13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────həyata keçirən Rusiya K(b)P MK Qafqaz Bürosu Qarabağ məsələsində birtərəfli ermənipərəst mövqe nümayişetdirirdi. Belə ki, 1921-ci ilin iyun ayında Qafqaz Bürosu Azərbaycanın razılığı olmadan Dağlıq QarabağınErmənistana məxsus olmasını göstərən bəyannamə qəbul etdi. Bu hadisədən üç həftə sonra AzərbaycanKommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi məsələ ilə bağlı müzakirələr keçirdi və müvafiq qərarqəbul etdi. Beş maddədən ibarət qərarın 3-cü bəndində göstərilirdi ki, "...məsələnin yeganə həlli erməni vəmüsəlman kütləsinin sovet quruculuğu işinə cəlb edilməsi ola bilər". Problemin həlli haqqında Azərbaycanınmövqeyini Tiflisə çatdırmaq N. Nərimanova həvalə olunur. Aparılan müzakirələr nəticəsində Qafqaz Bürosuhaqsız mövqeyindən qismən geri çəkilir. 1921-ci ilin iyulunda Rusiya K(b)P MK Qafqaz Bürosununplenumunda qərara alınır: "Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və AşağıQarabağın iqtisadi bağlılığını, onun Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq Dağlıq Qarabağ AzərbaycanSSR-in tərkibində saxlanılsın, ona inzibati mərkəzi Şuşa olmaqla geniş muxtariyyət vilayəti verilsin".Lakin muxtar vilayət statusu da ermənilərin iddialarını azaltmadı və onlar öz məkrli niyyətlərini davametdirdilər. 1922-ci ilin noyabr ayında Qarabağ ərazisindəki kənd sovetləri sədrlərinin və katiblərinin genişmüşavirəsi keçirilir. Müşavirədə əsas müzakirə olunan məsələ ilə bağlı qəbul edilən qərarda göstərilirdi ki,Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması bəyənilir. 1922-ci ilin dekabr ayında ZaqafqaziyaFederasiyasının İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusiqərar qəbul etdi. SSRİ-nin təsis edilməsindən sonra Dağlıq Qarabağ məsələsi ilə bağlı ermənilərin avantüralarıyeni mərhələyə qədəm qoydu. 1923-cü ilin iyul ayının 1-də AK(b)P MK Rəyasət Heyəti Dağlıq Qarabağınmuxtariyyətinin dekretləşdirilməsi və onun layihəsinin Mərkəzi Komitədə qəbul olunması barədə qərar qəbuletdi. İyunun 27-də Zaqafqaziya Ölkə Komitəsinin plenumu Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayətstatusu verilməsinin təmin olunmasını AK(b)P MK-ya həvalə etdi. İyulun 1-də AK(b)P MK RH-nin iclasıKirovun sədrliyi ilə Qarabağ haqqında məsələni dinləyərək altı bənddən ibarət qərar qəbul etdi. AzərbaycanMərkəzi İcraiyyə Komitəsinə (AMİK) mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağa muxtariyyət vermək təklifolundu. 1923-cü il iyulun 4-də AMİK də eyni məzmunlu qərar qəbul etdi.1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi mərkəzlə razılaşdırılmış dekret qəbul edir.Dekretdə göstərilir ki, Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində Azərbaycan SSR-in tərkib hissəsi kimimərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılsın. Həmin dekret əsasındaDQMV-nin əsasnaməsinin hazırlanması və Aran Qarabağla sərhədlərinin müəyyənləşdirilməsi üçün geniştərkibdə komissiya yaradılır. Komissiyanın yekun qərarına görə, Şuşa şəhəri muxtar vilayətin tərkibinə qatılmır.Lakin iyulun 16-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetininbirgə iclasında Şuşanın DQMV-nin tərkibinə verilməsi barədə qərar qəbul edilir.Artıq mərkəz və Sovet Azərbaycanının rəhbərliyi elə düşünürdülər ki, Dağlıq Qarabağla bağlıməsələ qapadılmışdır və erməni iddiaları bir daha büruzə verilməyəcək. Hətta ermənilərin böyük dostuvə himayədarı S. Kirov AK(b)P-nin VI qurultayındakı məruzəsində DQMV-nin yaradılmasına qiymətverərək deyirdi: "Biz, nəhayət, bu məsələni həll etdik. Şübhəsiz, tamamilə doğru hərəkət etdik. Heç birşübhə yoxdur ki, bu məsələni yenidən həll etmək bir daha lazım gəlməyəcək".Lakin Qarabağ məsələsi qapadılmadı. Bu dəfə 65 ildən sonra özünü göstərdi: amansız müharibə vəqanlı faciələrlə...22 il öncə başlayan savaş yüzilliklər boyu davam edən erməni məkrinin növbəti mərhələsidir. Ötən əsrin1905-1907, 1918-1920, 1948-1953-cü illərində baş verən kütləvi erməni terrorları silsiləsinin davamı olaraq1988-ci ilin ilk aylarında baş qaldıran erməni separatizminin dərin tarixi kökləri var. İki əsr öncə çar Rusiyasınıntəhriki və birbaşa yardımı ilə tarixi Azərbaycan vilayətlərində məskunlaşdırılan erməni əhalisi 1918-ci ildə butorpaqlarda əvvəlcə Ermənistan adlı dövlət qurmağa müvəffəq oldu, beş il sonra isə əsassız iddiasını DağlıqQarabağ Muxtar Vilayəti statusu almaqla təmin etdi. Sonrakı 50 il ərzində vilayət ərazisində hətta siyasimuxtariyyət əldə etməyə müvəffəq olan erməni əhalisinin hökmranlığına yalnız ötən əsrin 70-ci illərininəvvəllərində son qoyuldu.Dağlıq Qarabağda Azərbaycan dövrüHeydər Əliyev respublikaya rəhbər təyin olunan ilk gündən Dağlıq Qarabağla bağlı xüsusi siyasətyürütməyə başladı. Hələ 1967-ci ildə DQMV ərazisində üç azərbaycanlının avtomobildə yandırılmasınəticəsində başlayan milli qarşıdurma elementlərini büruzə verən separatizm qığılcımlarının nəticəsiniəvvəlcədən görən ölkə rəhbəri qətiyyətli addımlar atdı. Vilayət rəhbəri, şovinist V. Şahnazaryan Azərbaycanaloyal Melkumyanla əvəzləndi, hüquq-mühafizə orqanlarında isə ciddi təmizləmə aparıldı. 1923-cü ildəAzərbaycanın altına qoyulan "gec partlayan bomba" - DQMV-də cərəyan edən və günü-gündən genişlənən136

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!