13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Kürəkçay müqaviləsiTarixi ədəbiyyatda Kürəkçay müqaviləsi kimi bəlli olan bu sənəd XIX yüzilliyin başlanğıcındaRusiya-Azərbayçan siyasi münasibətlərinə dair mühüm rəsmi qaynaqlardan biridir. Müqavilə Qarabağxanlığının hökmdarı İbrahim xan və Rusiya imperiyası qoşunlarının Qafqazda baş komandanı general P.D. Sisianov arasında 1805-ci il mayın 14-də bağlanmışdır. Bu müqaviləyə görə, Qarabağ xanı Rusiyaçarının vassalı olmağına razılıq verir, üçüncü xarici dövlətlər ilə müstəqil münasibətlər saxlamaqhüququndan Rusiya çarının xeyrinə imtina edir, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinəgötürür. Şuşa qalasında və xanlığın ərazisində Rusiya qoşun dəstələri yerləşdirilirdi. İbrahim xan öznəvəsini Tiflisə baş komandanın qərargahında girov saxlanmaq üçün göndərməli idi. Çar qoşunlarıgeneral-leytenantı hərbi rütbəsi alan İbrahim xan birbaşa çar baş komandanına tabe edilirdi. Bununlayanaşı, çar hökuməti xanın və onun qanuni varislərinin daxili idarə etmək hüquqlarına heç vaxttoxunmayacağını öhdəsinə götürürdü. Beləliklə, Kürəkçay müqaviləsi ikitərəfli dövlətlərarasımünasibətləri siyasi yolla, savaşsız həll etmiş bir sənəddir. Kürəkçay müqaviləsi 1822-ci ildə, yəni 17 ilkeçdikdən sonra Qarabağ xanlığının çar hökuməti tərəfindən ləğv edilməsi ilə rəsmi qüvvəsini itirmişoldu.Kürəkçay müqaviləsinin mətni ilk dəfə general Sisianovun çar I Aleksandrın adına 22 may 1805-ci iltarixli «tam sədaqətli» raportunda olduğu kimi gətirilmişdir. Raportun mətni isə öz növbəsində «QafqazArxeoqrafiya komissiyasının topladığı aktlar»ın II cildində çap edilmişdir (bax: Aktı, sobrannıeKavkazskoi Arxeoaqrafiçeskoi Komissiei, t. II. Pod red. A. Bsrjs. Tiflis, 1868, sənəd 1436, s. 702—705).Həmin çap üzrə də azərbaycancaya çevrilmişdir.ANDLI ÖHDƏLİKAşağıda adı çəkilən mən, qadir Allah, böyük peyğəmbərimiz Məhəmməd... qarşısında İ. Ə. (imperatorəlahəzrəti.—Red.) –nə; özümün həqiqi xə əsl lütfkar [Hamisi böyük] Aleksandr Pavloviçə, Bütün Rusiyanınmütləq hökmdarına və bütün Rusiya taxt-tacının təyin olunacaq İ. Ə. vəliəhdə sədaqətlə və ürəkdən qulluqedəcəyimi və hər şeydə itaət göstərəcəyimi, öz canımı son damla qanıma qədər əsirgəməməyi istəməyim vəbuna borclu olduğum haqda söz verir və and içirəm...Traktatın layihəsiQadir Allah naminə.Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xan və bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqazmüfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük İ.Ə. Aleksandr Pavloviçinverdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli vəölkəsi ilə bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük İ.Ə. Aleksandr Pavloviç vəonun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qəraraaldıq və imzaladıq:Birinci maddəMən, Şuşalı xə Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya hər hansıbir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə,həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərindəbütün Rusiyanın böyük İ. Ə.-nin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç birdövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda,adətə görə, müqəddəs Qurana and içməliyəm.İkinci maddəİ.Ə, zati-əliləri [xan] həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərininadından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan vəonun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, bunasübut olaraq İ. Ə. zati-alilərinin (xanın. — Red.) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına özimperator zəmanətini verir.14

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!