13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────qətnamə qəbul etmişdir [20]. Abxaziyada və Dağlıq Qarabağda olan münaqişələrə aid Assambleya qeydetmişdir ki: «öz təbiətinə görə bu münaqişələr fərqlənsə belə, Assambleya qeyd edir ki, bu münaqişələrin siyasinizamlanması, xüsusən aşağıdakı göstərilən 1975-ci il Helsinki Yekun Aktına və 1990-cı il Paris Xartiyasınaəsaslanmalı, yəni: sərhədlərin toxunulmazlığı, xüsusən çoxmillətli sülhməramlı qüvvələrdən istifadə edərək, buregionda bütün insanların təhlükəsizliyinin zəmanəti, bütün maraqlı olan tərəflərin danışıqları əsasındaAbxaziyaya və Dağlıq Qarabağa geniş muxtariyyətin verilməsi, insan hüquqlarına riayət edilməsini nəzərəalaraq, qaçqınların və yerlərini müvəqqəti dəyişmiş şəxslərin geri qayıtması və onların reinteqrasiyası hüquqiprinsiplərin əsasında münaqişəyə cəlb olunmuş bütün tərəflərin danışıq predmeti olmalıdır» [19].29 noyabr 2004-cü ildə (sənəd 10364) Avropa Şurasının Parlament Assambleyasının xüsusi məruzəçisiD.Atkinsonun məruzəsində qeyd olunur: «Azərbaycanın əhəmiyyətli bir hissəsi hələ də erməni qüvvələritərəfindən işğal olunub». D.Atkinsonun məruzəsində xüsusi qeyd olunur: «Azərbaycanın sərhədləri ölkənin1991-ci ildə müstəqil dövlət kimi tanınması anında beynəlxalq səviyyədə tanınmış idi. Dağlıq Qarabağ regionuAzərbaycanın tərkibinə daxil idi» (b.5, bölmə III) [5]. Bu məruzənin əsasında AŞPA özünün plenar iclasında1416 (2005) nömrəli «Onun həll edilməsi ilə ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağregionu ətrafında münaqişə haqqında» adlı qətnamə qəbul etdi. Bu qətnamədə Azərbaycan ərazisininəhəmiyyətli bir hissəsinin işğal edilməsi faktı və bununla yanaşı, Dağlıq Qarabağ regionu ərazisinin digər dövləttərəfindən zəbt (anneksiya) edilməsi faktı qeyd olunur. Bu fakta dair qətnamədə qeyd olunur: «Assambleya birdaha bəyan edir ki, hər hansı bir üzv-dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsi Avropa Şurasınınüzvü kimi bu üzv-dövlətin öhdəliklərinin ciddi pozulmasını təşkil edir» [6]. Bu qərar çox vacib əhəmiyyətəmalikdir. İslam Konfransı Təşkilatının (İKT) arxasınca AŞPA Azərbaycanın ərazisini işğal edən dövlət kimibirbaşa Ermənistanı göstərdi və faktiki olaraq, bu ölkəni Azərbaycana qarşı təcavüzdə ittiham etdi. Bununla da,guya ki, Ermənistan yox, təkcə Dağlıq Qarabağ separatçıları və Azərbaycan bu münaqişənin tərəfləri olmasıhaqqında erməni tərəfinin uydurma iddiasını təkzib etdi.Avropa Şurasının Parlament Assambleyası 2008-ci ildə də özünün yay sessiyasında Azərbaycanın ərazibütövlüyünə dəstək verdi. AŞPA-nın bu sessiyasında xüsusi məruzəçilər Andreas Xerkel və Yevgeniya Jivkovatərəfindən 6 iyun 2008-ci ildə edilmiş eyniadlı məruzə əsasında 24 iyul 2008-ci ildə 1614 nömrəli«Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında» adlı qətnamə qəbul edilmişdir [15]. AŞPA-nın1614 nömrəli qətnaməsinin 25.1-ci bəndində deyilir ki, Assambleya: «hesab edir ki, ölkənin ərazi bütövlüyübərpa olana qədər Azərbaycanda sabit, demokratik inkişaf çox çətin olacaqdır». AŞPA-nın 1614 nömrəliqətnaməsinin 25.2-ci bəndində deyilir ki, «Assambleya BMT Baş Məclisinin «Azərbaycanın işğal olunmuşərazilərində vəziyyət haqqında» 14 mart 2008-ci il tarixli qətnaməsini nəzərə alır. Baş Məclis qətnamədəAzərbaycanın Dağlıq Qarabağ regionunda və onun ətrafında baş verən hərbi münaqişənin beynəlxalq sülhə vətəhlükəsizliyə təhlükə yaratdığı ilə bağlı ciddi narahatlığını ifadə edir, Azərbaycanın ərazi bütövlüyünütəsdiqləyir, onun beynəlxalq miqyasda tanınmış sərhədlərinə dəstək verir və işğal olunmuş ərazilərdən ermənihərbi qüvvələrinin dərhal çıxarılmasını tələb edir» [16]. Beləliklə, AŞPA aşkar surətdə BMT-nin Baş Məclisinin«Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» 14 mart 2008-ci il tarixli qətnaməsinə özdəstəyini nümayiş etdirdi, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsub olduğunu təsdiqlədi vəAzərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi qüvvələrinin dərhal çıxarılmasını tələb etdi. Heç dətəsadüfi deyil ki, bu qətnaməyə erməni tərəfinin reaksiyası çox sərt oldu. Erməni deputatı A.Aşotyan buqətnamənin qəbul edilməsini «Azərbaycanın neft və qazı» əvəzində «xidmət» kimi qələmə verməkdən dahaprimitiv heç nə tapmadı [18]. L.Ter-Petrosyanın başçılıq etdiyi herəkat öz bəyanatlarında Dağlıq Qarabağa aidAŞPA-nın 1614 nömrəli «Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında» adlı qətnaməsinin bir sırabəndlərini «pislədi». Bu hərəkat iddia edirdi ki, öz qətnaməsi ilə AŞPA işğal olunmuş ərazilərdən erməniqüvvələrinin çıxarılması tələbini özündə əks etdirən BMT Baş Məclisinin 14 mart 2008-ci il tarixli qətnaməsinin«pro-Azərbaycan» bəndlərini təsdiqlədi. Bununla yanaşı, müəlliflər iddia edirdilər ki, Azərbaycanınsabit, demokratik inkişafı onun ərazi bütövlüyünün bərpası şərti ilə bağlı olması haqqında qətnamənin hissəsionlara «aydın deyil». Lakin bütün bunlardan düzgün nəticələr çıxarmaq əvəzinə, bəyanatda bircə Ermənistanınxarici siyasətinin iflasa uğramasında bu ölkənin hökumət qüvvələrinin ittiham edilməsinə cəhd edilir. Belə ki,bəyanatda qeyd olunur ki: «Bütün bunlar... erməni administrasiyasının onillik xarici siyasətininuzaqgörməzliyinin gözlənilən nəticəsidir. Belə siyasət nəticəsində «ədalətli» və «öz müqəddəratını təyinetməhüququ prinsipinə» əsaslanmış Qarabağ probleminin nizamlanması perspektivi şübhə altına qoyulmuşdur».Müəlliflər etiraf etməyə məcburdurlar ki: «Koçaryan-Sarkisyan administrasiyasının hakimiyyətdə qalan müddətərzində, Ermənistana və Dağlıq Qarabağa aid müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərtəsdiqləyir ki, onların hakimiyyətdə qaldıqları hər bir gün Ermənistanın və Dağlıq Qarabağın dövlətçiliyi üçüngeriyədönməz itkilərin aparılması təhlükəsini yaradır» [17]. AŞPA 2008-ci ildə elə həmin sessiyada qəbul etdiyiözünün digər qətnaməsində də üç postsovet ölkəsinin - Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazibütövlüyünə öz dəstəyini göstərdi. 9 iyun 2008-ci ildə məruzəçi S.Qolovatıy tərəfindən «Avropada149

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!