13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────...6 il öncə isə bu ermənilərin Azərbaycan rəhbərinin qarşısında nəinki fit çalmağa, heç səsləriniçıxarmağa cürətləri çatmırdı. 6 il öncə bu ermənilər Azərbaycan rəhbərinin qarşısında ikiqat təzim edərək onunadi göstərişini yerinə yetirməkdən belə xoşbəxt olduqlarını dönə-dönə bəyan edirdilər. 6 il öncə bu ermənilərAzərbaycan, Bakı adı gələndə ürəklərinə vəlvələ düşür, millətimizin hər hansı bir nümayəndəsinin qarşısında özcılızlıqlarını etiraf edirdilər. 6 il öncə onlar azərbaycanlıların mərhəməti sayəsində çörək tapan erməni, biz isəermənilərin miskinliyindən və namusundan iyrənən azərbaycanlılar idik.1982-ci illə 1988-ci il arasında dəyişən fərq isə yalnız azərbaycanlıların əzmkarlığında və ermənilərincəsarətində deyildi, həm də Azərbaycanın xeyrinə işləməyən zamanın ziddiyyətli mahiyyətində özünü büruzəverirdi. Ən əsası, ən ümdəsi isə Azərbaycanın varlığını təcəssüm etdirməli olan rəhbər 6 il öncəki rəhbərdeyildi...Vilayət XDS-nin sessiyası kvorum olmadan işə başlayır. İclasın təşəbbüskarları olan Ermənistan SSR AliSovetinin deputatları, əsasən isə vilayət Yazıçılar İttifaqının sədri Vardan Akopyanın təzyiqi ilə deputatlargündəlikdə olan yeganə məsələnin müzakirəsinə keçirlər. Və nəhayət, gecə yarısı DQMV-nin Azərbaycan SSRintabeliyindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edilir. Bu qərarAzərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd olmaqla yanaşı, həm də İttifaqmiqyasında muxtar subyektin separatizm meyillərinin ilk qığılcımı idi.Təklənmiş QarabağBu hadisənin səhəri günü vilayət partiya komitəsinin plenumu keçirilir. Siyasi Büronun üzvləriRazumovskinin, Demiçevin, eləcə də Azərbaycanın rəhbəri Kamran Bağırovun iştirakı ilə keçirilən plenumdaDQMV PK-nın birinci katibi Boris Gevorkovun vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul olunur. Əntəəssüfedici məqam isə o idi ki, Azərbaycana tam loyal olan B. Gevorkovun yerinə ekstremist "Krunk"təşkilatının rəhbəri, Xankəndidə keçirilən qanunsuz mitinqlərin aparıcısı olan V. Poqosyan təyin olunur.Mərkəzi rəhbərliyin, eləcə də Bakının razılığı ilə Dağlıq Qarabağ rəsmən baş separatçının nəzarətinə verilir.Beləliklə, vilayətdə saqqallıların başladığı avantüra qısa zaman ərzində uğurla tamamlanır və Azərbaycanrəhbərliyinin məsələyə laqeyd münasibəti artıq erməni əhalisində olan xofu da tamamən dağıdır. Böyükfədakarlıqlar bahasına erməniyə göz dağı kimi qoruduğumuz tarixi ərazimizi - Dağlıq Qarabağ bölgəsini beləasanlıqla itirməyə başladıq.1988-ci ildə erməni separatçılarının qısa müddət ərzində qazandığı uğurların əsas səbəbi Moskvadanaldıqları genişyönümlü dəstək olsa da, rəsmi Bakının nümayiş etdirdiyi susqunluq və laqeyd münasibət dəməlum proseslərin nəzarətdən çıxmasını şərtləndirdi. Prosesin baş verdiyi ilk günlərdə vilayətin erməniəhalisində böyük qorxu hissi var idi. Onlar hələ də Azərbaycana qarşı birbaşa çıxış etməkdən qorxurdular. HəttaErmənistandan gəlmiş saqqallılar onları zorla, döyə-döyə mitinqə gətirəndə də oranı yarımçıq tərk edirdilər.Əgər Azərbaycan rəhbərliyi vəziyyətə müdaxilə etmək istəsəydi və vilayət ərazisində əsrlər boyu yaşayan yerliazərbaycanlı əhalinin düşmənin müqavimətinə qarşı səfərbər olmasını təmin edə bilsəydi, separatçılığınqarşısını elə fevralın birinci həftəsində almaq olardı.Bakı rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olurdu.Hadisələrin ən qızğın vaxtında - fevral ayının 22-də Ağdamın minlərlə sakini Əsgəran üzərinə yürüşə çıxdı.Ancaq bu yürüşün qarşısı Bakıdan göndərilmiş emissarlar vasitəsilə alındı, hətta yürüş iştirakçıları təqib dəedildi. İndiyədək 5 mindən artıq övladını Vətən yolunda şəhid vermiş Ağdam məhz həmin gün Qarabağmünaqişəsinin ilk şəhidlərini - Əli ilə Bəxtiyarı torpaq və millət uğrunda fəda etdi. Digər rayonların əhalisininmüdafiə dəstələrinin yaradılması barədə çağırışlarına da nəinki müsbət münasibət bildirilir, hətta adi ov silahlarıda azərbaycanlılardan yığılırdı. Qarabağlılar artıq öz tənhalıqlarını, bu müharibədə yalqız qaldıqlarını bütünaydınlığı ilə hiss edirdilər. Ən əsası isə, Bakıda əyləşən manqurt rəhbərlik qarabağlılara Qarabağı xilas etməyə,qorumağa imkan vermir, hər cür maneə yaradırdı.Sumqayıtda qırğın imitasiyasıDağlıq Qarabağ ərazisində ekstremist fəaliyyətlərini günü-gündən genişləndirən separatçılarantiazərbaycan fəaliyyətlərini Ermənistan ərazisində də davam etdirirdilər. Tarixən Azərbaycan ərazisi olanErmənistanın əzəli sakinləri yerli azərbaycanlılara qarşı tətbiq olunan kütləvi deportasiyanın ilk elementləri dəartıq özünü büruzə verirdi. Erməni qudurğanlığı, irticası bütün sərhədləri keçmişdi. Erməni diasporu isə deməkolar ki, bütün xarici dövlətlərdə "Qarabağa müstəqillik" şüarını səsləndirir, öz avantüralarına hüquqi-siyasi dongeydirmək məqsədilə tarixi saxtalaşdırır, Azərbaycana qarşı yalan kampaniyası həyata keçirirdi. Azərbaycanlabağlı aparılan əks-təbliğat kampaniyası çərçivəsində dövlətimiz və millətimiz barədə böhtan tapmaqda çətinlikləqarşılaşan erməni lobbisi üçün yeni saxta əsaslar lazım idi. Bu arada dəfələrlə sınaqdan uğurla çıxarılmış bir138

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!