13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dairAvropanın mövqeyiYohannes RauProfessor, Bundesverin Aparıcı Kadrlar Akademiyası 13yanında Beynəlxalq Təhlükəsizlik Elmi Forumunun üzvü, (Berlin, Almaniya)Müəllif burada bilərəkdən "Dağlıq Qarabağ münaqişəsi" terminindən istifadə etmir, çünki iki dövlətarasında qarşıdurmanın məzmunu Azərbaycanın Qarabağ separatçıları ilə mübarizəsindən daha genişdir vətarixən dərindir. Müstəqil dövlətə qarşı törədilmiş erməni təcavüzü nəticəsində həmin dövlətin ərazisinin 20%-dən çox hissəsi işğal edilib. Məhz "erməni təcavüzü" ona görə deyilir ki, Qarabağın Azərbaycanın tərkibindənçıxma hərəkatında, həmçinin təcavüz və işğalda böyük ideoloji, təşkilati və maddi-maliyyə rolunu ümumdünyaerməni icması, bir çox ölkələrdə kifayət qədər nüfuzlu erməni diasporu oynamışdır və oynayır.Tarixi baxımdan bu münaqişənin kökləri Rusiya çar hökumətinin yardımı ilə alban kilsə muxtariyyətinin,sonradan isə Qafqaz albanlarının kilsəsinin ləğv edildiyi, onun dilinin, mədəniyyətinin hərtərəfli istifadədənçıxarıldığı və onlar haqqında tarixi yaddaşın (xəritələrin, arxivlərin, maddi-mədəni əşyaların) məhv edildiyidövrə gedib çıxır. Daha sadə desək, bu, alban tarixinin, eləcə də Səfəvilər (1502-1736) və Qacarlar (1737-1925)sülalələrinin dövründə Azərbaycan dövlətçilik nümunələri tarixinin saxtalaşdırılması idi.Həmin yarımmüstəqil və ya faktiki olaraq, onilliklərlə müstəqil olmuş ərazi vahidləri (bəylərbəyilikləri,xanlıqlar, sultanlıqlar, camaatlıqlar və s.) müasir Azərbaycan və Ermənistanın ərazisində əsrlər boyu mövcudolmuşdu.Azərbaycanlıların və ermənilərin xalq yaddaşında, bir çox digər dövlətlərin tarixi sənədlərində vəarxivlərində, müxtəlif milliyyətli alimlərin elmi araşdırmalarında ermənilərin XVIII əsrin sonu - XIX əsrinbirinci yarısında Azərbaycan dövlət vahidlərinin ərazilərinə kütləvi şəkildə köçürülməsinin əsl tarixi əksolunmuşdur. Həmin hadisələr Rusiya imperiyasının Qacarlar dövləti və Osmanlı imperiyası ilə hərbiqarşıdurması və beləliklə, Qafqazda yeni ərazilərin birləşdirilməsi zamanı çarın birbaşa göstərişi ilə baş verirdi.Çar hökuməti tərəfindən zəbt edilmiş və ya "dinc yolla" birləşdirilmiş Azərbaycan xanlıqlarında "xristianelementini" gücləndirmək məqsədilə Qacarlar dövlətindən (müasir İrandan) və Osmanlı imperiyasından onminlərlə erməninin Cənubi Qafqaza köçürülməsi təşkil olunmuş və bu proses maliyyələşdirilmişdir. Həminrəsmən tənzimlənən və qeyri-rəsmi köçürülmə, eləcə də köçürülənlərə verilən imtiyazlarla bağlı bir çox rəsmi,ədəbi və digər sənədlər qorunub saxlanılmışdır. Bu prosesə qədər ermənilər qeyd edilən ərazilərdə, o cümlədənRusiya imperiyasının özündə, əsasən, "tacir elementi" və kifayət qədər fəal "erməni" kapitalı ilə təmsilolunmuşlar.1917-ci ildəki Rusiya inqilabına qədər keçmiş Azərbaycan dövlət vahidlərinin ərazilərində ermənidövlətinin yaradılması ilə bağlı beynəlxalq diplomatiyada heç bir ciddi planlar müşahidə olunmayıb. Avropadövlətləri və ABŞ erməni muxtariyyətinin və ya dövlətinin yaradılması məqsədilə məkan axtararaq birmənalışəkildə Osmanlı imperiyası və ya Yaxın Şərq torpaqlarına nəzər yetirirdilər. Misal üçün, ABŞ-ın 28-ciprezidenti T.V.Vilsonun (1856-1924) fikrincə, erməni dövlət vahidi Qara dənizə 100 kilometrlik dəhlizi təminedərək Osmanlı imperiyasının şimal-şərq vilayətlərində yaradıla bilərdi. Lakin Osmanlı imperiyasının özü vəbundan başqa, onun Avropa müttəfiqləri də bu məsələ ilə razılaşmadılar. Eyni sözləri RSFSR-in XalqKomissarları Sovetinin (31.12.1917 tarixli) "Türk Ermənistanın" öz müqəddəratını azad təyinetmə ilə bağlısərəncamına da şamil etmək olar. Erməni dövlətinin Rusiyanın deyil, Türkiyənin ərazisində yaradılmasıMoskva inqilabçılarının o vaxt müəyyən etdiyi strategiyaya uyğun idi.Cənubi Qafqazdakı ermənilər öz dövlətinin yaradılmasına görə Rusiyadakı demokratik inqilaba, ABŞtəsiri altında yaradılmış Zaqafqaziya Seyminə, Zaqafqaziya Komissarlığına, Zaqafqaziya FederativRespublikasına və müsəlman əhalisi olan dünyada ilk demokratik dövlətə - Azərbaycan DemokratikCümhuriyyətinə minnətdar olmalıdırlar. 1918-ci ilin mayında Tbilisidə öz fəaliyyətinə son qoymuş ZaqafqaziyaSeymindən sonra üç müstəqil dövlət elan edildi - Azərbaycan, Ermənistan və Gürcüstan. 29 may 1918-ci ildə,yəni müstəqilliyin bəyan edilməsinin ertəsi günü mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq və ermənilərinmüraciətini nəzərə alaraq, Azərbaycan Demokratik Respublikası keçmiş İrəvan xanlığının bir hissəsini, ocümlədən İrəvan şəhərini paytaxt kimi Ermənistan Respublikasına vermək qərarına gəldi, çünki həmin vaxtGiriş13 The Führungsakademie der Bundeswehr (FüAkBw) Almaniyanın silahlı qüvvələrinin - Bundesverin ali hərbi akademiyasıdır.1957-ci ildə yaradılmış və 1958-ci ildən etibarən Hamburqda yerləşən bu qurum 1810-cu ildə təsis edilmiş Prussiya HərbiAkademiyasının varisidir.163

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!