13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi:zorakılığa qarşı hərbi güc tətbiqinin beynəlxalq və ölkədaxili hüquqi əsaslarıQalib MƏMMƏDOV,Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının əməkdaşıDünyada sülhün və təhlükəsizliyin təmininin beynəlxalq hüquqi vasitələri hələ ki, dövlətlər arasında vədaxilində dinc münasibətlərin tam təminatı kimi çıxış edə bilmir. Bəşəriyyət hələlik müharibə və münaqişələrinqarşısını almaq iqtidarında olmasa da, onun qanun və adətlərinin humanistləşdirilməsi yolu ilə gedir.Mark Tuli Siseron eramızdan əvvəl 52-ci ildə yazırdı ki, "silahlar toqquşan zaman qanunlar susur". O,dövlətlər arasında və dövlət daxilində yaranan mübahisələrin həllinin müzakirələr və zor tətbiq edilməsiyollarını fərqləndirir, ikinci yolun vəhşilər üçün olduğunu qeyd edirdi (5, s. 9).İkinci, yəni, "Vəhşilik yolunu seçmiş Ermənistan havadarlarının köməkliyi ilə Azərbaycan Respublikasıərazisinin beşdən bir hissəsini işğal etmiş, müvafiq beynəlxalq hüquq normalarını inkar edərək, ölkəsində, işğaletdiyi ərazilərdə etnik təmizləmə aparmaqla, separatçı, heç bir dövlət tərəfindən tanınmamış, qondarma "DağlıqQarabağ Respublikası" yaratmış və qəsb etdiyi Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altındasaxlamaqla Azərbaycanın milli təhlükəsizliyinə əsas hərbi təhdid mənbəyi olaraq qalmaqdadır.Bibliyada Musanın adından belə bir fikir səslənir: "Şəhəri fəth etmək üçün ona yaxınlaşanda sülh təklifet. Əgər o, səninlə sülhə razı olmasa və müharibə aparsa onda onu mühasirəyə al. Və nə vaxt Allah onu səninəlinə versə, oradakı kişi cinsindən olanları qılıncınla məhv et. Ancaq qadınları və uşaqları, heyvanları və şəhərdəolan hər şeyi qənimət kimi özünə götür" (5, s. 11). Ermənilər nəinki beynəlxalq humanitar hüququn normalarını,hətta xaçpərəstlərin müqəddəs kitabının tələblərini pozaraq, işğal etdikləri ərazilərdə silahsız qoca, qadın,uşaqları etnik mənsubiyyətinə görə vəhşicəsinə qırmış, "Xocalı soyqırımı"nı törətmiş, yaşayış məntəqələrinitalan edərək viran qoymuş, ərazilərdə yanğınlar törədərək flora və faunanı, mədəniyyət abidələrini dağıtmış vədağıtmaqda davam edirlər.Beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı önəmli qərarlar qəbulolunub.1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısında ümummilli liderimizHeydər Əliyevin siyasi qətiyyəti və diplomat prinsipiallığı nəticəsində, Ermənistan istisna olmaqla, 54 üzvdövlət tərəfindən Azərbaycanın haqlı mövqeyini müdafiə edən xüsusi sənəd imzalanmışdır.Doxsanıncı illərin əvvəllərindən etibarən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 7 bəyanat, 4qətnamələrində (822, 853, 874, 884 saylı) Ermənistan dövlətinin işğalçı olduğu açıq göstərilib və torpaqlarınazad olunması, qaçqınların öz yurdlarına qayıtması tələb olunub.Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan indiyədək müxtəlif beynəlxalq təşkilatlar: AvropaŞurası, ATƏT, İslam Konfransı Təşkilatı, digər təşkilatlar münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirənqətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar da münaqişənin istənilən yolla, o cümlədən, hərbi güc tətbiqetmək yolu ilə həll olunması üçün kifayət edir.Avropa Şurası Parlament Assambleyası 25 yanvar 2005-ci il tarixində "ATƏT-in Minsk konfransınınməşğul olduğu Dağlıq Qarabağ münaqişəsi" adlı 1416 saylı qətnamə qəbul etmişdir. Parlament Assambleyasıqətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək etnikdüşmənçilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına vəmonoetnik ərazilərin yaradılmasına gətirib çıxardığına dair narahatlığını ifadə etmişdir. Assambleya AvropaŞurasının üzvü olan bir dövlətin digər dövlətin ərazisinin işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərinikobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüşşəxslərin təhlükəsiz və ləyaqətlə geri qaytarılması hüququnu bir daha təsdiq etmişdir.BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən təşkilatın üzvünə silahlı hücum edildiyi halda onun fərdivə kollektiv surətdə özünümüdafiə hüququ vardır (2, m. 51). Başqa sözlə, BMT Nizamnaməsi silahlı hücumucavab xarakterli silahlı fəaliyyət üçün əsas kimi qəbul edir. Belə hallarda silahlı fəaliyyət hüquqa uyğun xarakteralırBMT Baş Məclisinin 1974-cü ildə keçirilmiş XXIX sessiyasında qəbul edilmiş tərifdə təcavüz - birdövlətin digər dövlətin suverenliyi, ərazi toxunulmazlığı və siyasi müstəqilliyinə qarşı və ya BMTNizamnaməsinə uyğun olmayan hər hansı başqa tərzdə silahlı qüvvə tətbiq etməsidir. BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndi və 39-cu maddəsi təcavüzü sülhün pozulmasının daha təhlükəli forması kimixarakterizə edir. Tərifin 5-ci maddəsində bu nəzəri müddəa daha da dəqiq təsbitini tapmışdır. Burada göstərilirki, "təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir. Təcavüz beynəlxalq məsuliyyət doğurur"(2, m. l; m39).174

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!