13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────qüvvədə olan beynəlxalq hüquqa görə Ermənistanın nə ərazisi, nə də paytaxt şəhəri var idi. Bu, Azərbaycantərəfinin həmin çətin dövrdə erməni və Azərbaycan xalqları üçün həyati əhəmiyyət daşıyan müstəqil dövlətləriyaratmaq və onları yaşatmaq məsələsinin əməkdaşlıq ruhunda birgə həll etmək arzusundan irəli gəlirdi. Buaddıma qoyulan şərt isə ondan ibarət idi ki, ermənilər keçmiş Yelizavetpol quberniyasının bir hissəsi olanQarabağa iddialarından əl çəksinlər.Həmin vaxtdan etibarən erməni dövlətinin ərazi baxımından açıq-aydın və gizlin şəkildə genişlənməsi,faktiki olaraq monoetnik dövlətin yaradılması xülyası ortaya qoyuldu. Azərbaycanlıların Ermənistandan kütləvişəkildə köçürülməsi ilə müşayiət olunan həmin ekspansiya sovet dövründə də davam etdi və Qarabağermənilərinin ayrılma hərəkatı, Azərbaycana qarşı hərbi təcavüz və onun ərazisinin gözəçarpan hissəsinin zəbtedilməsi ilə son həddə çatdı. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Ermənistanın Türkiyəyə qarşı daərazi iddiaları var idi. İstənilən dövlətdə ən dəyərli məfhumlar onun xalqı və ərazisidir: həmin dəyərlər əsasındabütün digər amillər yarana bilər. Görünməmiş ədalətsizlik və qarşıdurma ondan ibarətdir ki, bütün dünyanıngözü qarşısında beynəlxalq razılaşmalara və beynəlxalq hüquqa zidd olaraq, bir dövlət digər dövlətin 20%-dənartıq ərazisini əlindən alır və ölümlə hədələyərək oradan bütün əhalini didərgin salır. Hətta belə olan halda BMTvə onun orqanları, Avropa İttifaqı və onun strukturları başda olmaqla bütöv beynəlxalq ictimaiyyət təcavüzkarıncəzalandırılması, beynəlxalq hüququn bərpa olunması üçün heç bir əsaslı tədbir görmür, yalnız sərəncamlar vəqətnamələrin qəbul edilməsi ilə kifayətlənir. Aydındır ki, digər ölkələr də öz qonşularının hesabına sərhəd vəərazilərinin "yenidən müəyyən edilməsi" haqqında düşünürlər. Digərləri isə xüsusi "tutarlı" nəticələrdənçəkinməyərək, bu addımı faktiki olaraq həyata keçirirlər (Cənubi Osetiyanın və Abxaziyanın "müstəqilliyinin"elan edilməsi və s.). Zəbt olunmuş Azərbaycan ərazilərində separatçılar və erməni təcavüzkarları artıq öziqtisadi fəaliyyətlərini aparırlar. Orada həmin əraziləri öz müstəqil dövləti hesab edən yeni nəsil formalaşır.Azərbaycan ilə Ermənistan arasında "nə hərb, nə sülh" vəziyyəti nə qədər uzun çəkirsə, bir o qədər beynəlxalqhüququn bərpası və bu münaqişənin qeyri-hərb yolu ilə həlli çətinləşir.Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində əks olunduğu kimi və bir çox araşdırmalar nəticəsindəmüəllifin gəldiyi qənaətə uyğun olaraq, Avropanın ictimai rəyini özünü müstəqil elan etmiş və tərkibdən çıxmışbir ərazinin - Dağlıq Qarabağın separatçı problem kimi mövcudluğu az maraqlandırır. Avropanın ictimai rəyidaha çox Ermənistanın Azərbaycana qarşı təcavüzü və sonuncunun ərazisinin 20%-dən artıq hissəsinin işğalıönündə ermənilər ilə azərbaycanlılar arasındakı qarşılıqlı münasibətlərə yönəlib. Elə bir təəssürat yaranır ki,ictimai rəy Dağlıq Qarabağ məsələsinin ötəri yolla artıq həll olunduğu və onun yalnız güzəştli hüquqi formadarəsmiləşdirilməsi haqqında düşünür. Bu isə faktiki olaraq separatçılara göz yuman, yaxud vədedici bəyanatlarla(Kosovo, Abxaziya, Cənubi Osetiya - son illər ərzində bu cür hadisələrə rəvac verən aydın nümunələrdir)məhdudlaşan məhz Avropa İttifaqının səhlənkar siyasətinin nəticəsidir. Bununla yanaşı, Ermənistan tərəfindənişğal edilmiş Azərbaycanın yeddi rayonu məsələsi də arxa plandadır. Zəbt edilmiş ərazilərin təcavüzkartərəfindən dərhal və qeyd-şərtsiz boşaldılması əvəzinə, həmin rayonların məsələsi ermənipərəst qruplartərəfindən separatçı Qarabağ probleminin həlli üçün preambula kimi götürülür.Bu cür vəziyyət, əsasən, bir faktla izah olunur ki, Avropa siyasətçilərinin böyük əksəriyyəti əslAvropa mərkəzçiləridir və Avratlantik (Avropa İttifaqına əlavə olaraq ABŞ və Kanadanı nəzərdə tutan)mədəniyyətin, siyasi quruluşun və sivilizasiyanın digərləri üzərində üstün olmasının sadəcə gizlədilmiştərəfdarlarıdır.Avropa İttifaqının bir çox siyasətçiləri və adi avropalıların böyük əksəriyyəti münaqişənin iki əsastərəfindən - Ermənistan və Azərbaycandan, eləcə də daxil olan üçüncü tərəfdən (Dağlıq Qarabağseparatçılarından) başqa böyük (təşviqat, təşkilati, maliyyə və s.) ehtiyatlara malik olan ümumdünya ermənidiasporunun olmasını görmürlər və ya görmək istəmirlər. Ötəri, lakin kifayət qədər nüfuzlu münaqişə tərəfləri(yəni Rusiya, ABŞ və s.) və onların mövcudluğu Avropa İttifaqının bir çox siyasətçiləri tərəfindən arxa planaçəkilir. Bu cür siyasətçilər əksər avropalıların ermənilərə "qədim mədəni millət" kimi simpatiya ilə yanaşmasınada arxalanırlar. Bununla belə, Midiya, Manna, Atropatena və nəhayət, Albaniya kimi qədim dövlətlərin, eləcə dəSəfəvilər dövləti və tanınmış mədəni dəyərlərin yaradıldığı xanlıqlar kimi Azərbaycan dövlət vahidlərininyüzilliklər boyu mövcud olmasını Avropada çox az adam bilir.Bu cür vəziyyət, əsasən, bir faktla izah olunur ki, Avropa siyasətçilərinin böyük əksəriyyəti əsl Avropamərkəzçiləridir və Avratlantik (Avropa İttifaqına əlavə olaraq ABŞ və Kanadanı nəzərdə tutan) mədəniyyətin,siyasi quruluşun və sivilizasiyanın digərləri üzərində üstün olmasının sadəcə gizlədilmiş tərəfdarlarıdır. Məhzbu səbəbdən onlar erməniləri "özününkü", azərbaycanlıları isə "qismən özününkü" hesab edirlər. Əlbəttə ki,Ermənistanın təcavüzkar olduğunu anlayırlar, lakin mədəniyyət və dinə görə, o, "özününkü" olan təcavüzkardır(hazırda Samtsxe-Cavaxetiyə iddialar barədə şayiələr gəzir). Digər tərəfdən, Avropa siyasətçilərinin əksərhissəsinin ikiüzlülük dərəcəsi ilə bir növ siyasi düzgünlük müqayisə edilməzdir. Üçüncü tərəfdən, onlar XIX164

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!