13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiyanın), o cümlədən ATƏT-in fəaliyyətini heç kim ləğvetməyib, lakin onların son onillik ərzində göstərdiyi səylər münaqişənin beynəlxalq hüquq əsasında sülh yolu iləhəlli istiqamətində heç bir tutarlı nəticə verməmişdir. Həmin fəaliyyətin yeganə nəticəsi Azərbaycan ərazilərininmövcud işğalının saxlanılması və yüz minlərlə insanın öz doğma torpaqlarından qovulmasıdır. İşğala məruzqalmış ölkəni bu cür vəziyyət qane edə bilərmi? Ritorik sualdır. Hətta həmin danılmaz faktın, yəni bumünaqişədə Ermənistanın işğalçı olmasının BMT tərəfindən tanınması üçün on ildən çox vaxt tələb olundu.2008-ci il noyabrın 2-də Moskva yaxınlığında yerləşən Mayndorf qəsrində keçirilmiş görüş zamanıprezidentlər Əliyev və Sarkisyan Minsk qrupunun Madrid təkliflərinin on prinsipini müzakirə etdilər. Onlardanən vacibləri - Dağlıq Qarabağda referendumun keçirilməsi və Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindənişğal olunmuş yeddi Azərbaycan rayonunun azad edilməsi idi. Lakin aydındır ki, həmin referendumda həttaQarabağdan qovulmuş azərbaycanlılar iştirak edərsə, hazırkı şəraitdə onun nəticələri Azərbaycan üçün mənfiolacaqdır. İşğal edilmiş torpaqların azad olunmasına gəldikdə isə Ermənistan tərəfindən bu istiqamətdə heç birtutarlı addım atılmayıb. Əksinə, ərazilərə insanlar köçürülür, sərvətlər tükədilir, Azərbaycan mədəniyyətinə aidtarixi abidələr dəyişdirilir, məhv edilir və ya tamamilə yer üzündən silinir. Peykdən çəkilmiş şəkillər bunu tamaydınlığı ilə sübut edir. Bir çoxları güzəştləri biabırçı addım hesab edir, lakin bu, insanın daxilində, onun ağıllıdüşüncəsində və müdrikliyində var. Hesab etmək düzgün olmazdır ki, öz maraqları naminə mübarizə hər hansıgüzəştləri və ya rəqibin maraqlarını istisna edir. Güzəştlər həyatımızın, xüsusən də siyasi həyatımızın birhissəsidir. Bu, daha çox beynəlxalq siyasətə aiddir, çünki o, güzəştsiz sadəcə mümkün deyil. Lakin elə vaxtlarvə şəraitlər olur ki, güzəştlər potensialı da tükənir.İstər-istəməz belə bir qənaətə gəlmək olar ki, vasitəçiliyin əvvəlki üsulları və keçmiş vasitəçilər məsələnihəll etməyə qadir deyil və buna görə də onlar ən azı ya dəyişdirilməli, ya da bu sıraya əlavə ölkələr (məsələn,Türkiyə və İranla) daxil edilməlidir. Onların fəaliyyət üsullarına isə gözəçarpacaq dərəcədə düzəlişləredilməlidir. Bu düzəlişlər ona görə edilməlidir ki, bu cür məlum klişe - "qərbpərəst - ruspərəst" Azərbaycanauyğun gəlmir. 14 Azərbaycan dünyanın bir çox mühüm paytaxt şəhərlərində "özününkü" hesab edilir. O,qərbyönümlü GUAM-da iştirak edir və Moskva ilə qarşılıqlı anlaşmada olarkən, Rusiya ilə strateji tərəfdaşlığınıqeyd edir. Kifayət dərəcədə müstəqil xarici və daxili siyasətinə baxmayaraq, Azərbaycan ABŞ-ın "qeyridemokratik"dövlətlərinin qara siyahısına düşməyib. Avropa İttifaqının bəzi strukturlarından Azərbaycandakısiyasi proses tənqid olunur, lakin respublika Avropanın Yeni Qonşuluq Siyasəti və digər proqramlarına daxiledilib. Gözlərimiz qarşısında Bakı ilə Astana Avrasiyanın elə bir nöqtələrinə çevrilirlər ki, orada ABŞ, Avropaİttifaqı və Moskvanın mövqeləri bir-birinə ən yüksək dərəcədə yaxındır. <strong>Prezident</strong> İlham Əliyevin həyatakeçirdiyi cəmiyyətin birliyi və dövlətin gücünün artırılması siyasəti işğal olunmuş ərazilərin azad edilməsi,Azərbaycan üçün dövlətin ərazi bütövlüyünün bərpası və separatçılığın aradan qaldırılması məsələsiniErmənistan və beynəlxalq ictimaiyyət qarşısında daha qətiyyətli formada qoymaq imkanını yaradır.Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu həmin təşkilata getgedədaha çox "təzyiq göstərəcək" ki, bu təşkilat Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalqhüquq əsasında dinc yolla həllinə daha çox səylər göstərsin. Hesab edirəm ki, bu məsələni Azərbaycan da dahaqətiyyətli və davamlı şəkildə qaldıracaq, öz xalqının alçaldılmasının qəbulolunmaz olduğunu və xalqınqəzəbinin artmasını dünya siyasətinin bütün səviyyələrində mütəmadi olaraq bildirəcəkdir. Avropa İttifaqınaolan ümid azdır: bu ittifaq öz hərbi dişləri olmayan liberal iqtisadi pələngə oxşayır. Ermənistan ilə Azərbaycanarasında münaqişənin dinc yolla nizamlanmasında həlledici rolu Türkiyə və İran İslam Respublikasınınhərtərəfli dəstəyi ilə ABŞ və Rusiya oynaya bilər və yaxşı olardı ki, onlar birgə səylər göstərsinlər.«Azerbaijan Focus».-2010.-№2(2).-S.107-118.14 S.Markedonov. "Məsələnin qiyməti", "Kommersant" qəzeti, N187 (4004), 15 oktyabr 2008-ci il.167

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!