13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Birincisi. İcma bəyan edir ki, milli erməni icmasının öz müqəddəratını təyin etməsi Azərbaycanın təklifetdiyi maksimal dərəcədə geniş muxtariyyət formasında baş tuta bilər.İkincisi. Dağlıq Qarabağ silahsızlaşdırılır. Silahlı dəstələr muxtariyyətin administrasiyası vəAzərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən nəzarət edilən polisə çevrilir. Müəyyən müddət ərzində həminpolis BMT-nin təyin etdiyi beynəlxalq müfəttişlərin nəzarəti altında fəaliyyət göstərir.Üçüncüsü. Bərpa edilən və ya yenidən yaradılan muxtariyyət azərbaycanlı qaçqınların könüllü qayıdışına,onların təhlükəsizliyinə və bərabərliyinə beynəlxalq nəzarət altında zəmanət verir.ErmənistanBirincisi. Ermənistan Azərbaycanla razılaşdırılmış cədvələ uyğun olaraq beynəlxalq nəzarət altındaAzərbaycanın işğal edilmiş ərazilərini birbaşa və ya mərhələli şəkildə, ayrıca rayonlarla və ya regionlarla azadedir.İkincisi. Ermənistan Azərbaycan hüdudlarında Dağlıq Qarabağı muxtar dövlət vahidi kimi tanıyır.Üçüncüsü. Ermənistan Azərbaycana hər hansı bir ərazi iddiasından əl çəkir.Dördüncüsü. Ermənistan M.Bağırovun 1945-1946-cı illərdə verdiyi təkliflərə və Azərbaycan iləErmənistan arasında ərazi mübadiləsi ilə bağlı 1994-cü il tarixli Qobbl planına yenidən baxmağa hazırlıolduğunu bildirir.Münaqişənin sülh yolu ilə həllinə, həmçinin, Ermənistan daxilində formalaşan müvafiq münasibət dəzəmin yaradır. Ermənistandakı son prezident seçkiləri zamanı bu ölkənin keçmiş prezidenti və prezidentliyənamizəd Levon Ter-Petrosyan seçkiqabağı çıxışlarında Azərbaycan ilə Ermənistan arasında münaqişəyəmünasibət bildirərkən qeyd etmişdi ki, münaqişənin yaradılması məsuliyyətini öz üzərinə götürmək ağır vəxoşagəlməz haldır, Azərbaycana dəymiş ziyana maliyyə kompensasiyasının ödənilməsi haqqında düşünməklabüddür. Dəymiş ziyan haqqında məsələ vacibdir, lakin işğal edilmiş ərazilərin tezliklə v ə qeyd-şərtsiz azadedilməsi, digər ərazilərin zəbt edilməsi məqsədilə törədilmiş təcavüzkar əməliyyatlara və onların qarşısınınalınmasına görə məsuliyyət ondan da vacibdir. Bununla əlaqədar silahlı münaqişə tərəflərinin bu cürəməliyyatlarda iştirak etmiş şəxslərin təqib edilməyəcəyi barədə rəsmi açıqlama vermələri faydalı olardı. Buhalda yalnız hərbi cinayətlər törətmiş şəxslər istisna hesab edilə bilər. Təzminatdan imtina, insanlığa qarşıcinayət törətməmiş separatçı hərəkatın və silahlı qarşıdurmanın təşkilatçıları və iştirakçılarının təqib edilməməsiilə bağlı bəyanatlara paralel olaraq, hesab edirik ki, münaqişə tərəfləri üçün xalq diplomatiyasını təşviq etməkvə onu tədricən həyata keçirmək faydalı olardı. Hazırda bir tərəfdən Azərbaycan əhalisi ilə digər tərəfdən DağlıqQarabağ və Ermənistan erməniləri arasında təmaslar çox nadir hallarda olur və bu cür görüşlər çox zamanxaricdə baş tutur.Bu məqalənin müəllifi Almaniyada (Avropa Akademiyasında, "Təmaslar" ictimai təşkilatında, KonradAdenauer adına Fondda və s.) alimlər və incəsənət adamları arasında bu cür görüşlərdə iştirak edib. Həmingörüşlərdən çıxarılmış əsas qənaət aşağıdakı kimidir: münaqişənin bütün tərəfləri yenə qan tökülməsini istəmir.Ümumən məlumdur ki, xalq diplomatiyası (mədəniyyət, incəsənət və elm xadimlərinin, qeyri-siyasitəşkilatların, həmkarlar ittifaqlarının, maraqlı dairələrin nümayəndələrinin görüşləri) münaqişənin dinc yollahəlli üçün zəruri ilkin şərtdir. Hazırda isə elə bir təəssürat yaranır ki, münaqişə tərəflərinin elitası sülh və ədalətyolunda, beynəlxalq hüququn ümumi qaydada tanınmış müddəalarının həyata keçirilməsi istiqamətində bu cürtəmasların potensialını lazımınca qiymətləndirmir.ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiyanın), o cümlədən ATƏT-in fəaliyyətini heç kimləğv etməyib, lakin onların son onillik ərzində göstərdiyi səylər münaqişənin beynəlxalq hüquq əsasındasülh yolu ilə həlli istiqamətində heç bir tutarlı nəticə verməmişdir.Münaqişənin hazırkı beynəlxalq hüquq əsasında dinc yolla həllində Rusiya, Türkiyə və İran mühüm roloynaya bilər. Onların xoş iradəsi olmadan Cənubi Qafqazda sülh və sabitlik mümkün deyil. Türkiyə tərəfindənirəli sürülmüş "Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması", o cümlədən onun Ermənistanla normaldiplomatik münasibətləri qurmaqda səyləri bu istiqamətdə irəliləyişə təkan verə bilər. Eyni sözləri Azərbaycan<strong>Prezident</strong>i İlham Əliyevin və Ermənistan <strong>Prezident</strong>i Serj Sarkisyanın qəbul etdiyi, Türkiyə <strong>Prezident</strong>i AbdullaGül tərəfindən isə müsbət qiymətləndirilmiş (2 oktyabr 2008-ci il tarixli) Moskva Bəyannaməsinə də aid etməkolar. Qeyri-müəyyən vəziyyət, Azərbaycan ilə Ermənistan arasında "nə hərb, nə sülh" statusu bütün regionun,xüsusən də bir çox beynəlxalq iqtisadi layihələrdən təcrid olunmuş Ermənistanın iqtisadi inkişafını ləngidir. Buvəziyyət iqtisadi baxımdan nə Tehranın, nə Moskvanın, nə də Ankaranın xeyrinədir. Münaqişənin sülh yolu iləədalətli həllinə İranın şərait yaratmaq arzusunu da qiymətləndirməmək olmaz, xüsusən də nəzərə alsaq ki,Tehran ilə Bakı arasında keçmiş münasibətlər heç də hər zaman ürəkaçan olmamışdır.166

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!