13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────təcrübədən - erməni əhalinin qırğın imitasiyasından bir daha istifadə olunması qərarı qəbul edilir. Bu, həmerməni əhalisinin yeni "soyqırımı" ilə üzləşməsi barədə çağırışları əsaslandıracaq, həm də azərbaycanlılarınəsrin əvvəllərindəki "barbar türklər" olaraq qalmasını göstərəcəkdi. Təxribatın keçiriləcəyi şəhər də tezlikləmüəyyənləşdi: Sumqayıt!Ermənistan ərazisindən kütləvi şəkildə qovulan azərbaycanlıların böyük qismi 1988-ci il fevral ayının ilkgünlərində Sumqayıt şəhərinə pənah gətirmişdi. Azərbaycan beynəlmiləlçiliyinin şanlı bayraqdarı olan buşəhərdə əhalinin mühüm hissəsini ermənilər təşkil etdiyindən Ermənistandan zorakılıqla qovulan, bütünəmlaklarını itirən azərbaycanlılarla onlar arasında müəyyən qarşıdurmanın olacağı istisna edilmirdi. Artıq fevralayının son günlərində Sumqayıtda ilk mitinqlər başlayır. Bundan əvvəl isə şəhərə Moskvadan xüsusi xidmətorqanları əməkdaşlarının səfərlərinin müntəzəm xarakter alması Sumqayıtdakı proseslərin birbaşa SSRİ DövlətTəhlükəsizlik Komitəsinin nəzarətində olmasını göstərirdi. Fevralın 27-də şəhər partiya komitəsinin qarşısındakütləvi hal alan mitinq səhərisi günü yürüşə çevrilir. Sumqayıtın o vaxtkı rəhbəri olan Cahangir Müslümzadəninbaşçılıq etdiyi yürüş tezliklə pərakəndə aksiya halını alır və yürüşdən ayrılan qrup erməni mənzillərinə hücumedir.Sonradan istintaq araşdırması nəticəsində məlum olur ki, erməni talanlarına rəhbərlik edən şəxs... məhzerməni imiş! Bu, gizli erməni təxribat qrupunun üzvü olan Eduard Qriqoryan idi. Azərbaycan dilində təmizdanışan "Edik" gəncləri talanlara sövq edərək onları qətllər törətməyə çağırıb. Məhkəmə sübut edib ki, E.Qriqoryan şəxsən özü 6 ermənini öldürüb. Bu avantüradan sonra Sumqayıtda komendant saatı tətbiq olunur,SSRİ DTK-nın sədr müavini Bobkovun və SSRİ Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qalkininrəhbərliyi ilə istintaq qrupu yaradılır. İstintaq nəticəsində haqsız olaraq şəhərin iki mindən artıq sakini həbsedilmiş, 427 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, 94 şəxs barəsində isə Respublika Prokurorluğu tərəfindəncinayət işi açılmışdı. Hadisələrdə təqsirli bilinən Əhməd Əhmədov məhkəmə hökmünə apellyasiya şikayətininqərarı gözlənilmədən güllələndiyi halda, talanlara bilavasitə rəhbərlik edən Eduard Qriqoryana 12 il işkəsilmişdi. Cəzasını Stavropol həbsxanasında çəkən E.Qriqoryan qısa müddətdən sonra azadlığa buraxılır. Həbsedilən azərbaycanlıların cinayət işi isə Apellyasiya Məhkəməsinin yalnız bir neçə ildən sonra çıxardığı qərarlaxətm olunur. Sonrakı illərdə aparılan istintaq araşdırmaları nəticəsində məlum olub ki, erməni lobbisinin sifarişiilə gerçəkləşən "Sumqayıt genosidi" SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanıb və əsasən ermənimillətindən təşkil olunan xüsusi qrup tərəfindən həyata keçirilib. 22 il öncə Sumqayıtda baş verən hadisələrinəsl həqiqəti isə dünya ictimaiyyətinə hələ də tam çatdırılmayıb.Kimdir günahkar?Azərbaycan hər tərəfdən məngənəyə salınmışdı. Mərkəzdən ermənipərəst mövqe, beynəlxalq aləmdənantiazərbaycan münasibət, yerli rəhbərlikdən isə laqeydlik və saymazlıq görən azərbaycanlı əhalinin gücü özetirazını mitinqlərlə bildirməyə çatırdı. Ancaq 1988-ci ilin birinci yarısında ölkədə mitinqlər hələ kütləvixarakter almamışdı. Bu arada DQMV ətrafında siyasi vəziyyət gərginləşirdi.1988-ci ilin may ayında eyni gündə Azərbaycan və Ermənistan kommunist partiyalarının qurultaylarıkeçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi Komitəninkatibləri olan Yeqor Liqaçovla Aleksandr Yakovlev iştirak edirdilər. İttifaq rəhbərliyinin təmsilçiləri olan buşəxslərdən biri - Y. Liqaçov Bakıda bəyan edir ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə hörmətləyanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt razılaşmaz. A.Yakovlev isə Yerevanda bildirir ki, demokratikprinsiplərə və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşan rəsmi Moskva QarabağıErmənistanın tərkibində görür. Eyni gündə qarşı duran tərəflərə belə "tərəfkeşlik" etməklə M. Qorbaçov vəerməni lobbisinin digər qulları nəticədə regionun ən böyük münaqişəsini hərbi müstəviyə keçirdilər. Bakıdakıplenumda iştirak edən DQMV Partiya Komitəsinin birinci katibi Poqosyan iclası yarımçıq tərk edərəkXankəndiyə qayıtdı və burada rəsmən bəyan etdi ki, o, nəinki bir də Bakıya getməyəcək, hətta DQMVərazisində Azərbaycan qanunları, ümumiyyətlə, işləməyəcək. Beləliklə, vilayətlə Bakı arasında olan kövrəkinzibati əlaqələr də tamamilə kəsildi.1989-cu ilin 12 yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Azərbaycan SSR-in Dağlıq QarabağMuxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında" fərman verir. Fərmana əsasən DağlıqQarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə bilavasitə Moskvaya tabe olanxüsusi idarə forması yaradıldı. Bölgədə vəziyyəti sabitləşdirmək məqsədilə bu qərarın imzalanması barədəverilən bəyanatların tam əksinə olaraq Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətinAzərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi və nəticədə DQMV müstəqilsubyektə çevrildi. Bu şəxs DQMV-nin tam iqtisadi müstəqilliyini reallaşdırmaq üçün vilayət ərazisindəki bütünmüəssisələrin artıq Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində yerləşən müəssisələrlə iqtisadi əlaqələrqurmasını təmin edən sərəncamlar verdi və bunu qısa müddət ərzində həyata keçirdi.139

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!