13.07.2015 Views

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

Dağlıq Qarabağ münaqiĢəsi - Prezident Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası <strong>Prezident</strong>inin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────fəaliyyətləri xüsusi himayə edilir, böyük vergi və gömrük güzəştləri alır, ən əsası isə ermənilər dövlət qulluğunagötürülürdülər.Lakin çar hökuməti əraziyə ermənilərin axınını kütləviləşdirsə də, azərbaycanlılar tarixi torpaqları olanQarabağda əksəriyyət təşkil edirdilər. Məsələn, Qafqazdakı çar qoşunlarının baş komandanı A. Yermolovungöstərişi ilə Qarabağ ərazisində əhalinin etnik tərkibi öyrənilmişdi. Sənədlərdə göstərilir ki, Qarabağ əyalətindəolan 20095 ailədən 15729-u azərbaycanlı, 4366-sı erməni və alban idi. 1832-ci ildə çar Rusiyası tərəfindənQarabağ bölgəsində əhalinin siyahıyaalınmasının nəticəsinə görə etnik tərkibin 64,8 faizini azərbaycanlılar, 34,8faizini ermənilər təşkil edirdi. Ümumiyyətlə isə 1916-cı ilədək Qarabağda əhalinin 51 faizi azərbaycanlılar, 46faizi ermənilər idi.Qeyd edək ki, Qarabağ xanlığı ləğv edildikdən sonra burada komendant üsuli-idarəsi yaradılmış, ərazimərkəzi Şuşa olan Hərbi Müsəlman Dairəsi tərkibinə daxil edilmişdi. Çar hökumətinin 1840-cı il inzibati-hərbiislahatları nəticəsində Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və mərkəzi Şamaxı olan Kaspi vilayətinə tabeedilmişdi. 1846-cı ildə Şuşa qəzası Şamaxı quberniyasına, 1859-cu ildən Bakı quberniyasına tabe edildi, 1867-ciildə isə Yelizavetpol quberniyası tərkibinə daxil oldu. Bu məkrli inzibati-ərazi bölgüləri ermənilərin idarəçiliksistemində daha geniş təmsil edilməsinə imkanlar açdı.XIX əsrin sonlarından etibarən ermənilərin Azərbaycan ərazisində başladıqları soyqırımı siyasəti qanlıməcrada davam edirdi. Kütləvi soyqırımı Qarabağda daha faciəli fəsadlar törətmişdi. Minlərlə insan öldürülmüş,yurdundan didərgin düşmüş, onlarla kənd yandırılmışdı. Həmin dövrdə ermənilər həm imperiya idarə üsulu,həm də güclü müxalif qüvvəyə çevrilən bolşeviklər tərəfindən fəal himayə olunurdular. Yəni, hələ o dövrdənetibarən Rusiyada hansı ideologiyanın, hansı siyasi və dövlət quruluşunun hakim olmasından asılı olmayaraq,ermənilərə və onlar üçün yaratdıqları dövlətə məhz "forpost" kimi yanaşmışlar.Yeni separatizm ocağı: "muxtar vilayət"1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olan vilayətlərdənbiri də Qarabağ oldu. Hələ 1918-ci ilin 29 mayında Xalq Cümhuriyyətinin Milli Şurası İrəvanı Ermənistanainzibati mərkəz kimi güzəştə gedəndə irəli sürülən əsas tələblərdən biri məhz Qarabağa qarşı erməni iddialarınıngötürülməsi idi. Lakin erməninin özünə, sözünə, imzasına inanmaq olarmı? Bir müddət sonra ErmənistanRespublikası Xalq Cümhuriyyətinin rəhbərləri ilə razılaşmanı pozaraq Qarabağa qarşı yenidən əsassız iddialarlaçıxış etməyə başladı. Həmin dövrdə Qarabağ məsələsi tək Azərbaycanla Ermənistan arasında deyil, bölgədəmaraqları olan digər dövlətlərin də müzakirə predmeti idi.Xalq Cümhuriyyəti parlamentinin sədri Ə. M. Topçubaşov Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci ilin noyabr ayında İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: "Ermənilərin ortaya atdıqları Qarabağməsələsi 5, ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzurüstündədir. Bu, elə bir xanlığın ərazisidir, burada ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur.Özü də onlar buranın yerli əhalisi deyillər. Rusiya ilə müharibədən sonra Türkiyədən bura köçənlərdir...Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununlabelə, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq".Qarabağ ərazisində yaşayan azərbaycanlılara qarşı ermənilərin apardığı kütləvi soyqırımının qarşısınıalmaq üçün Xalq Cümhuriyyəti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatəedən Qarabağ general-qubernatorluğu yaratdı. Həmin ilin avqustunda Azərbaycan hökuməti Dağlıq Qarabağerməniləri ilə siyasi razılaşma imzaladı. Burada göstərilirdi ki, Paris Sülh Konfransı bu məsələ barədə qərarqəbul edənədək ermənilərin məskunlaşdıqları Dağlıq Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzaları AzərbaycanXalq Cümhuriyyətinin hüdudları daxilində hesab edilir. Lakin bu da erməni təcavüzünün qarşısını ala bilmədi.1920-ci il 22 martda Şuşada ermənilər bolşeviklərin köməyi ilə qiyam qaldırdılar. Bir neçə gündən sonra qiyamyatırılsa da, tezliklə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verdi. Bununla da Qarabağ ətrafında hadisələrinyeni mərhələsi başlandı.Azərbaycanda sovet hakimiyyəti qurulandan cəmi iki gün sonra, yəni 1920-ci ilin 30 aprelində İnqilabKomitəsi Ermənistan Respublikasına nota verərək qoşunlarını Zəngəzurdan və Qarabağdan çıxarmağı tələb etdi.May ayında isə Qarabağda artıq sovet hakimiyyəti quruldu, lakin bu, vəziyyəti dəyişmədi. Bölgədə ermənihegemonluğu indi bolşevik maskası arxasında davam edirdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonraiki dövlət arasında sərhədlərin müəyyənləşməsində Dağlıq Qarabağ məsələsi yenidən gündəmə gəldi.Azərbaycan İnqilab Komitəsi Ermənistan Sovet Respublikasına göndərdiyi 30 noyabr tarixli teleqramında və 1dekabr bəyannaməsində Qarabağın dağlıq hissəsinin muxtariyyətinin tanınması məsələsinə diqqət ayırırdı.Artıq separatçılar Qarabağın Ermənistana birləşdirilməsi yönündə konkret fəaliyyətə keçmişdilər. 1921-1923-cü illər arasında baş verən proseslər bir daha sübut edir ki, ermənilər öz məkrli fəaliyyətlərinə məhzhimayədarlarının məsələyə müdaxiləsi nəticəsində nail olmuşlar. Həmin dövrdə bütün Qafqaza faktiki nəzarəti135

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!