13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Soyqırım cinayətinin baş verdiyini iddia etmək üçün yuxarıda göstərilən şərtlərdən biri kifayət edir.BƏM-in soyqırım konvensiyası ilə əlaqədar bir neçə qərarı mövcuddur. Onlardan, 1996-cı ildə qəbulolunmuş Bosnya Hersoqovina Yuqoslaviyaya qarşı işi (və bu işlə əlaqədar 2007-ci il tarixli təhlili qərar) nəzəricəlb edir 2 . Bu işdə Yuqoslaviya tərəfi məhkəmə qarşısında etiraz edərək bildirir ki, şikayətçi dövlətin soyqırımhallarını rədd edən konvensiyaya 1992-ci ilin dekabr ayında qoşulması səbəbindən məhkəmə bu tarixdən əvvəlbaş vermiş hadisələri nəzərə ala bilməz. Məhkəmə bu iddianı rədd edərək bildirir ki, soyqırım cinayətininqarşısının alınması və cəzalandırılması haqqında konvensiya - və əsasən də onun 9-cu maddəsi - məhkəməninsəlahiyyətlərinin ratione temporis məhdudlaşdırılması haqqında heç bir müddəa nəzərdə tutmur. Bundan əlavə,iddialı dövlətlər bu konvensiyaya üzv olduqları zaman bu haqda heç bir qeyd-şərt təqdim etməmişlər. Bununüçün də məhkəmə münaqişənin başlanmasından bəri baş vermiş bütün hallarla bağlı qərar vermək səlahiyyətinəmalikdir 3 . Bundan əlavə, BƏM-ə əsasən, soyqırım konvensiyasında nəzərdə tutulmuş müddəalar bütün müasircəmiyyətlər tərəfindən tanınmışdır və onlar orga omnes olub dövlətlər üçün heç bir hüquqi öhdəliklərinolmadığı halda da məcburidir. Başqa bir tərəfdən isə, soyqırımıların rədd edilməsi dünyəvi bir dəyərdir 4 , o,beynəlxalq hüququn ən ali prinsiplərindən olub jus cogens keyfiyyətinə malikdir. Məhkəməyə əsasən,konvensiyanın birinci maddəsi eyni zamanda dövlətlər üçün həm soyqırım törətməni qadağa edir, həm də onlarasoyqırım cinayətinin baş verməsinin qarşısını almaq öhdəliyi tanıyır 5 . O əlavə edir ki, soyqırımın qarşısınıalmaq məcburiyyəti dövlətlərə tanınmış ayrıca öhdəlikdir və dövlətlər bu öhdəliyi yerinə yetirmək üçünmümkün olan bütün vasitələrdən istifadə etməlidirlər. Yəni soyqırımın baş verməsindən xəbərdar olan dövlətonun qarşısını almaq məqsədilə əlindən gələni etmirsə, o, bu cinayətin baş verdiyi halda məsuliyyət daşıyır.Dövlətlər həmçinin öz qanunvericiliyinə tabe olmayan, amma onların üzərində müəyyən təsiri olan insanların dasoyqırım törətməsinin qarşısını almalıdır 6 . Beləliklə, münaqişə zəminində törədilmiş bəzi kütləvi qırğınhallarının Ermənistan tərəfindən Dağlıq Qarabağın erməni icmasına aid edilməsi cəhdləri olarsa, onların əsassızolduğunu bu müddəa sübut edir. Çünki həmin icma birbaşa Ermənistan tərəfindən silahlandırılmış və himayəedilmişdir. Başqa bir tərəfdən isə, Ermənistan dövləti həm soyqırım cinayətləri törətdiyi üçün, həm də onun başverməsinin qarşısını almaqda heç bir istək nümayiş etmədiyi üçün məsuliyyət daşıyır. Hər bir dövlət öz daxiliqanunvericiliyində soy-qırım cinayətində günahkar bilinən şəxslərin məsuliyyətini təyin edən müddəalar daxiletməlidir. Bu vasitə imkan verir ki, soyqırım cinayətini törədən şəxslər məsuliyyətdən yayınmasınlar 7 . Şəxsiməsuliyyətdən əlavə, əgər soyqırım cinayəti bir dövlətin orqanları və ya onun adından çıxış edən bir şəxstərəfindən törədilmişdirsə, həmin dövlət birbaşa məsuliyyət daşıyır 8 . Çünki əgər məsuliyyət sadəcə şəxsə aidedilərsə, bir dövlətdə rəhbər vəzifə tutan və soyqırım cinayətində təqsirli bilinən həmin şəxslər dövlətin gücorqanlarına təsir etməklə məsuliyyətdən yayına bilərlər. Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsi qeyd edirki, soyqırım cinayətinin müəyyən bir qrupun məhv edilməsinə aid olduğu üçün "qrup" anlayışının hüquqitərifini dəqiqləşdirmək vacibdir. Yəni soyqırım konvensiyasının 2-ci maddəsində nəzərdə tutulan "qrup"üzvlərinin öldürülməsinin hansı formalarının soyqırım cinayətinə uyğun olmasını təyin etmək lazımdır. Bununüçün məhkəmə aşağıdakı şərtləri təyin edir : hədəfə alınan qrupun vacib bir hissəsi məhv edilsin. Yəni qrupunməhv edilən hissəsi o qədər vacib olmalıdır ki, bu hal həmin qrupun varlığına ciddi təhlükə yaratmalıdır.Beləliklə Xocalıda yaşayan əhalinin vacib bir hissəsinin məhv edilməsini nəzərə alaraq bu birinci şərtinXocalıya uyğun olmasını iddia etmək olar. Başqa bir şərt ondan ibarətdir ki, kütləvi qırğının müəyyən bircoğrafi əraziyə aid olmasıdır. Yəni hədəfə alınan qrupa aid olan insanların bütün dünyada məhv edilməsi vacibdeyil. Müəyyən bir ərazidə həmin qrupun üzvlərinin kütləvi öldürülməsi soyqırım cinayətinə uyğun gəlir. Buşərti Xocalı ilə müqayisə edəndə məlum olur ki, məhkəmənin tələb etdiyi kimi Xocalı soyqırımı müəyyən birərazidə baş vermişdir, yəni giriş-çıxışı məhdudlaşdırılmış Xocalı şəhərində. Bundan əlavə soyqırım törədəninimkanlarını da nəzərə almaq lazımdır. Çünki erməni silahlıları niyyətlərini həyata keçirmək üçün bütün2 Application of the Convention on the Prevention and Punishment of the Crime of Genocide, Preliminary Obiections, Judqment I. C. J.Reports 1996.3 Paraqraf 34.4 Bosnya - Herzoqovina Bosnya və Monteneqroya qarşı, 26 fevral 2007-ci il tarixli təhlil qərarı, paraqraf 161. Qərara doktrinal baxışüçün aşağıdakı məqalələr tövsiyə olunur : David B. KOPEL, Paul GALLANT and Joanne D. EISEN, 'Ts resisting genocide a humanright?" Notre Dame Law Review, Vol. 81:4, 2006, p. 101-169. ; Martin MENNECKE and Christian J. TAMS, "The Genocide CaseBefore the International Court of Justice" (Electronic copy available at http-//ssrn com/abstract= 1416756). ; Vojin DIMITRIJEVIC andMarko MILANOVIC, "The Strange Story of the Bosnian Genocide Case" (Electronic copy available at:http://ssrn.com/abstract=1015469).5 Sonuncu bu məcburiyyət məhkəmə tərəfindən ilk dəfə Bosnya - Hersoqovina Bosnya və Çerniqoriyaya qarşı işində tanınır 26 fevral2007-ci il.6 Bosnya - Hersoqovina Bosnya və Çernoqoriyaya qarşı, 26 fevral 2007-ci il tarixli təhlil qərarı, Paraqraf 166.7 Bu məcburiyyət həmçinin soyqırım konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuşdur.8 Bosnya - Hersoqovina Bosnya və Çernoqoriyaya qarşı, İdem... Paraqraf 181.155

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!