13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Mayın 14-də Qarabağ faciəsinin 200 illiyidir(Kürəkçay müqaviləsi)200 il əvvəl - 1805-ci il mayın 14-də Kürəkçay sahilində Qarabağ hakimi İbrahim xan və rus qoşunlarınınkomandanı general Sisianov "Andlı öhdəlik" imzaladılar. Öhdəliyə əsasən, İbrahim xan və onun rəiyyəti"könüllü" olaraq Rusiya imperatorunun təbəəliyinə keçirdi.Beləliklə, Qarabağ da daxil olmaqla əvvəlcə çar, sonra sovet Rusiyasının tərkib hissəsinə çevrilən QuzeyAzərbaycanın yeni tarixi başlandı. Həm çar, həm də sovet Rusiyasının yürütdüyü "parçala və hökm sür"siyasətinin Azərbaycan xalqı və başqa Qafqaz xalqları üçün faciəvi nəticələri oldu. 12 ildir dövlətmüstəqilliyimizi bərpa etməyimizə baxmayaraq hələ də keçmişin acısını çəkirik.Bununla əlaqədar olaraq «Turan» İnformasiya Agentliyinin tarixçi alim, "Azərbaycan beynəlxalqmünasibətlər sistemində. 1918-1920-ci illər", "Cənubi Azərbaycan-soyuq müharibənin başlanması" kitablarınınmüəllifi, millət vəkili Cəmil Həsənlidən götürdüyü müsahibəni diqqətinizə çatdırırıq.- Bu il Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə müqavilə imzalanmasının 200 ili tamamolur. Bu sazişin bağlanması hansı şəraitdə həyata keçirilirdi və səbəbi nə idi?- Bu il mayın 14-də Kürəkçay müqaviləsinin və Qarabağ xanlığının Rusiya imperiyasının asılılığınakeçməsinin 200 ili tamam olur. Bu, mühüm bir tarixi hadisədir və bu hadisə bilavasitə Azərbaycanın Qarabağxanlığına və Rusiyaya aiddir. Bir sıra rus və erməni alimləri, jurnalistləri, hətta siyasətçiləri bu hadisə ilə bağlıtarixi həqiqətləri saxtalaşdırmaqdan çəkinməyərək Qarabağın guya bir erməni vilayəti olaraq Rusiyayabirləşməsi haqqında yalanlar uydururlar. Axı, bu elə də uzaq keçmişin tarixi deyil və həmin dövrü özündə əksetdirən çoxlu sənədlər mövcuddur. Qarabağ xanlığının Kürəkçay müqaviləsini imzalamasının və Rusiyaasılılığını qəbul etməsinin ermənilərə heç bir dəxli yoxdur. Həmin vaxtlar Qarabağda ermənilər o qədər az idilərki, onlar siyasəti müəyyən edə bilməzdilər.Nadir şahın imperiyası dağıldıqdan sonra XVIII əsrin 40-cı illərində Azərbaycanda təxminən 20-yə yaxınxanlıq yaranmışdı. Qarabağ xanlığı bunların birincilərindən və ən böyüklərindən idi. Həmin dövrdə yarananŞəki xanlığı, Quba xanlığı, Bakı xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd, Şamaxı, Naxçıvan, İrəvanxanlıqları da bugünkü tarixi anlamda Azərbaycanın şimalında yaranmış müstəqil dövlət qurumları idi.Qarabağ xanlığının əsasını Cavanşir tayfasından olan Pənahəli xan qoymuşdu. O, 1748-ci ildə Bayatqalasını tikdirdi və məşhur tarixçi Mirzə Camal Cavanşirin yazdığı kimi, "xan bütün ailəsini, qohumlarını və elböyüklərinin əhli-əyalını oraya topladı". Pənahəli xan Qarabağ xanlığını quranda orada xristian azlığı, yəniDuzaq, Vərənd, Xaçın və Çiləbörd məliklikləri vardı. Xanlığın 130 min əhalisi içərisində bu məlikliklərinəhalisi siyasətə təsir göstərəcək qədər deyildilər. Qonşu xanlıqlarla olan müharibələr, xüsusilə Şəki xanlığı iləbaş vermiş "Bayat savaşı" Pənahəli xanın 1751-ci ildə Şuşa qalasını tikdirməsi ilə nəticələndi. Pənahəli xanınvəfatından sonra onun oğlu İbrahim xanın dövründə (1763-1806) Qarabağ xanlığı daha da gücləndi.XIX əsrin əvvəllərində Rusiya Qafqazla bağlı hələ I Pyotr dövründə hazırlanan, II Yekaterinanın dövründəəməli xarakter alan planlarını gerçəkləşdirməyə başladı. 1801-ci ildə Gürcüstan Rusiyaya qatıldı. 1803-cü ilinmartında Car-Balakən tutulduqdan sonra Gəncə uğrunda döyüşlər başlandı. 9 aylıq mühasirədən sonra Gəncətəslim oldu. Gəncədən sonra növbə Şəki və Qarabağ xanlığının idi.Nəzərə almaq lazımdır ki, tez-tez İran şahlarının istilası ilə üzləşən bəzi Azərbaycan xanları qüdrətli Rusiyadövlətinin timsalında uzaq bir himayədara elə də pis baxmırdılar. Onlar elə düşünürdülər ki, Peterburq çoxuzaqdadır və uzaq himayədarın yardımı ilə xanlar öz müstəqilliklərini saxlayacaqlar. Bu səhvlər ilk növbədəonların Rusiya haqqında təsəvvürlərinin məhdudluğundan doğurdu.1804-cü ildə İranla Rusiya arasında böyük müharibənin başlanması Azərbaycanda ağır bir vəziyyətyaratmışdı. Gəncə təslim olduqdan sonra rus qoşunlarının komandanı general Sisianov 1804-cü ilin əvvəllərindəmayor Lisaneviçi Qarabağa İbrahim xanın yanına göndərərək ondan "Rusiya təbəəliyinə keçməyi tələb etdi.İbrahim xan xanlığı qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. 1805-ci ilin mayındaİbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və kürəkəni Şəki hakimi Səlim xanlabirlikdə Sisianovun Kürəkçay üzərində saldığı düşərgəyə gəldilər. May ayının 14-də Qarabağ xanı İbrahim xantarixə Kürəkçay müqaviləsi kimi daxil olmuş "Andlı öhdəliyə" öz möhürünü basdı, Sisianov isə öz imzasınıqoydu. Bütün hadisələr belə olub və göründüyü kimi burada heç bir erməni amili, erməni izi yoxdur.- Müqavilə tərəflərin qarşısında hansı şərt və öhdəlikləri qoyurdu?- Kürəkçay müqaviləsi 11 maddədən ibarətdir. Birinci maddəyə görə, Qarabağ xanı, onun varisləri vəxanlığın bütün əhalisi Rusiya çarının vassalı olmağa razılıq verirdi, Rusiya təbəəliyinə qəbul olunur və onlarınüzərinə rus çarına sadiq qalmaq təhəddüdü qoyulurdu. İkinci maddəyə görə, Rusiya çarı özünün vəvəliəhdlərinin adından zati alilərinin (İbrahim xanın) və onun varislərinin ölkəsinin (Qarabağ xanlığının)bütövlüyünün saxlanmasına öz imperator zəmanətini verirdi. Dördüncü maddəyə görə, İbrahim xan müstəqil17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!