13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────imkanlara malik idilər. Yəni köməksiz və xilas olmağa imkanı olmayan insanlar odlu silahlarla və hərbiçilərtərəfindən kütləvi şəkildə qətlə yetirilmişlər.b. Etnik təmizləməErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində baş vermiş və beynəlxalq hüquqdapislənən cinayətlərin siyahısına ermənilər tərəfindən həyata keçirilmiş etnik təmizlə halları da aiddir 1 . Etniktəmizləmə deyildikdə eyni etnik qrupa məxsus olan bir qrup insanın zorla bir ərazidən, dini, etnik və stratejisəbəblərdən, başqa bir əraziyə köçürülməsi nəzərdə tutulur. Etnik təmizləmə anlayışı həmçinin yuxarıdagöstərilən səbəblərdən baş verən kütləvi qırğın hallarına da aid edilir.Etnik təmizləmə anlayışı 1940-cı illərdə Xorvatiyada ortaya çıxmışdır. O, Qərbdə 1990-cı illərdənetibarən, yəni keçmiş Yuqoslaviya ərazisində baş qaldırmış münaqişələr zamanı tanınmışdır. Bu ifadə BMT-ninTəhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 1992-ci il tarixli, 787 saylı qətnamənin 2-ci maddəsində və 1993-cü ildə qəbul olunmuş 827 saylı qətnamənin preambulasında istifadə edilmişdir. 47/121 saylı qətnaməninpreambulası isə Bosnya və Hersoqovinada baş verən hadisələri ağlasığmaz etnik təmizləmə siyasəti və nəticədəsoyqırımın bir forması kimi qələmə verir. Universalis Ensklapediyasına əsasən, etnik təmizləmə "etnik cəhətdənmonoetnik ərazi yaratmaq məqsədi ilə müəyyən bir etnik qrupa aid olan insanların kütləvi şəkildə köçürülməsivə ya sürgünüdür. Etnik təmizləmə bəzən həmin etnik qrupun mövcudluğunun şahidi olan bütün nişanələrinməhv edilməsi ilə nəticələnir. Buraya tarixi abidələr, məzarlıqlar və mədəniyyət obyektləri aiddir". Etniktəmizləmənin qadağası soyqırım hallarını rədd edən sənədlərə daxil edilməmişdir. Amma BƏM-in qənaətinəəsasən, etnik təmizləmə halları öz-özlüyündə soyqırım olmasa da, bu cür halların soyqırım haqqındakonvensiyada qadağa olunmuş müddəalardan birinə zidd olduğu halda onları soyqırım kimi qəbul etmək olar.Misal üçün bir ərazini yekcins etmək məqsədilə həmin ərazinin əhalisinin köçürülməsi soyqırım deyildir, onunüçün ki, soyqırımın məqsədi bir kütləni məhv etmək olduğu halda kütləvi köçürülmələr mütləq insanların tələfolması ilə nəticələnmir. Amma buna baxmayaraq, etnik təmizləmənin nəticəsində bir kütlənin, bilərəkdən vədüşünülmüş şəkildə, soyqırım konvensiyasının 2-ci maddəsinin "c" bəndində nəzərdə tutulmuş qadağalara ziddolaraq, qismən və ya tamamilə məhv edilməsi soyqırım kimi qəbul olunur 2 .Keçmiş Yuqoslaviya üçün məhkəmə də bu mövzu ilə öz mövqeyini bildirmişdir. Həmin məhkəməyəəsasən, "şübhəsiz ki, soyqırım siyasəti və etnik təmizləmə siyasəti arasında oxşarlıqlar mövcuddur 3 "."Ammabiretnikqrupunparçalaması və onun məhv edilməsi fərqli hallardır. Belə ki, bir qrupun sadəcə olaraqparçalanması soyqırım kimi tanına bilməz 4 ” Yəni insanların kütləvi tələf olmaması həmin halın soyqırım kimiqəbul edilməsinə maneə olur.Hər iki məhkəmənin gəldiyi qənaətlərdən belə bir nəticə çıxarmaq olar ki, etnik təmizləmə hallarınınsoyqırım kimi tanınması imkanları yalnız soyqırım konvensiyasının 2-ci maddəsində nəzərdə tutulmuşprinsiplərin pozulması və aidiyyəti olan qrupun məhv edilməsinin düşünülmüş şəkildə olması ilə şərtlənir.Beləliklə, bir etnik təmizləmə halı yuxarıda göstərilən şərtlərə cavab vermədiyi halda hüquqi gücə malikdeyildir. Göstərilən şərtləri nəzərə alaraq, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən insanların kütləvi vəməcburi şəkildə yerdəyişmələrə məcbur edilməsini BƏM tərəfindən təyin edilmiş şərtlərə uyğunluqlarınıyoxlamaq vacibdir. Qeyd olunduğu kimi, məhkəmə soyqırım konvensiyanın 2-ci maddəsinin "c" bəndini rəhbərtutaraq, etnik təmizləmə hallarının beynəlxalq hüquq pozuntusu olmasını təyin edir. Həmin müddəa isə nəzərdətutur ki, "bir qrupu bilərəkdən onun tamamilə və ya qismən fiziki məhvi ilə nəticələnən şəraitlərə düçar etmək"soyqırım hesab olunur. Beləliklə, nəzərə alsaq ki, Azərbaycanın işğal olunmuş ərazilərinin əhalisi bilərəkdən vətəqiblər nəticəsində həmin ərazilərdən çıxarılmışdır, həmin halların soyqırım konvensiyasında nəzərdə tutulmuşqadağalara uyğunluğu ortaya çıxır. Belə ki, həmin ərazilərdən insanlar sadəcə köçürülməmişdirlər, onlar həqiqiölüm təhlükəsi ilə üzləşdikləri üçün yaşadıqları əraziləri tərk etməyə məcbur olmuşdurlar. Bu halda söhbətməcburi və ya bilərəkdən köçürmələrdən yox, amma həmin insanları ölüm ilə hədələməkdən və köçməyə macaltapmayanları həqiqətən öldürməkdən, bununla da onları başqa seçim olmadığı üçün kütləvi şəkildə yaşadıqlarıərazilərdən "canlarını qurtarmağa" vadar etməkdən gedir. Göstərilən bu şərtlər və Ermənistanın Azərbaycanatəcavüzü zamanı azərbaycanlı əhalinin bilərəkdən və kütləvi şəkildə öldürülməsi faktları iddia etməyə imkanverir ki, Ermənistan Respublikası soyqırım cinayətlərini sadəcə Xocalı şəhərində deyil, ümumiyyətləAzərbaycanın bütün işğal olunmuş ərazilərində törətmişdir.1 2005-ci ildə Avropa Şurasının Parlament Assambleyası tərəfindən qəbul olunmuş 1416 saylı qətnamədə Parlament Assambleyasımünaqişə zəminində baş vermiş etnik təmizləmə hallarına istinad edir. Resolution 1416 (2005), The conflict over the Nagorno-Karabakhregion dealt with by the OSCE Mınsk Conference.2 Bosnya - Herzoqovina Bosnya və Monteneqroya qarşı, 26 fevral 2007-ci il tarixli təhlil qərarı, Paraqraf 190.3 Krstic işi, 2 avqust 2001-ci il, paraqraf 562.4 Stakic işi, 31 iyul 2003-cü il, paraqraf 519.156

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!