13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Avropa Şurasının qərarlarınınbeynəlxalq hüquqi aspektləriRauf QARAYEV,AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi,hüquq elmləri üzrə fəlsəfə doktoru.Müasir dünyada geosiyasi vəziyyət və dünya arenasında dövlətlərin qüvvələr nisbəti kəskin dəyişir.Sosialist sisteminin və bu düşərgəyə başçılıq edən Sovet İttifaqının dağılmasından sonra ideoloji meyarlara görəölkələrin iki düşərgəyə bölünməsinə qədər mövcud olan ikiqütblü dünya hansısa bir zaman dövründə birqütblüdünyaya çevrildi. Bu dünyanın yeganə superdövləti olan - ABŞ-ın iqtisadi, hərbi və siyasi qüdrətinin artması iləbağlı idi. Hazırkı dövrdə isə dünya siyasətçilərin, beynəlxalq münasibətlər və beynəlxalq hüquq üzrə alimlərinvə politoloqların çoxu artıq dünyanın çoxqütblü olmasından danışır və bunu beynəlxalq münasibətlər sistemindəmüşayiət olunan ABŞ-ın rolunun durmadan daimi azalması tendensiyası və bununla yanaşı, digər dövlətlərin vəya dövlətlər ittifaqının təsirinin artması ilə bağlayırlar. Onlar qeyd edirlər ki, artıq dünyada heç bir dövlət dünyasiyasətində hakim mövqe vəziyyətinə sahib deyil və bir çox problemlərin həlli bütövlükdə dünyada və ya ayrıayrıregionlarda olan dövlətlərin geosiyasi qüvvələrinin konkret nisbətindən asılıdır.Bu hallar dövlətlərarası münasibətləri nizamlayan beynəlxalq hüquq sistemində, onun institutlarının vəprinsiplərinin təsirinin effektliyində və müvafiq olaraq, beynəlxalq hüquq doktrinasında əks olunmaya bilməz.Bütün bunlar regional və etnik münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasına aid də ədalətlidir.Tamamilə aydındır ki, dünya siyasətində, beynəlxalq münasibətlər sistemində bu və ya digərmünaqişələrin və ya problemlərin beynəlxalq-hüquqi nizamlanmasının vacib faktorundun biri bütövlükdədünyada olan geosiyasi qüvvələrin nisbətidir.Belə ki, xarici siyasət üzrə Almaniya Şurasının eksperti Aleksandr Rar Ermənistan-Azərbaycan DağlıqQarabağ münaqişəsi ilə bağlı: «Azərbaycanda çoxları təsdiq edirlər ki, ATƏT-in Minsk qrupu Qarabağprobleminin nizamlanmasına kömək etmir və bu hal ondan irəli gəlir ki, qrupun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz təmsil etdikləri dövlətlərin mövqeyindən yanaşırlar. Sizinfikrimizcə, belə bir fikir həqiqətə uyğundurmu?» sualına birbaşa cavab verdi ki, «Siz bilirsiniz, bu yəqin ki, eləbelədir, axı bu dövlətlərin öz geosiyasi maraqları var... Amerika gah bu tərəfdə, gah o biri tərəfdə oynayaraq,hal-hazırda bu münaqişənin indiki status-kvo vəziyyəti ilə kifayət qədər rahat yaşayır. Rusiya da eynivəziyyətdədir, o nə Ermənistan, nə də Azərbaycan ilə öz münasibətlərini korlamaq istəmir. İndiki mövcud olanstatus-kvo, mənim anlamımda, həm Amerikanı, həm də Rusiyanı qane edir. Əlbəttə, qeyd etmək lazımdır ki,Amerika Rusiyanın postsovet məkanda möhkəmlənmək cəhdlərinə qarşı hərəkət edir, burada iki ölkəninsiyasətində müəyyən fikir ayrılıqları var. Rusiya, öz növbəsində, Dağlıq Qarabağ münaqişəsi kimi münaqişələrvasitəsi ilə Amerikanı ikinci cərgəyə çəkmək istəyir» və sonra dəqiqləşdirir: «o ki qaldı Rusiyanın Qafqazdakıtəsirinə... Hər şey ondan asılıdır ki, kim bu məkanda Rusiya ilə rəqabət aparacaq, misal üçün, maliyyəböhranından sonra bu regiondan neft və qaz tranzitinin alternativ yollarını tikmək üçün Amerikanın gücüçatacaqmı». Ədalət naminə qeyd etmək lazımdır ki, Aleksandr Rar özü də o faktı xüsusi vurğulayır ki,«beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycana məxsusdur» [4].Dünya birliyi dövlətlərinin mövqeyi ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsininnizamlanması prosesinə əhəmiyyətli dərəcədə təsir göstərən vacib amillərdən biri də bu münaqişəyə aid nüfuzlubeynəlxalq dövlətlərarası təşkilatların öz qərarlarında əks olunmuş mövqeləridir. Bu, ilk növbədə, BMT, ATƏT,Avropa Şurası, İKT, NATO kimi beynəlxalq dövlətlərarası təşkilatlara aiddir.Nəzərə alsaq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair BMT,İKT, NATO kimi beynəlxalq dövlətlərarası təşkilatların qərarlarının müxtəlif beynəlxalq-hüquqi aspektləri artıqbizim tərəfdən tədqiq edilmişdir. [1; 2; 21], bu münaqişəyə aid Avropa şurasının qərarlarının beynəlxalq-hüquqiaspektlərinin araşdırılmasında dayanmaq məqsədəmüvafiqdir.Təəssüflər olsun ki, ölkə hüquq ədəbiyyatında, ayrı-ayrı istisnalar çıxmaq şərtilə [3], faktiki olaraq,Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aid Avropa Şurası çərçivəsində qəbulolunmuş qərarların təhlilinə həsr edilmiş tutarlı, əhəmiyyətli əsərlər yoxdur. Halbuki, Avropa Şurası bumünaqişənin nizamlanması işində əhəmiyyətli dərəcədə təsir göstərə bilən bir neçə qərar və qətnamə qəbuletmişdir. Avropa Şurasının bu qərarlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsininnizamlanmasına aid nüfuzlu Avropa təşkilatının mövqeyi əks olunmuşdur. Belə ki, 22 aprel 1997-ci ildə AvropaŞurasının əsas orqanlarından biri, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), xüsusi məruzəçi Saytlingerin10 aprel 1997-ci il tarixli məruzəsi əsasında 1119 (1997) «Zaqafqaziyada münaqişələr haqqında» adlı148

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!