13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qarabağ necə beynəlxalq problemə çevrildi?Əkrəm BƏYDƏMİRLİReal faktlara və müşahidələrə əsaslanaraq onu demək olar ki, Qarabağın beynəlxalq probleməçevrilməsi bu münaqişənin ömrünü xeyli uzadıb. Əvvəlindən Qarabağa məhəlli deyil, daha çox beynəlxalqproblem kimi baxılıb. Əgər Azərbaycan təbii sərvətlərdən məhrum, ərazisi heç tranzit layihələr üçün əhəmiyyətkəsb etməyən bir region olsaydı təbii ki, o zaman Qarabağ məhəlli problem kimi qalardı. Dağlıq Qarabağmünaqişəsinin yaranmasında və bu qədər uzanmasında beynəlxalq geosiyasi maraqlar və toqquşan mövqelərortadadır. Konfliktin həlli ilə bağlı həmsədrlərin qeyri qənaətbəxş fəaliyyəti bu gün göz qabağındadır. Əgərdünya dövlətləri, beynəlxalq təşkilatlar bu münaqişəni həll edə bilmirsə və yaxud etmək istəmirsə, onda ortalığasuallar çıxır.Bəs, Çeçenistan, Yuqoslaviya, İraq problemləri hərb yolu ilə necə həll edildi?Vaxtilə Çeçenistan milli müstəqillik uğrunda mübarizəyə qalxdı. Dünyanın ayrı-ayrı dövlətləriÇeçenistanın müstəqilik uğrunda mübarizəsini müdafiə etdi. Ancaq müəyyən zaman və məkan müstəvisindəRusiya onu daxili işi elan edərək gündəmdən çıxartdı. Silah gücünə çeçenlərin müqavimətini qıraraq tam daolmasa problemin həllinə nail oldu. İraq məsələsi gözümüzün qarşısındadır. Yuqoslaviya kimi bir dövlətindünya xəritəsindən silinməsi nəticəsində bir sıra dövlətlər yarandı. Deməli, Qarabağ məsələsinin həllinə ikilistandartlardan yanaşılmasaydı bu problemin çözülməsi mümkün idi. Dünya dövlətlərinin bu məsələdə ədalətli,yekun sözünü deməməsi, həmin ölkələrin Qarabağ problemində üst-üstə düşən və toqquşan maraqlarıdır.Təəssüf ki, neft amili də münaqişənin həlli üçün həlledici arqument ola bilmədi. Təbii ki, neft müqavilələri,xaricdən Azərbaycana cəlb olunan xarici investisiyalar Qarabağ probleminin həllində müəyyən qədər təsirgücünə malikdir. Xarici investorlar münaqişənin genişlənməsindən, müharibənin yenidən başlamasındannarahatçılıq keçirirlər. Azərbaycanın neft-qaz ehtiyatları regionun və dünyanın enerji təhlükəsizliyində nə qədərböyük rol oynadığı hamıya bəllidir. Bütün bu faktorlar Azərbaycana marağı hər zaman artırır. Digər tərəfdəndünyanın ağırlıq mərkəzi Qərbdən Şərqə keçir. Artıq Qərb Şərqə xammal bazası kimi baxmaqla səhv etdiyininfərqindədir. Maraqlı dairələrin düşünülmüş siyasəti olan Qarabağ münaqişəsi sovet siyasi sistemində başqaldırdı. O zaman Azərbaycanda bəzi şəxslər deyirdilər ki, ölkəmiz müstəqillik qazanmayana qədər bu problemhəll olunmayacaq. Lakin Azərbaycan müstəqilliyinə qovuşsa da Qarabağ konflikti həllini tapmır. Bir çox xaricidövlətlər o cümlədən Rusiya Azərbaycana təzyiq vasitəsi kimi bu problemin uzanmasında maraqlıdır. Nədənsəbu konfliktin həllini beynəlxalq təşkilatlardan gözləmək heç də doğru görsənmir. 30 ildən artıqdır İsrail-Fələstinmünaqişəsinin həlli ilə bağlı danışıqlar aparılsa da heç bir irəliləyiş yoxdur. Beynəlxalq təşkilatların gücsüzlüyü,yalnız tövsiyə verən qurum olması şübhəsizdir. Dünyanın 19 nöqtəsində bu və digər dərəcədə münaqişə ocaqlarıvar. Təcrübə də göstərir ki, bu münaqişələrin həllinə BMT qadir olan təşkilat deyil. Yalnız Azərbaycanla bağlı 4qətnamə qəbul edilib. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Ermənistanın işğal etdiyiAzərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması tələb olunsa da, bu vaxta qədər Ermənistan bu tələblərə məhəlqoymur. Ancaq bir vacib məqamı unutmamalıyıq. Gürcüstana Rusiyanın hərbi təcavüzü NATO tərəfindən sərtetirazla qarşılandı və qətnamə qəbul edildi. Bu məsələ təcavüz faktı kimi gündəmə gətirildi. AncaqErmənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi ilə bağlı NATO belə qətiyyətli mövqe ortalığa qoymur. İkilistandartlar Dağlıq Qarabağ münaqişəsinin uzanmasına gətirib çıxarır. Bu yaxınlarda keçirilən NATO-nunLissabon toplantısında Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı önəmli qərar qəbul edilib. Lakintəcavüzkar Ermənistana qarşı daha sərt tədbirlərə əl atmağın vaxtı çoxdan çatıb. Azərbaycanın DağlıqQarabağda antiterror əməliyyatı həyata keçirməsi üçün kifayət qədər əsasları var. Necə ki, Rusiya vaxtı iləÇeçenistanı daxili məsələsi və məhəlli problemi elan edərək antiterror adı ilə əməliyyatlar həyata keçirdi. Şimalqonşumuz beynəlxalq hay-küylərə o qədərdə əhəmiyyət vermədi. Deməli, Azərbaycan da öz ərazi bütövlüyünübərpa etmək üçün Dağlıq Qarabağı məhəlli münaqişə kimi qəbul edib və orada antiterror əməliyyatlarıkeçirməyə tam haqqı və hüququ var. Təbii ki, bütün münaqişələrin həlli gec-tez mümkün olur. Sadəcə olaraqzaman məsələsi var. Problemi həll etmək üçün danışıqları davam etdirməklə bərabər ordumuzu gücləndiririk.Azərbaycanın hərbi potensialı gündən-günə artmaqdadır. Düşünürəm ki, bu çox düşünülmüş siyasətdir.Ümumiyyətlə, Cənubi Qafqazda sabitlik üçün görünür zaman lazımdır. Problemin həllində aparılan danışıqlarbir nəticə verməsə təbii ki, Azərbaycan hərb yolu ilə torpaqlarını azad etmək zorunda qalacağı şübhəsizdir.“525-ci qəzet”.-2010.-1 dekabr.-N.219.-S.2.168

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!