13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────normal proseduraya əsasən qeyd etmək lazımdır ki, əslində bu kimi hallar baş verdiyi zaman, TəhlükəsizlikŞurası, BMT-nin Xartiyasının 40-cı maddəsində göstərildiyi kimi, müvafiq ölçülər götürməlidir 1 .Qətnamələrin həyata keçirilmədiyi halda BMT tərəfindən qəbul olunması mümkün olan sanksiyalarhərbi və ya qeyri-hərbi ola bilər. Xartiyanın 41-ci və 42-ci maddələrinə əsasən, Təhlükəsizlik Şurasınıntələblərinə əməl etməyən dövlətə qarşı genişmiqyaslı sanksiyalar tətbiq olunur. Bu sanksiyalara həmin dövlətləbütün əlaqələrin kəsilməsi ilə bərabər, ona qarşı hərbi gücə əl atmaq da daxildir. İndiyə kimi güc istifadə etməkprosedurasından misal üçün 1991-ci ildə İraqın Küveyti qanunsuz işğal etməsindən sonra bu ölkəyə qarşıistifadə olunmuşdur. Qeyri hərbi sanksiyalara gəldikdə isə onlar fərqli ola bilərlər (əlaqələrin kəsilməsi,embarqoların tətbiqi və s. kimi). Bundan əlavə, onların həyata keçirilməsinə nəzarət etmək məqsədiləTəhlükəsizlik Şurası tərəfindən yaradılan sanksiyalar komitələri fəaliyyət göstərir. Bu komitələrin əsas məqsədiqərara alınmış sanksiyaların həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir. Amma təəssüflə bildirməklazımdır ki, həyata keçirilməmiş yeganə qətnamələrdən olan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinicra olunmamasına qarşı indiyə qədər bu tipli ölçülər götürülməmişdir. Bu hal sözsüz ki, beynəlxalq hüquqaziddir.Beynəlxalq Ədalət Məhkəməsinə müraciətin mümkünlüyü haqqındaBeynəlxalq Ədalət Məhkəməsi (BƏM) BMT-nin hüquqi orqanıdır. Məhkəmənin əsas məqsədi dövlətlərtərəfindən təqdim olunan hüquqi münaqişələri həll etməkdir. Bundan əlavə, BƏM məşvərət rəyləri verməksəlahiyyətinə malikdir. Bu imkan BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurasından əlavə Baş Məclistərəfindən təyin olunmuş orqanlara da şamil edilir (misal üçün UNESKO, Beynəlxalq Əmək Təşkilatı və s.).Dövlətlər arası şikayət prosedurası nəticəsində qəbul olunmuş qərarlardan fərqli olaraq məhkəmənin məşvərətrəyləri hüquqi gücə malik deyillər. Amma buna baxmayaraq, həmin rəylərin nəticəsiz olduğunu demək olmaz.Çünki bu rəylər, məhkəmənin müəyyən bir məsələ ilə bağlı mövqeyini dəqiqləşdirməsi ilə bərabər, gələcəkdəanaloji məsələlərin həll edilməsində rəhbər tutulur. Yəni nəticədə BƏM-in rəyləri BMT-nin mövqeyini əksetdirmiş olur. BƏM-ə məşvərət rəyləri təqdim etmək imkanı onun statusunun 65-ci maddəsinin 1-ci bəndinəəsasən həyata keçirilir 2 . Həmin maddə eyni zamanda məhkəməyə, ona ünvanlanmış sorğu ilə əlaqədar rəyverməkdən imtina etmək hüququ tanımasına baxmayaraq indiyə qədər o bu kimi addım atmamışdır. Qısacaolaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid BMT tərəfindən qəbul olunmuş qətnamələrinErmənistan tərəfindən icra edilməməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası BƏM-ə məşvərət rəyi təqdimedə bilər. Qeyd olunduğu kimi o, bu rəyi məhkəməyə birtərəfli təqdim etmək imkanına malik olmadığı üçün,imtiyazlı orqanlara bu işi həyata keçirmək məqsədilə müraciət edə bilər. BMT qətnamələrinin dövlətlərtərəfindən həyata keçirməməsinə dair məhkəmənin məşvərət rəyi vermə səlahiyyətinin istifadəsi təcrübəsi artıqmövcuddur. Buimkandan 1971-ci ildə Cənubi Afrika Respublikasının (CAR) qanunsuz olaraq cənub-qərbiAfrikada (indiki Namibiya) müstəmləkə siyasəti yeritməsinə dair istifadə edilmişdir. Öncələr Almaniyanınmüstəmləkəsi olan Namibiya ərazisi Birinci dünya müharibəsindən sonra CAR-ın qəyyumluğuna verilir. 1950-ci illərdən başlayaraq Afrika qitəsində olan müstəmləkələrin tədricən öz müstəqilliklərinə qovuşmalarınabaxmayaraq, CAR ona həvalə edilən ərazilərə müstəqillik verməkdən boyun qaçırır və cənub-qərbi Afrikaərazilərində müstəmləkə və ayrı seçkilik (aparteid) siyasətini davam etdirdi. Bu səbəbdən 1969-cu və 1970-ci 3illərdə Təhlükəsizlik Şurası iki qətnamə qəbul edərək CAR-dan bu əraziləri tərk etməsini və həmin ərazilərinəhalisinə öz müqəddəratını təyin etmə hüququnu tanıyaraq müstəqillik əldə etmək imkanları verilməsini tələbedir. Amma CAR bu qətnamələrdə edilən çağırışlara əməl etməkdən açıq şəkildə boyun qaçırırdı. Beləliklə,Təhlükəsizlik Şurası daha bir qətnamə qəbul edərək 4 əvvəlki tələblərini bir daha yeniləyir, lakin bu tələblərin birnəticə vermədiyini zənn edərək o, BƏM-nə məşvərət rəyi vasitəsi ilə müraciət etməyi qərara alır. Onaünvanlanmış suala, yəni "CAR-ın cənub-qərbi Afrikada davamlı mövcudluğunun başqa dövlətlər üçün hüquqinəticələri hansılardır" BƏM aşağıdakı cavabı verir 5 : "CAR-ın Namibiyada davamlı mövcudluğu qeyri-qanuniolduğu üçün o, həmin ərazilərdən geri çəkilmək və həmin ərazilərin işğalına son qoymaq məcburiyyətindədir.BMT-nin üzv dövlətləri öz növbələrində CAR-ın həmin ərazilərdə mövcudluğunu qeyri-qanuni kimi tanımaqməcburiyyətindədirlər. Onlar həmçinin CAR-la Namibiya ilə əlaqədar bütün əməkdaşlıq və ya yardım1 Həmin maddəyə əsasən "vəziyyətin pisləşməsinin qarşısını almaq məqsədilə, Təhlükəsizlik Şurası, 39-cu maddəyə müvafiq olaraqölçülər götürməzdən əvvəl, o, tərəfləri qəbul olunmuş tələbləri həyata keçirməyə dəvət edir".2 Həmin maddə nəzərdə tutur ki, "Məhkəmə, BMT-nin Xartiyasının icazə verdiyi bütün orqan və qurumlar tərəfindən ona təqdim olunansorğular əsasında bütün hüquqi məsələlər haqqında məşvərət rəyi verə bilər".3 Qətnamə 264 (1969) və Qətnamə 276 (1970).4 Qətnamə 283 (1970).5 Legal Consequences for States of the Continued Presence of South Africa in Namibia (South West Africa) notwithstanding SecurityCouncil Resolution 276 (1970), Advisory Opinion, I.CJ. Reports 1971, p. 16.153

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!