13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────əlaqələrindən imtina etməlidirlər". Məhz məhkəmənin bu rəyinin təsiri ilə başqa dövlətlərin CAR üzərindətəzyiqləri gücləndi və işğalçı ölkə Namibiyadan çəkilərək bu əraziyə öz müstəqilliyini əldə etmək hüququ tanıdı.Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BƏM-nə təqdim ediləcək mümkün sorğuya məhkəmətərəfindən analoji cavabın veriləcəyi halda Azərbaycan tərəfinin mövqeyi münaqişənin həlli prosedurasındakifayət qədər möhkəmlənəcəkdir. Bundan əlavə bir sıra dövlətlərin qondarma Dağlıq Qarabağ Respublikası iləəlaqələrinə Azərbaycan tərəfi öz etirazlarını daha səmərəli şəkildə çatdıra biləcəkdir. Misal üçün bəzi dövlətlərinqondarma respublikaya iqtisadi yardımlar etmələri və öz ölkələrində onun daimi nümayəndəliklərininaçılmasına icazə vermələri ilə əlaqədar Azərbaycanın etirazları daha başa düşülən olar. Xatırladaq ki, hazırdaqondarma respublikanın Fransa, ABŞ, Rusiya Federasiyası, Livan, Avstraliya və Ermənistanda daiminümayəndəlikləri vardır.Soyqırım cinayətlərinə tanınan qadağalarSilahlı münaqişələr zəminində baş vermiş cinayətlərdən insan hüquqları normalarına zidd olanlarının ənvaciblərindən olanı soyqırım cinayətidir. Məhz bu səbəbdən beynəlxalq hüquq bu cinayəti qeyd-şərtsiz qadağanedir və onun baş verdiyi halda təqsirli bilinənlərin cəzalandırılmasını tələb edir. Bundan əlavə, beynəlxalqhüquqda yeni ortaya çıxmış və inkişaf etməkdə olan etnik təmizləmə anlayışının hüquqi gücə malikolmamasınabaxmayaraq, onun həyata keçirilməsi metodları soyqırım cinayətlərinə tanınan qadağalara uyğun olduğu haldasəbəbkar dövlətin məsuliyyətinə yol açır.a. Soyqırım cinayəti Tarix boyu baş vermiş silahlı münaqişələrin səbəblərinin fərqli olmasınabaxmayaraq, onların nəticələri çox zaman günahsız insanların kütləvi şəkildə öldürülməsi ilə nəticələnir.Günahsız insanların (yəni qeyri silahlı şəxslərin) kütləvi şəkildə öldürülməsi bəzən təsadüf, diqqətsizlik və yayanlışlıq üzündən baş verdiyi halda, digər hallarda bu cür hərəkətlər bilərəkdən və ya düşünülmüş şəkildətörədilir. Bu halda artıq söhbət soyqırım cinayətindən gedir. Soyqırım cinayəti beynəlxalq cinayətdir. Onun başverməsi sadəcə milli deyil, həm də beynəlxalq səviyyədə məhkum edilməlidir. Soyqırım cinayətini törədəndövlət beynəlxalq hüquqda və əsasən də BMT-nin xartiyasında nəzərdə tutulmuş insan hüquqlarına hörmət vəayrı seçkiliyin rədd edilməsi prinsiplərinə hörmətsiz yanaşmış olur. Bundan əlavə bir qətliamın soyqırım kimitanınması üçün onun rəsmi formada qərara alınması və bilərəkdən bir qrup insanın öldürülməsi məqsədi iləhəyata keçirilməsi şərtdir. Bu halda öldürülmüş insanların sayca çox olmaları vacib deyildir. Yəni nəticədə,düşünülmüş şəkildə bir qrup insanın məhv edilməsi nüansı soyqırımı başqa müharibə və insanlığa qarşıcinayətlərdən fərqləndirir. Çünki, bu halda soyqırım cinayətini törədənin məqsədi sadəcə şəxsi yox və eynizamanda onun aid olduğu qrupu məhv etməkdir. Düşünülmüş şəkildə bir qrup insanın məhvi ilə nəticələnəntəqib halları müəyyən fərqli formalarda olduğu üçün soyqırımın hansı halda baş verməsini dəqiqləşdirməklazımdır. Keçmiş Yuqoslaviya üçün olan məhkəmənin qanunvericiliyinə əsasən, insanların kütləviöldürülməsinin soyqırım kimi qəbul olunması üçün həmin insanların hansısa ümumi bir xüsusiyyətə malikolmaları və məhz həmin xüsusiyyətlər səbəbindən öldürülməsi şərtdir. Bu xüsusiyyətlər aşağıdakılardır: dini,etnik, milli və irqi. Əks halda, misal üçün, bir qrup insanın siyasi baxışlarına görə və ya başqa səbəblərdənkütləvi təqib edilməsi soyqırım kimi qəbul edilmir 1 . Göstərilən bu şərtləri nəzərəalaraq, qeyd etmək lazımdır ki,Xocalı qətliamına soyqırım ifadəsini heç bir qeyd-şərtsiz aid etmək olar. Onun üçün ki, həmin qətliamErmənistan dövlətinin öncədən düşünülmüş siyasəti nəticəsində baş verməsindən əlavə, oradakı insanlarazərbaycanlı olduqları üçün öldürülmüşdürlər. Bu sonuncu amil həmin qətliamın baş verməsində ayrı-seçkilikamillərinin olmasını üzə çıxarır və beynəlxalq hüquqda qadağan olunmuş apartheid, racisme, xenophobia və s.kimi cinayətlərə uyğun gəlir (və həmin cinayətləri qadağa edən beynəlxalq sənədlərə əsasən ErmənistanRespublikasının məsuliyyətinə yol açır).Soyqırım cinayətini təyin etmək üçün sadalanan şərtlər 1948-ci il tarixli BMT tərəfindən qəbul olunmuşSoyqırım konvensiyasında da öz əksini tapmışdır. Həmin konvensiyanın 2-ci maddəsi nəzərdə tutur ki, "hazırkıkonvensiyaya əsasən soyqırım, milli, etnik, irqi və dini bir qrupu tamamilə və ya qismən məhv etmək məqsədiləhəyata keçirilən aşağıdakı hallardan birinə aid edilir:a) bir qrupun üzvlərini öldürmək;b) bir qrupun üzvlərinə fiziki və əqli ağır zərbələr vurmaq;c) bir qrupu onun tamamilə və ya qismən məhvi ilə nəticələnən dözülməz vəziyyətlərə düçar eləmək;d) bir qrup daxilində doğuşlara maneə olan ölçülərin tətbiq edilməsi;e) bir qrupdan başqa bir qrupa məcburi olaraq uşaqların köçürülməsi 1 .1 Keçmiş Yuqoslaviya üçün məhkəmə, 14 yanvar 2000-ci il tarixli hökm. Prokuror Zoran Kupre və başqalarına qarşı, IT-95-16-T,paraqraf 636.1 Bu tərif Beynəlxalq Cinayət Məhkəməsini yaradan Roma Statusunun 6-cı maddəsində də öz təsdiqini tapmışdır.154

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!