13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağ Azərbaycan xalqının əzəli, əbədi torpağıdırAzərbaycanın Qarabağ regionu dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsiinsanlarının yaşadığı ərazidir. Bu yer Şelldən əvvəlki mədəniyyətin - Quruçay mədəniyyətinin tarixini özündəəks etdirən tarixi-coğrafi ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay (1 milyon 200 min ildən artıqtarixə malikdir) mədəniyyətindən sonrakı Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarınınyaşayış məskənidir.Azərbaycanın dövlətçilik tarixi qədər də onun bölgələrindən biri olan Qarabağ böyük tarixi ənənəyəmalikdir. Antik dövrdə Qarabağ regionu Albaniyanın tərkibində ən iri vilayətləri əhatə etmişdir. Qədim yunanvə Roma mənbələri Qarabağ bölgəsinin tayfalarının alban mənşəli olması və bu regionun AzərbaycanAlbaniyası dövlətinə məxsus olmasını təsdiq edir. Başqa sözlə, Albaniyanın, onun tərkib hissəsi - Qarabağərazisinin iqtisadi və mədəni tarixi başlıca olaraq öz əksini antik yazıçıların əsərlərində və arxeolojimateriallarda tapmışdır.Tədqiqatlar göstərir ki, Qarabağ regionu antik dövrdə alban arşakiləri sülaləsinin hakimiyyəti altındaolmuşdur.Lakin əsrlər boyu “böyük Ermənistan” barədə yazan və bu gün də bu uydurmanı sübut etməyə çalışanerməni müəlliflər Favstos Buzand, Moises Xorenli kimi orta əsr tarixçilərinin əsərlərinə əsaslanaraq tarixisaxtalaşdırırlar. Bu zaman onlar son dərəcə vacib bir cəhəti unudurlar: Favstos Buzandın, yaxud MovsesXorenlinin yaratdığı görünüş - real həqiqətləri əks etdirmir. Ancaq bu zaman ermənilərin əcdadlarının birvaxtlar uzaq Balkanlardakı Frakiyadan gəlməsi “unudulur”, bu ərazilərdə aftoxtonluğu kimi uydurma yaranır.Qarabağ torpaqları heç cür Ermənistanın “əzəli” torpağı, tarixi ərazisi ola bilməzdi. Bu mifologiya indiyəqədər erməni tarixşünaslığına daxil edilmiş orta əsr erməni müəlliflərinin uydurmasıdır. Hətta ermənitarixçilərinin özləri də təsdiq edir ki, “Qafqaz Ermənistanı” anlayışı XX əsrdə meydana çıxmışdır ki, bu daAzərbaycan xanlıqları - Naxçıvan və İrəvan torpaqlarında XX əsrin əvvəllərində qurulan erməni dövləti idi.Vaxtilə Balkan yarımadasından Ön Asiyaya köçürülərək, Suriya və Mesapatomiya sərhədlərində yerləşdirilənermənilərin “böyük” və “kiçik” adlandırdıqları ərazini güya üç dəniz arasını tutan “böyük Ermənistan” dövlətiadlı cəfəngiyatlarla dünya ictimaiyyətini aldatmağa çalışan erməni ideoloqların cəhdlərinə baxmayaraq yazılıqaynaqlar, tarixi-arxeoloji tədqiqatlar Qarabağ regionunun qədim tayfalarının alban (azərbaycanlı-türk) mənşəliolması və bu ərazinin Azərbaycan Albaniyası dövlətinə məxsus olmasını təsdiq edir.Azərbaycan Albaniyası IV-VII əsrlərdə geniş əraziyə malik idi. O, şimaldan Böyük Qafqaz dağlarına,cənubdan Kür və Araz çaylarına, şərqdən Xəzər dənizinə, qərbdən İberiyaya qədər torpaqları əhatə edirdi.Albaniya dövlətində 11 tarixi vilayət yerləşirdi. Bunlardan Uti (burada Albaniya dövlətinin paytaxtı və Albaniyakatalikosluğunun iqamətgahı - Partav (indiki Bərdə) şəhəri olmuşdur), Kambisena (İberiyaya qədər olansərhəddə), Paytakaran, yaxud Kaspiana, yaxud Balasakan (Mil və Muğan çölü), Arsak (indiki Yuxarı Qarabağvə Mil düzünün bir hissəsi), Sünik, yaxud Sisakan, yaxud Zəngəzur (cənubi Arsak) Qarabağda, başqa sözlə,Kür və Araz çayları arasında yerləşirdi.Yunan-Bizans, alban, gürcü, erməni, Suriya və ərəb mənbələrinin məlumatına görə, erkən orta əsrlərdəAlbaniyanın avtoxtonları (yerli əhalisi) albanlar, utilər, lipinalılar, kaspilər, çilblər, qarqarlar, leqlər, girdmanlar,savdeylər olmuşlar. Qarabağ regionuna daxil olan Uti, Paytakaran və Arsakda əsəsən yerli türk tayfaları -albanlar, utilər, qarqarlar və savdeylər, həmçinin gəlmə türk tayfaları - maskutlar, saklar, gellər və ballaryaşayırdılar.Albaniya hökmdarı Cavanşirin (616-681) hakimiyyəti dövründə Albaniya dövləti daha da qüdrətləndi. O,təsərrüfatın, sənətkarlığın, mədəniyyətin inkişafına şərait yaratdı. Cavanşir Albaniyanın mədəni inkişafına nailoldu. Həmçinin onun tapşırığı ilə Moisey Kalankaytuklu “Albaniya tarixi”ni yazdı. Habelə şairlərin,memarların, musiqiçilərin yaradıcılığına diqqət yetirdi. Cavanşirin hakimiyyəti zamanı həm Albaniyanın, həmdə Qarabağ regionunun mərkəzi şəhəri Bərdə xeyli inkişaf etmişdir.VIII əsrin başlanğıcında Albaniya, həmçinin Qarabağ regionu ərəblər tərəfindən zəbt edildi. XəlifəƏbdülməlik (685-705) Xilafət üçün iqtisadi və strateji cəhətdən əhəmiyyətli olan Albaniyada “qayda-qanun”yaratmağa başladı. Alban hökmdarını hakimiyyətdən kənarlaşdırdı (705-ci il). Xilafətin şimal ərazilərini idarəetmək üçün Bərdəni ərəb canişinlərinin iqamətgahına çevirdi.VIII əsrdən etibarən Azərbaycanın hər yerində olduğu kimi, Qarabağda da yeni dövr başlandı. Albaniyadatəşəkkül tapan İslam dini yeni bir mərhələnin başlanğıcını qoydu. Bir dini inancdan (xristianlıq) digərinə(müsəlmanlıq) keçən xalqın mənəvi dünyasında köklü dəyişiklik yaransa da, məişət şəraiti və milli-etnik adətənənələriəvvəlki kökü üzərində davam və inkişaf etdi.VIII-IX əsrlərdə Qarabağın da daxil olduğu, ərəblərin Arran (Azərbaycan) adlandırdığı region nəhəngsənətkarlıq və ticarət mərkəzi kimi tanındı. Ticarət Xilafət üçün böyük gəlir mənbəyinə çevrildi. IX əsr-X əsrin177

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!