13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın hələ də ən böyük problemi olaraq qalan Qarabağ münaqişəsi özhəllini tapmalıdır. Ümid edilir ki, Azərbaycanın ərazi bütövlüyü və siyasi suverenliyi ən qısa zamanda bərpaolunacaq, sovet kommunist rejiminin süqutundan sonra müstəqil dünyəvi müsəlman ölkəsi kimi formalaşanAzərbaycan militarist erməni millətçiliyinin təcavüzündən xilas olacaqdır.Dağlıq Qarabağ anklavı Azərbaycanın tərkib hissəsidir. Bura Azərbaycanın tarixinin, incəsənət vəmədəniyyətinin başladığı yerdir. Üç əsrdir ki, regionda demoqrafik vəziyyət rus çarizmi və onun varisi olankommunist rejimi tərəfindən "parçala və hökm sür" şüarı ilə dəyişdirilmişdir. 1920-ci ildə bu bölgəyəAzərbaycan Respublikasının tərkibində muxtariyyət verilmişdir. 1988-ci ildə Moskvanın təhriki ilə DağlıqQarabağda münaqişə başlanmışdır. Sovet İttifaqının keçirdiyi son aksiyalardan biri 20 il bundan öncəAzərbaycanın paytaxtına, Bakı şəhərinə hərbi təcavüz olmuşdur. Gözlənildiyi kimi, az sonra Sovet İttifaqıparçalandı, 1991-ci ildə Ermənistanla Azərbaycan arasında müharibə başladı.Ümidverici haldır ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərindəmüdriklik və səbir nümayiş etdirir. Halbuki 1990-cı illərin əvvəllərində müharibənin gedişində ermənilərminlərlə azərini öldürmüş, bir milyon Azərbaycan vətəndaşı doğma ev-eşiyindən didərgin salmış, Azərbaycanınayrılmaz parçası olan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etmiş, Dağlıq Qarabağı qeyri-qanuniolaraq müstəqil elan etmişlər. <strong>Prezident</strong> İlham Əliyev yalnız bir şərtlə - Azərbaycanın ərazi bütövlüyünə vəsiyasi suverenliyinə xələl gətirməmək şərti ilə bölgədəki erməni çoxluğu ilə barışığın tərəfdarıdır və onlaraErmənistanla əlaqə dəhlizini də nəzərdə tutan maksimum muxtariyyət verməyə hazırdır. Bu isə ən azı, hüquqavə mənəviyyata söykənən mövqedir.İştiaq ƏHMƏD,Qayd Əzəm Universitetininprofessoru“Azərbaycan”.-2010.-27 aprel.-N 89.-S.10.147

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!