13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dağlıq Qarabağ - Cənubi Qafqazın münaqişəsiPakistanda çıxan "Pulse" qəzeti İslamabaddakı Qayd Əzəm Universitetinin professoru, politoloqİştiaq Əhmədin "Dağlıq Qarabağ - Cənubi Qafqazın münaqişəsi" sərlövhəli məqaləsini dərc etmişdir.Məqalənin tərcüməsini oxucuların diqqətinə çatdırırıq.1991-ci ildə Sovet İttifaqının dağılmasını qansız-qadasız hadisə kimi qiymətləndirmək olardı. Lakin budağılma Azərbaycanın cənub-qərbində ermənilərin çoxluq təşkil etdiyi anklav üstündə Azərbaycanla Ermənistanarasında qanlı müharibənin başlamasına rəvac verdi. Müharibədə Rusiya Ermənistanı dəstəkləmiş, ErmənistanDağlıq Qarabağdakı erməniləri himayə etmiş, azərbaycanlılar oradan məcburi şəkildə çıxarılmış, Azərbaycanərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, bir milyondan artıq azərbaycanlı yurd-yuvasındandidərgin düşmüş və əksəriyyəti azərbaycanlı olmaqla 30 mindən çox adam həlak olmuşdur. Rusiyanınvasitəçiliyi ilə 1994-cü ildə iki dövlət arasında atəşkəs elan olunmuş və müharibə dayandırılmışdır.Müharibə zamanı və ondan sonra BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğaletməsini pisləyən bir neçə qətnamə qəbul etmiş, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın erməni idarəçiliyinitanımaqdan imtina etmişdir. 1997-ci ildə Rusiya, ABŞ və Fransanın daxil olduğu ATƏT-in Minsk qrupu ikiölkə arasında münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətə başlamışdır. Lakin onların səyləriRusiyanın təhriki ilə Ermənistan tərəfindən həmişə əngəllənmişdir.2008-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ErmənistanRespublikasının Prezidenti Serj Sarkisyan danışıqlara başlamışlar. Yanvarın 27-də Soçi şəhərində RusiyaPrezidenti Dmitri Medvedevlə görüş zamanı münaqişənin həllinə dair sazişin preambulası razılaşdırılmışdır.Hər iki rəhbər Madrid sənədindəki razılaşdırılmamış məqamlarla əlaqədar öz təkliflərini göndərməyərazılıqlarını vermiş, 20 illik münaqişənin tənzimlənməsi üçün Minsk qrupunun təqdim etdiyi təkliflər ətrafındamüzakirələr aparılmışdır. 2007-ci ilin sonunda qəbul edilmiş prinsiplər münaqişə bölgəsinə Ermənistan tərəfdənkeçidi saxlamaqla Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın ətrafında işğal olunmuş əraziləringeri qaytarılmasını ehtiva edir. Bundan əlavə, şərtlərdə Dağlıq Qarabağın statusunun səsvermə yolu iləmüəyyənləşdirilməsi, deportasiya olunmuş əhalinin qayıtması və beynəlxalq sülhməramlıların yerləşdirilməsiəks olunmuşdur.Son illər münaqişənin həlli istiqamətində Rusiyanın vasitəçilik səylərinin fəallaşdığı görünür. S. Sarkisyanvə Prezident İlham Əliyev 2008-ci ilin noyabr ayında D. Medvedevlə görüş zamanı imzaladıqları beşmüddəadan ibarət bəyannamənin şərtlərinə uyğun olaraq problemin sülh yolu ilə həllinə çalışacaqlarınıbildirmişlər. Ötən il hər iki prezident iki dəfə Medvedevlə birlikdə olmaqla altı dəfə görüşmüşdür. Ötən illərRusiya, həmçinin, Cənubi Qafqazda hərbi gücünü nümayiş etdirmiş, 2008-ci ilin avqustunda Abxaziya vəCənubi Osetiyanı zorla Gürcüstandan ayırmışdır. Eyni zamanda, Rusiyanın regiona baxışı praqmatikdir.Moskva həm Türkiyə, həm də Azərbaycanla enerji sahəsində saziş imzalamışdır. Yanvar ayının əvvəllərindəRusiyanın "Qazprom" şirkəti 2011-ci ildə Azərbaycandan alacağı qazın həcminin dörd dəfə artırılacağını bəyanetmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Rusiyanın Baş naziri Vladimir Putin Türkiyədə 2.5milyard dollar dəyərində olan Samsun-Ceyhan neft kəmərinin tikintisinə diqqəti artıracaqlarını vurğulamışlar.Rusiyanın Gürcüstana kəskin yanaşmasından sonra Qarabağ münaqişəsi ilə əlaqədar siyasətindəpraqmatik dəyişiklik məqbul siqnaldır. Sovet İttifaqının varisi və regionda əsas güc sahibi olan, "yaxın xaric"adlanan Rusiya təhlükənin başlıca mənbəyi və ya sülhün əsas səbəbi kimi çıxış edə bilər. Dağlıq Qarabağdayaşayan erməni əhalisinə geniş dəstək verməyə məcbur olan könülsüz dövlət Ermənistandır. 1997-ci iləqayıdaq. Madrid planı bəyan edilən zaman Ermənistan prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa dairdanışıqlara getməyə cəhd göstərmiş, amma erməni xalqı tərəfindən xain adlandırılmış və zorla istefayagöndərilmişdir.Bu bir faktdır ki, Ermənistan hökuməti və xaricdə yaşayan diaspor üçün Qarabağ münaqişəsinin sülh yoluilə həlli münasib olardı və bu prosesin beynəlxalq vasitəçilik və ikitərəfli danışıqlar müstəvisində aparılmasınasəy göstərilərdi. Keçən il Türkiyə və Ermənistan arasında yaxınlaşma və bu istiqamətdə dövlət katibi H.Klintonun simasında ABŞ hökumətinin vasitəçiliyi ermənilərin şovinist görüşlərini praqmatik müstəviyəkeçirməyə, Yerevanın özünü saldığı iqtisadi blokadadan çıxmasına kömək göstərməyə çalışmışdır.Ermənistandan fərqli olaraq, Azərbaycan Xəzər dənizindəki karbohidrogen sərvətlərindən və stratejimövqelərindən, əsasən də, Bakı-Ceyhan neft kəməri vasitəsilə Gürcüstan və Türkiyə ərazisindən Avropaya qazvə neft nəqlindən gəlir götürməkdədir. Ölkə regiona və uzaq məsafələrə, hətta Çinə də kəmər çəkilməsimümkün olmaqla neft və qaz ixracatçısı kimi mərkəzi yer tutmuşdur. Ruslar karbohidrogen yataqlarınınistismarında xarici tərəfdaşlara mane olmaq yox, bu layihələrdə iştirak etməli olduqlarını başa düşmüşlər.146

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!