Astabad,Cavanşir, Bərgüşad, Qazax, Şəmşədil əraziləri daxil idi.Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ qədim Azərbaycan dövlətlərinin tərkibindəolduğu kimi, Albaniya, Xilafətdən sonra yaranmış Sacilər, Salarilər, Şəddadilər, Eldəgizlər, Elxanilər(Hülakülər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar, sonralar Əfşarlar və Qacarlar kimi türkhakimlərin idarə etdikləri dövlətlərin tərkibində olmuşdur. Burada hər hansı bir erməni dövləti və yahakimiyyətindən bəhs etmək absurddur.XVIII əsrin əvvəllərində Azərbaycan ərazisi İran, Rusiya və Osmanlı imperiyaları arasında gedənmüharibələrin mərkəzində olmuşdur. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi “Qafqazsiyasəti” yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyəgətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar verdi.Səfəvilər dövlətinin hərbi qüdrətində rolu olan Nadir xan Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə sonqoydu, keçmişdə Səfəvi dövlətinin tərkibinə daxil olmuş əraziləri öz hakimiyyəti altına keçirmək üçün xeylimübarizə apardı və buna nail oldu. Başqa bəylərbəyliklər kimi Qarabağ bəylərbəyliyi də ləğv edildi. Bundansonra Nadir şah qurultayda cəsarət edib onun namizədliyinin əleyhinə çıxan Qarabağ feodallarına divan tutdu,onların çoxunu doğma torpağından ayırıb Xorasana və Əfqanıstan sərhədlərinə sürgün etdi. Nadir şahQarabağın məşhur Ziyadoğlu nəslini zəiflətmək məqsədilə 5 alban əsilli xristian məlikliyini və Mil-Qarabağdüzündəki tayfaları, eləcə də Zəngəzuru onun nəzarətindən çıxardı.Nadir şah öldükdən sonra (1747-ci il) onun yaratmış olduğu nəhəng imperiya müstəqil feodal dövlətlərəparçalandı. Azərbaycan ərazisində 20 xanlıq, 7 sultanlıqdan ibarət feodal dövlət qurumları yarandı. Bu178

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!