13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────alırdılar. Bir məqama diqqət yetirək: 1997-ci ilin əvvəllərində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1milyard ABŞ dollarından çox olan müasir silahların verilməsi faktı üzə çıxdı və məlum oldu ki, Rusiyada bəziqüvvələr bu silahları 1992-ci ildən göndərməyə başlamış və Azərbaycan ərazilərinin işğalına şərait yaratmışdır.Əsrin faciəsi - Xocalı soyqırımıBir sözlə, M. Qorbaçovun əmrinə uyğun olaraq Ə. Vəzirov və A. Mütəllibov tərəfindən adi ov tüfəngi dəmüsadirə olunan azərbaycanlı əhali ən müasir silah-sursatla təchiz edilən, yüksək təlim keçən rus-erməni qoşunuilə üz-üzə qalmışdı. 1992-ci ilin ilk günlərindən etibarən Dağlıq Qarabağın azərbaycanlılar yaşayanməntəqələrinin işğalına başlanıldı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçularkəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu. Bu itkilər Xocalı və Şuşanın mühasirə dairəsinindaha da daralmasına şərait yaratdı. Bu vaxt Azərbaycan Silahlı Qüvvələrinin Daşaltıda apardıqları hərbiəməliyyat da uğursuzluqla nəticələndi. Bir müddət sonra Qaradağlı kəndini də ələ keçirən separatçılar 1992-ci ilfevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı iləXocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər. Xocalı faciəsi zamanı 613 nəfər (o cümlədən106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca) öldürüldü, 1000 nəfər əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 uşaqhər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakingirov götürüldü, onların 150-nin taleyi hələ də məlum deyil.1992-ci ilin mayında Şuşanın süqutu ilə faktiki olaraq bütün Dağlıq Qarabağın ərazisi işğal edildi. Laçınınişğalı ilə isə Ermənistandan Dağlıq Qarabağa dəhliz açıldı və bu "humanitar dəhliz", əslində, qanlı körpüyəçevrildi. Laçın vasitəsilə qısa zamanda külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə əldə edən ermənilərindaha sonra işğal etdikləri Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisi(17 min kv.km) Dağlıq Qarabağın ümumi ərazisindən (4400 kv.km) dörd dəfə böyük idi. Ümumiyyətlə,Ermənistanın işğalçı hərbi dəstələri Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəliləyərək ərazilərimizin20 faizədək hissəsini işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-likAzərbaycan-İran sərhədlərini nəzarət altına almışdı. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılanişğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Azərbaycanın civə, obsidian və perlitehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 faizi, meşə fondunun 24 faizi, su ehtiyatlarının 7,8faizi işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir.1992-ci ilin əvvəllərində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi artıq beynəlxalq məkanınfəal diplomatik müzakirələr predmetinə çevrildi. Qeyd edək ki, həmin dövrdən başlayaraq BMT TəhlükəsizlikŞurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar 4 qətnamə (822, 853, 874,884 saylı) qəbul edib. Lakin erməni işğalçıları bu qətnamələrin tələblərini yerinə yetirməyiblər. 1992-ci ilinbirinci yarısında Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Avropada Təhlükəsizlik və ƏməkdaşlıqMüşavirəsinin prinsiplərinə uyğun olaraq nizamlanması prosesinə üstünlük verdi. Təşkilatın Xarici İşlərNazirləri Şurasının 1992-ci il martın 24-də keçirilmiş toplantısında ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya,İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan, Ermənistan nümayəndələrinin iştirakı ilə ATƏM-in MinskdəDağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi. Lakin Şuşa və Laçının işğalıMinsk konfransının keçirilməsinə mane oldu. Eyni zamanda, Ermənistanın qeyri-konstruktiv mövqeyi vəqrupun üzvü olan dövlətlərin münasibətində ziddiyyətlərin olması sülh prosesi hələ başlamamış onuuğursuzluğa düçar etdi.1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən Heydər Əliyev cəbhəxəttində Azərbaycanın hərbi uğursuzluğuna son qoymaq üçün noyabrın 2-də xalqa müraciət edərək vətəndaşlarıbütün qüvvələri birləşdirməyə çağırdı. Bu çağırış minlərlə Azərbaycan gəncinin Silahlı Qüvvələrin tərkibindəyenidən səfərbərliyə alınmasını təmin etdi və münaqişə bölgəsində xeyrimizə dönüş yaratmaq mümkün oldu.Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. AzərbaycanOrdusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda stratejiəhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl və Kəlbəcər rayonlarıərazisinin bir hissəsi də düşməndən azad edildi, düşmən strateji yüksəkliklərdən qovuldu, Kəlbəcər-Laçınyolunun tunelə qədərki hissəsi nəzarət altına alındı.Nizamlama prosesində yeni mərhələAzərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldəetdiyi uğurlar nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. AzərbaycanRespublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek Protokolunu imzaladı. Münaqişənin dinc vasitələrlə142

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!