13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────"Nikaraqua ABŞ əleyhinə" işi üzrə Beynəlxalq Məhkəmənin 1986-cı il qərarında göstərilirdi ki,"özünümüdafiə hüququ hücuma məruz qalmış dövlətə məxsusdur. O bu hüquqdan istifadə etmək qaydasınımüəyyənləşdirir". Əgər silahlı hücumdan zərər çəkmiş dövlət tərəfindən silahlı hücuma dərhal cavabverilməmişdirsə və ya özünümüdafiə tədbirlərinin kifayət qədər səmərəli olmaması nəticəsində dərhal qarşısıalınmamışdırsa, silahlı hücum uzanan və ya davam edən xarakter, yəni işğal və ya ilhaq forması alır. Beləhallarda zərər çəkmiş dövlət silahlı hücum vaxtı özünümüdafiə hüququndan istifadə etməməsindən asılıolmayaraq hər an özünümüdafiə hüququna müraciət edə bilər ( 5, s. 51; 6, s. 107).NATO-nun son üç sammitində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənmiş, 2010-cuilin payızında həmin təşkilat tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yollarının müzakirəolunacağı planlaşdırılmışdır.Beləliklə, müasir beynəlxalq hüquq beynəlxalq münasibətlərdə zor tətbiq edilməsini və zor tətbiqetməklə hədələməni qadağan etsə də, BMT Təhlükəsizlik Şurasının qərarına əsasən kollektiv sanksiya kimi vədövlətə silahlı hücum olduqda kollektiv və fərdi özünümüdafiə tədbiri kimi silahlı qüvvələrdən istifadəedilməsinə yol verilir.Azərbaycan Respublikası öz ərazi bütövlüyünü beynəlxalq hüquq əsasında, istənilən yolla bərpa etməkistəyəndə, hüquqi əsas həlledici rol oynayacaq və bu əsaslar artıq kifayət qədərdir.Əlbəttə, beynəlxalq təşkilatların qərarları çox önəmlidir, lakin bu sənədlərin tələblərinin məcburiicrasının təmin edilməsində problemlər mövcuddur.Azərbaycan dövləti öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə AzərbaycanRespublikası Konstitusiyasının 9-cu maddəsinə əsasən Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaratmışdır(1, s. 6)."Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanunun 1-ci maddəsinə uyğun olaraqAzərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün,toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına təcavüzolarsa onun dəf edilməsinə xidmət etməsi təsbit olunmuşdur (3, s. 14)."Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən respublika SilahlıQüvvələri dövlətin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsiüçün təsis olunduğu öz əksini tapmışdır (3, s. 96).Müharibə şəraitində Silahlı Qüvvələr öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və AzərbaycanRespublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirilməsigöstərilmişdir.Azərbaycan Respublikasının 8 iyun 2010-cu il tarixdə təsdiq olunmuş Hərbi Doktrinasının 43-cübəndində Ermənistan Respublikasının Azərbaycan ərazisinin bir hissəsinin işğal altında saxlaması və işğal etdiyitorpaqları problemin siyasi yolla tənzimlənməsi çərçivəsində könüllü azad etməkdən daim imtina etməsisəbəbindən Azərbaycan Respublikası tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq öz ərazibütövlüyünü bərpa etmək məqsədi ilə məcburən hərbi gücün tətbiq edilməsi nəzərdə tutulmuşdur (4, s. 1-2).Hərbi Doktrinanın 50.3-cü bəndində müharibə (silahlı münaqişə) dövründə Azərbaycanın SilahlıQüvvələrinin və başqa silahlı birləşmələrinin əsas vəzifələri kimi Ermənistan Respublikası ilə mövcudmünaqişənin nizama salınması üçün təcavüzkara strateji təzyiqin artırılması, zəruri olduqda hərbi güc tətbiqetməklə münaqişənin qısa zamanda və Azərbaycan Respublikası üçün minimal itkilərlə həlli məqsədi ilə qoşunqruplaşmaları potensialının lazımi səviyyəyə çatdırılması, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrinqismən və ya tam strateji açılması, sərhədyanı silahlı münaqişələrin lokallaşdırılması və zərərsizləşdirilməsi,Azərbaycan Respublikasının ərazisinə daxil olmuş təcavüzkarın qoşun qruplaşmalarının və onun əməliyyatehtiyatlarının darmadağın və məhv edilməsi üzrə strateji və döyüş əməliyyatlarının aparılması, qanunvericilikdəmüəyyən olunmuş qaydada hərbi və ya fövqəladə vəziyyət rejiminin saxlanılması müəyyən edilmişdir (4, s. 1-2).Ölkənin müdafiəsi vəzifələrinin icrası zamanı dövlətin Silahlı Qüvvələrinin tətbiqi şübhəsiz ki, hərbsənəti məsələlərinə aiddir. Bununla yanaşı, müasir şəraitdə hərb sənətinə təkcə "qələbə çalmaq elmi" kimi deyil,həm də düzgün qələbə çalmaq, yəni dövlətlərin və yaxud bir dövlətin silahlı münaqişələr zamanı münasibətləritənzimləyən, hüquqa əsaslanan norma və qaydalara uyğun qələbə çalmaq lazımdır.Azərbaycan <strong>Prezident</strong>i cənab İlham Əliyev Praqa prosesi adlanan formatı münaqişənin sülh yolu iləhəllində "son şans" adlandırıb: "Bu Ermənistan üçün son şansdır ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsınvə beləliklə, öz gələcəyini, təhlükəsizliyini təmin etsin, daha qorxu içində yaşamasın, Ona görə bu mərhələhəlledicidir. Bu yaxınlarda həmsədr ölkələrin nümayəndələri ilə danışıqlar zamanı biz bu barədə öz fikirlərimizibildirmişik. Hesab edirik ki, bu həlledici məqamda məsələnin həlli üçün lazım olan bütün addımlar atılmalıdır.Bir daha demək istəyirəm, mən şəxsən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalqhüquq bizim mövqeyimizi dəstəkləyir".175

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!