13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────əsrin sonu - XX əsrin əvvəlində Osmanlı imperiyasında ermənilərin başına gəlmiş faciəyə görə Ermənistanıtəcavüzkar adlandırmağa utanırlar. Düzdür, belə olduğu təqdirdə o vaxt mövcud olmamış Türkiyə vəAzərbaycan respublikalarının rolunun nədən ibarət olması aydın deyil. Avropa siyasətçilərinin əksəriyyəti həmABŞ-a, həm də İsrailə "siyasi baxımdan korrekt" münasibət kimi çoxdankı ənənəyə tez-tez yol verirlər.Bir çox Avropa siyasətçiləri əksər adi vətəndaşlar kimi Cənubi Qafqazda yerli münaqişələrdən Avropaİttifaqına olan təhlükələri hələ də lazımınca dəyərləndirmirlər. Siyasətçilər və kütləvi informasiya vasitələrinindiqqəti Əfqanıstan, İran, İraq, Şimali Koreya və hətta Venesueladakı problemlərə yönəlib. Yoxsa CənubiQafqaz deyil, məhz həmin ölkələr Avropa İttifaqının qonşuluğunda yerləşir?! Eyni zamanda, Avropanın enerjitəhlükəsizliyi üçün Cənubi Qafqazdakı yerli münaqişələrdən irəli gələn təhdidlər gec anlaşılır və ya bütövlükdəanlaşılmır. Bunu 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi göstərdi. Son vaxtlaraqədər müəyyən bir rəy yayılmışdı ki, ABŞ və Rusiya istəkləri olarsa, yerli Qafqaz münaqişələrindən irəli gələnhər hansı təhlükəni birgə və hətta tək həll edə bilərlər. Onlar, bəlkə də, bunu özləri edə bilərlər, lakin Avropaüçün bu hadisələr neçəyə başa gələcək?Heç bir tərəfi alçaltmayan və mövcud hüquqi reallıqları əks etdirən düzgün güzəştlər əsasında bütünmaraqlı tərəflərin istəyinə uyğun olaraq, münaqişənin dinc yolla həlli xülya və ya boş arzu deyil. Baxmayaraqki, Rusiya Federasiyasının Ermənistanda, Avropa İttifaqı ilə ABŞ-ın isə Azərbaycanda strateji maraqları var.Xəzər regionundan Qərbə enerji axınlarının müxtəlifləşdirilməsində Azərbaycan və Türkiyə xüsusi əhəmiyyətəmalikdirlər. Bununla belə, Türkiyədən fərqli olaraq, Azərbaycanın Avropa İttifaqına daxil olmaq iddiası yoxdurvə bu baxımdan onun tranzit funksiyaları İttifaqın maraqlarına daha neytral görünür. Azərbaycan Avropaİttifaqının enerji təhlükəsizliyi üçün nəinki tranzit ölkəsi, o cümlədən neft və qaz təchizatçısı kimi get-gedə dahamühüm rol oynayır. 2012-ci ilə qədər Azərbaycan, çox güman ki, Yunanıstan, İtaliya və Avropanın bütövcənub-şərq regionunun neft və qaz tələbatının 20%-ni təmin etmək iqtidarında olacaq.Nəzərə alsaq ki, Qazaxıstan 2010-cu ilədək Xəzərdə tutumu 60.000 tona qədər olan tankerləri qəbul edəbilən (Kurık yerinin yaxınlığında) Yerali limanının tikintisini başa çatdırmaqla bağlı strateji qərar qəbul edib,növbəti illər ərzində Azərbaycanın tranzit funksiyalarının kəskin şəkildə artması gözlənilir. Türkmənistan enerjiresurslarının əsas hissəsini Xəzər vasitəsilə daşıdığı təqdirdə tranzit daha da artacaq. Həmin funksiyalar, ocümlədən Avropa İttifaqı üçün çox zəruri olan enerji axınlarının müxtəlifləşdirilməsi Rusiya ilə Ukraynaarasında son (2008-2009-cu illərdə) qaz böhranı baxımından yalnız Cənubi Qafqazda sülhün bərqərar edildiyivə region dövlətlərində sabitliyin saxlanıldığı təqdirdə etibarlı ola bilər.Müəllif əmindir ki, həmin münaqişənin maraqlı tərəfləri arasında qəbul edilə biləcək güzəştlər və qüvvədəolan beynəlxalq hüquq əsasında Avropa İttifaqı, ABŞ, Rusiya, Türkiyə və İranın mümkün qədər birgə və zərurisəyləri ilə problemin dinc yolla ədalətli həlli hələ ki mümkündür. Bu məqsədlə maraqlı tərəflər aşağıdakıtədbirləri görə bilərlər.AzərbaycanBirincisi. Azərbaycan Dağlıq Qarabağ vilayətinin muxtariyyət statusunun ləğv edilməsi barədə qəbuletdiyi (1991-ci ilin noyabr ayında) qərarı ləğv edir. Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmışsərhədləri çərçivəsində mümkün qədər ən yüksək muxtariyyət statusunu Dağlıq Qarabağa verir və həminhüdudlarda muxtar Qarabağ Respublikasının yaradılması imkanını etiraf edir. Həmin muxtar dövlət vahidiBakıdakı mərkəzi hökumət ilə beynəlxalq zəmanət və nəzarət əsasında şaquli münasibətlər qurur. Bu məqsədləyeniləşmiş dövlət vahidinə digər hüquqlar da verilə bilər: azad ticarət zonasının yaradılması; Bakıda daiminümayəndəlik; həmin ərazi vahidinə aid bütün qərarlara veto qoymaq hüququ; Azərbaycan Respublikasınınbütün dövlət orqanlarında zəmanətli təmsilçilik və s.İkincisi. Azərbaycan Dağlıq Qarabağ, Ermənistan və erməni diasporu arasında nəqliyyat, informasiya vəmədəni əlaqələrin maksimal açıqlığına zəmanət verir.Üçüncüsü. Dağlıq Qarabağın azərbaycanlı icması və Dağlıq Qarabağ ətrafındakı işğal olunmuşrayonlardan qovulmuş azərbaycanlı qaçqınlar Azərbaycanın göstərilən güzəştli təkliflərini dəstəkləməköhdəliyini üzərinə götürürlər.Dördüncüsü. Azərbaycan separatçıların silahlı tədbirləri və Ermənistanın Azərbaycana qarşı təcavüzünəticəsində dəymiş zərərə görə Ermənistana və Dağlıq Qarabağın erməni icmasına təzminat iddialarını irəlisürməyəcək. Yalnız mədəniyyət dəyərləri istisna təşkil edir və onların bərpası münaqişənin bütün tərəflərininsəyləri ilə müqavilə əsasında təmin ediləcəkdir.Dağlıq Qarabağın erməni icması165

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!